Çr04242024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Şiə sözü "Ömər" serialı haqqında

"Ömər" serialı haqqında

Bu günlər "mbc" ərəb kanalı və bəzi türk kanallarında "Ömər" teleserialı yayımlanır.

Bu seriyalın haqqında bir sıra söz-söhbət və bəhslər var. Baş rolda Yusif Əl-Qərzavinin çəkildiyi serialının ssenarisi və tarixi faktların düzlüyü, əhli-sünnnənin bir neçə şeyxi istisna olmaqla heç bir din xadimi tərəfindən təsdiqləməyib.

Serial, reallıqdan çox uzaq olduğu üçün təbii ki, bir sıra suallar doğurur. Məsələn, həzrət Əli ibn Əbu Talibin (ə) gözəl və ay kimi nurlu obrazının serialda görünməməsi əsassız və uydurma təhrifin nəticəsindən başqa bir şey deyil.

Bizim bu seriala olan etirazımız isə fərqli bir yanaşmadır. Söz açdığımız detal, serialını qəhrəmanı sayılan Ömər ibn Xəttab rolunda gözəl görünüşlü suriyalı artist oynamasıdır. Ömər ibn Xəttabın görüşünün serialda əks etdirildiyi kimi gözəl və ya filimi hazıralyanların və rejissorun tərəfindən tamaşaçları aldatmaq məqsədilə belə bir artistin seçilməsini araşdırmaq üçün tarixi azca vərəqləyək.

Ömər ibn Xəttabın həqiqi görünüşü necə olub?

İbn Əbdülber sünni alimidir. Əhli-sünnə alimləri hamılıqla ona etima və etabar edir. Əbdülber, "İstiyab" kitabında Ömərin vəsfi haqqında yazır: "Kanə adəmu şədidəl-ədmə" (Əl-İstiyab, c. 3, s. 235)

Ərəb lüğəti kitablarına müraciət etməklə onun mənasını belə anlamaq olar: Əl-ədmə = Əs-səmrə deməkdir. (Lisanül-ərəb, c. 1 , s. 97)Bu da dilimizdə "həddən artıq qarabuğdayı (göyərmiş) və beləliklə də qara üzlü deməkdir.

Coğrafi aspektən Ərəbistan yarımadası kimi bir yerdə "şədidül-ədmə" (yəni, həddən artıq qara) aldlanan şəxsin çöhrəsi görəsən necə imiş?!

İbn Səd, "Əl-təbəqat" kitabında Ömərin özündən nəql edir; Eşitdim ki, Ömər deyirdi: Üzümüzün qaralığı bizə dayılarımızdan irs qalıb.

Bəlkə də demək istirmiş ki, "Qoç igid dayısına çəkər."

Vaqidi isə Ömərin üzünü qaralığını onun həddən artıq yağ yeməsi ilə bağlayır. (Təhzib-Əl-təhzib, c. 7, s. 386)

Artistin uzun , qəhvəyi rəngli və bir qədər də qıvrım saçlarına gələndə isə - necə deyərlər- bir az ağın çıxarıblar:

İbn Əbil-Dunya, Əbu Rəca Utarididən səhih bir rəvayətə görə Ömərin görünüşü və çöhrəsi haqqında yazır:

"Ömər, ucaqamət, iri cüssəli başı keçəl idi."

Sözün düzü, cənab artistin gözəl və cazibəli gözləri haqqında da bir az sözümüz var. Əlbəttə bəlkə də filmin rejissoru, o qədər də mütaliə əhli deyil. Mütaliə əhli olsaydı ən azı "Əl-bidayə və Ən-nihayə" kitabında oxuyardı:

"Onun hər iki gözü əyri idi və əyri görürdü"   ("Əl-bidayə və Ən-nihayə", c. 7, s. 156)

Bütün bu izahlardan sonra bunu düşünə bilərək ki, rejissor, islam tarixinin əmanətinə toxunmurmu? Bu detallardan sonra serialın tamaçıları orada inkişaf edən hər hadisəyə inanacaqmı?

Sonda sualımız sizədir: Əhli-sünnə kitablarından burada yazdığımız fakltarı nəzərə alsaq Ömərin görünüşü necə olub?

Aşağıdakı şəkillərdən hansını seçərdiniz?

 

 

 http://www.sibtayn.com/az

 

 

 

 

 

 

Nəzərinizs  

+3 #8 irəli:Redaksiya heyəti 2013-07-11 10:42
Yazının düzlüyünü araşdırmadan kor-koranə qərara gəlmənyin və başaqasına nahaq yerə "iftiracı" deməyin.
"Ənam surəsi, 21-ci ayə:21. Allaha iftira yaxan və Onun ayələrini yalan hesab edən kəsdən daha zalım kim ola bilər?! Şübhəsiz ki, zalımlar nicat tapmazlar!
+2 #7 muellife cavabsaid 2013-04-21 11:15
Allah bunu yazana layiqse hidayet deyilse belasini versin. iftiraci.
0 #6 PaydaGuli 2012-12-26 20:57
Hamimiz tarixi oxumushuq Bilir Omer kimdi Kimin ogludu kimin davamchisidi.
yezidide biliriy,Ebu sufyanida biliriy eshi ne ise
+1 #5 irəli:Redaksiya heyəti 2012-11-18 13:52
Əziz Seyid, din hər hansı ölkəyə məxsus deyil.Biz İranlı deyilik, ərəbik! Məqaləyə qalanda isə, burada söhbət İran və ya digər ölkədən getmir, faktlardan gedir...
+1 #4 müraciətmirkazim hüseynov 2012-11-13 08:12
Qardaş mən şiəyəm, və hesab edirəm ki, bu məsələdə biz bir az ifrata varırıq. Buda bizim cahilliyimizdən irəli gəlir. Düşünürəm ki Əli İbni Əbu Talibin (Ə) (allah ondan razı olsun) yeni mənim babamin (seyidlər bu nəsilldəndi) haqqını qorumaq üçün biz də gərək ona uygun imanli birisi olaq. Bütün islamiyyətin haqqını qoruyan insanının haqqı qorumaga ne bizim gücümüz nə də imanımız catmaz. O ki qaldı Ömərə biz bu məsəyə ehtiyyatla yanasmalıyıq. Bu gun Şiəliyin ən qatı mərkəzi sayılan İran (yəni farslar) Ömər dövründə islamı (qılınc gücünə) qəbul etmişlər. İndi deyin görüm kim kimi hansi mənbə ilə qınağa kimin əli ilə çəkir?
0 #3 irəli: "Ömər" serialı haqqındaMuazzin 2012-10-30 19:45
Maidə surəsi ayə 8-i yaddan çıxarmayaq.
+5 #2 Vüsalə xanıma cavabMəqalə müəllifi 2012-08-01 12:35
Hörmətli müsəlman bacımız! Təbii ki,hər xarici görnüşü çirkin olanın mənəviyyatı çirkin ola bilməz və ya əksinə. Biz, bu faktlarla rejissor və ssenarinin müəllifinin yalanlarının nümunələrini tamaşaçıya təqdim edirik. Məqsədimiz isə odur ki, tamaşaçı hər dini materialı doğru saymasın, kor-koranə qəbul etməsin və təhqiq etsin!
-1 #1 irəli: "Ömər" serialı haqqındavüsalə abiyeva 2012-08-01 11:15
Bu seriala mən də baxıram,lakin bu serialda məni maraqlandıran həzrətlərin xarici görünüşü deyil onların əməlləridir.Heç bir məshəbin mövcud olmadığı dövrdə, peyğəmbərlə(s) çiyin-çiyinə vuruşan insanları təhqir etmək bizə düşməz.Hər kəs öz günahlarına görə o dünyada cavab verəcək.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə