Çr04242024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Zühur, qəflətən olacaq!

Müntəzir, çalışqandır. Hər bir sapdırıcı amilin qarşısında müqavimət göstərir və sapmır. İlham vasitəsi ilə iqtida etdiyi İmamın üsulu ilə özünün, ictimaiyyətin islahı uğrunda cəhd edir.
Tanrının əmri ilə mələklər həzrət Adəmə (ə) səcdə edəndən bəri, sonuncu Peyğəmbərin (s) sülaləsindən gələcək şəxsin intizarı məsələsi meydana gəldi. Beləliklə də intizarda olmaq və hamını intizara dəvət etmək, bütün mələklərin vəzifəsi oldu.
Lut peyğəmbər,  əxlaqsız qövmünə belə dedi:  "Kaş ki, sizinlə qarşılaşacaq qüdrətim olaydı və ya yenilməz təkyəgaha söykənəydim."  O zaman, onun ruhunda həzrət Qaimin intizarı cari oldu. İmam Sadiq (ə) buyurub:
" Həzrət Lut ələyhis-salam, bizim Qaimimizin qüdrətini əldə etmək təmənnasından başqa bir söz demədi. O yenilməz təkyəgah onun köməkçilərinin yenilməzliyindən başqa bir şey deyildi..."
Əsil müntəzir kimdir?
Həqiqi müntəzir o şəxsdir ki, imamını tanısın; yəni onun vilayətinə, şəxsiyyətinə etiqad bəsləsin. Etiqad elə bir əhd-peymandır ki, itaətdən başqa bir şeylə kamil olmaz. Həqiqi müntəzir o şəxsdir ki, özünü islah etsin və başqalarının islahi üçün də çalışsın və beləliklə də zühur üçün zəminə yaransın.
Həzrət Əli (ə) buyurub: " Bir kəs namazın başlanmasının intizarını çəkirsə gözlədiyi zaman ərzində namaz qılmış hesab olunur."
Elə isə bütün dünyada haqq dini, ilahi əmrləri bərpa edəcək şəxsin intizarını çəkənin necə bir məqamı ola bilər ?!
Həzrət İmam Zaman (əc) buyurub: " Sizdən hər kəs, bizim dostuğumuza yaxınlaşdıran əməli yerinə yetirsin. Bizi qəzəbləndirən və narahat edən əməldən çəkinsin. Çünki bizim gəlişimiz (ani) qəflətən olacaq!"
İmam Zamana (əc) məxsus salavat ►►

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə