Cm.ax03282024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Əhlİ-beyt (ə) Əhlİ-Beyt (ə) İmam Mehdi (əc) Məqalə “Hər yerdə olsanız, Allah sizin hamınızı bir yerə toplayacaqdır.”

“Hər yerdə olsanız, Allah sizin hamınızı bir yerə toplayacaqdır.”

Müfəzzəl deyir: İmam Sadiq (ə) buyurdu: “Hər vaxt imama (zühur üçün) izn verilsə, Allah taalanı ibri dilində çağıracaqdır.

 

Bu zaman 313 nəfərdən ibarət olan köməkçiləri ona kömək etmək üçün hazırlaşacaqlar. Onlar bir-birinə birləşmiş iki payız buludları kimidir və bir yerə toplanarlar; onlar Məhdi (ə)-ın bayraqdarlarıdırlar. Onlardan bəziləri gecə ikən öz yataqlarından yoxa çıxacaq və Məkkədə sübh edəcəklər. Onlardan digər bir dəstəsi də görünəcəkdir ki, gündüz buludların üstündə seyr edəcəklər, onlar adları, atalarının adları, xüsusiyyətləri və məzhəbləri ilə tanınacaqlar. Hətta soruşdum: “Bu iki dəstədən hansı biri iman cəhətindən daha əzəmətlidir?” İmam Sadiq (ə) buyurdu: “Onlar ki, gündüz buludların üstündə seyr edəcəklər. Məhz onlar öz yerlərindən yoxa çıxacaqlar. Onların barəsində də bu ayə nazil olmuşdur: “Hər yerdə olsanız, Allah sizin hamınızı bir yerə toplayacaqdır.” ("Bəqərə" surəsi, ayə: 148)

Həzrət Əli (ə) buyurur:

“Ey Kumeyl, elə bir elm yoxdur ki, mən onu dərk etməyim və elə bir sirr yoxdur ki, Qaim onu sona çatdırmasın.”

İmam Baqir (ə) buyurur:
Bizim Qaim qiyam edən zaman öz əlini Allah bəndələrinin başına qoyacaqdır. Bu əməldən sonra onların ağıllarını bir yerə yığacaq (buna görə də onların əql qüvvələri kamilləşəcək) və onların əxlaqlarını təkmilləşdirəcəkdir.”

Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə