Çr.ax03192024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Əhlİ-beyt (ə) Əhlİ-Beyt (ə) İmam Əli (ə) Məqalələr Əli (ə), Ramazan ayında çox ibadət edirdi, yoxsa başqa aylarda?!

Əli (ə), Ramazan ayında çox ibadət edirdi, yoxsa başqa aylarda?!

  Həzrətin kənizi Ümmü-Səiddən soruşurlar ki, həzrət Əli (ə) Ramazan ayında çox ibadət edir, yoxsa başqa aylarda? Kəniz deyir: «Həzrət Əli (ə) hər gecə öz Allahı ilə raz-niyazdadır. Onun üçün ramazanayı ilə başqa aylarda fərq yoxdur».
Həzrət (ə) zərbə aldıqdan sonra məsciddən evə gətirilərkən qızarmaqda olan üfüqə baxıb buyurur: «Ey sübh, şahid ol ki, Əlini (ə) yalnız indi uzanmış vəziyyətdə görürsən».
İbn Əbil-Hədid deyir: «Həzrət Əli (ə) hamıdan çox ibadət edirdi. Əksər günlər oruc idi, bütün gecələri namaza məşğul olurdu. Savaş zamanı da namazı tərk etməzdi. O bildiyinə əməl edən alim idi. Xalqa nafilə namazları, dualar, gecə ibadətləri öyrədirdi».
Həzrət Əli (ə) namaz zamanı Allah qarşısında pak qəlb, tam diqqətlə dayanırdı. Onun ibadət-itaəti başqalarınınkı kimi deyildi. Əgər başqaları hansısa bir xüsusi məqsədlə ibadət edirsə, həzrətin məqsədi bambaşqa idi. O özü bu barədə belə buyurur: «Bə’ziləri Allaha rəğbətlə (behişt ne’mətləri üçün) bəndəlik edirlər. Bu növ ibadət tacirlərin ibadətidir. Başqa bir dəstə isə Allaha (cəhənnəm odundan) qorxudan ibadət edirlər. Bu qulların ibadətidir. Üçüncü qrup isə Allaha təşəkkür üçün ibadət edir. Bu azadələrin ibadətidir». Həzrət (ə) Allah dərgahına belə ərz edir: «Pərvərdigara, mən sənə nə behişt tamahından, nə də cəhənnəm qorxusundan ibadət edirəm. Əksinə, səni pərəstişə layiq bildiyim üçün ibadət edirəm».
Hər bir fərd fitri olaraq zərərləri özündən uzaqlaşdırmaq, xeyir əldə etmək məqsədində olur. Yalnız həzrət Əli (ə) behişt təmənnası və cəhənnəm qorxusu olmadan, sırf Allah üçün ibadət edirdi. Belə bir xalislik həzrətin yəqinliyindən qaynaqlanırdı. Hər şeydən uca bir yəqin! Çünki həzrət yəqinliyin ən son mərhələsinə çatmışdı. O özü belə buyurur: «Əgər pərdələr qaldırılsa, mənim yəqinliyimə bir şey əlavə olunmaz».
Həzrət Əli (ə) bir dalğa tək həqiqət okeanında qərq olmuşdu. Onun bütün düşüncələri, hərəkətləri həqiqətə bağlılığından danışırdı. Həzrət nəfsin paklanması və tərbiyəsi baxımından misilsiz idi. O nəyə baxırdısa, Allahı görürdü. Həzrət buyurur: «Nəyi gördümsə, ondan qabaq, onunla bir vaxtda və ondan sonra Allahı gördüm». Başqa bir rəvayətdə isə belə nəql olunur: «Görmədiyim Allaha ibadət etmədim». Həzrətdən soruşurlar ki, o, Allahı necə görür? Həzrət buyurur: «Zahiri gözlə yox, bəsirət gözü ilə».
 
Zahir gözlər ilə görünməyənlər,

Könül gözləri ilə seyr edilər. 

   
Həzrət Əli (ə) Allahın əzəməti qarşısında təvazönü özünə borc bilirdi. Onun dua və minacatlarında təvazö səviyyəsi aşkar görünür...

Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

 

 

 

 

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə