"Ömər" serialı haqqında

Bu günlər "mbc" ərəb kanalı və bəzi türk kanallarında "Ömər" teleserialı yayımlanır.

Bu seriyalın haqqında bir sıra söz-söhbət və bəhslər var. Baş rolda Yusif Əl-Qərzavinin çəkildiyi serialının ssenarisi və tarixi faktların düzlüyü, əhli-sünnnənin bir neçə şeyxi istisna olmaqla heç bir din xadimi tərəfindən təsdiqləməyib.

Serial, reallıqdan çox uzaq olduğu üçün təbii ki, bir sıra suallar doğurur. Məsələn, həzrət Əli ibn Əbu Talibin (ə) gözəl və ay kimi nurlu obrazının serialda görünməməsi əsassız və uydurma təhrifin nəticəsindən başqa bir şey deyil.

Bizim bu seriala olan etirazımız isə fərqli bir yanaşmadır. Söz açdığımız detal, serialını qəhrəmanı sayılan Ömər ibn Xəttab rolunda gözəl görünüşlü suriyalı artist oynamasıdır. Ömər ibn Xəttabın görüşünün serialda əks etdirildiyi kimi gözəl və ya filimi hazıralyanların və rejissorun tərəfindən tamaşaçları aldatmaq məqsədilə belə bir artistin seçilməsini araşdırmaq üçün tarixi azca vərəqləyək.

Ömər ibn Xəttabın həqiqi görünüşü necə olub?

İbn Əbdülber sünni alimidir. Əhli-sünnə alimləri hamılıqla ona etima və etabar edir. Əbdülber, "İstiyab" kitabında Ömərin vəsfi haqqında yazır: "Kanə adəmu şədidəl-ədmə" (Əl-İstiyab, c. 3, s. 235)

Ərəb lüğəti kitablarına müraciət etməklə onun mənasını belə anlamaq olar: Əl-ədmə = Əs-səmrə deməkdir. (Lisanül-ərəb, c. 1 , s. 97)Bu da dilimizdə "həddən artıq qarabuğdayı (göyərmiş) və beləliklə də qara üzlü deməkdir.

Coğrafi aspektən Ərəbistan yarımadası kimi bir yerdə "şədidül-ədmə" (yəni, həddən artıq qara) aldlanan şəxsin çöhrəsi görəsən necə imiş?!

İbn Səd, "Əl-təbəqat" kitabında Ömərin özündən nəql edir; Eşitdim ki, Ömər deyirdi: Üzümüzün qaralığı bizə dayılarımızdan irs qalıb.

Bəlkə də demək istirmiş ki, "Qoç igid dayısına çəkər."

Vaqidi isə Ömərin üzünü qaralığını onun həddən artıq yağ yeməsi ilə bağlayır. (Təhzib-Əl-təhzib, c. 7, s. 386)

Artistin uzun , qəhvəyi rəngli və bir qədər də qıvrım saçlarına gələndə isə - necə deyərlər- bir az ağın çıxarıblar:

İbn Əbil-Dunya, Əbu Rəca Utarididən səhih bir rəvayətə görə Ömərin görünüşü və çöhrəsi haqqında yazır:

"Ömər, ucaqamət, iri cüssəli başı keçəl idi."

Sözün düzü, cənab artistin gözəl və cazibəli gözləri haqqında da bir az sözümüz var. Əlbəttə bəlkə də filmin rejissoru, o qədər də mütaliə əhli deyil. Mütaliə əhli olsaydı ən azı "Əl-bidayə və Ən-nihayə" kitabında oxuyardı:

"Onun hər iki gözü əyri idi və əyri görürdü"   ("Əl-bidayə və Ən-nihayə", c. 7, s. 156)

Bütün bu izahlardan sonra bunu düşünə bilərək ki, rejissor, islam tarixinin əmanətinə toxunmurmu? Bu detallardan sonra serialın tamaçıları orada inkişaf edən hər hadisəyə inanacaqmı?

Sonda sualımız sizədir: Əhli-sünnə kitablarından burada yazdığımız fakltarı nəzərə alsaq Ömərin görünüşü necə olub?

Aşağıdakı şəkillərdən hansını seçərdiniz?

 

 

 http://www.sibtayn.com/az