Çr.ax03192024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Əhlİ-beyt (ə) Əhlİ-Beyt (ə) İmam Əli (ə) Məqalələr Peyğəmbərin (s) haqq canişini

Peyğəmbərin (s) haqq canişini

 

 İstifadəçiilərin nəzərinə çatıdırıq ki, sizə təqdim olunan bu kitab, saytın "kitablar" bölümündə PDF formatında kamil şəkildə təqdim olunub. Burada isə kitabın alt yazıları və haşiyələr verilməyib!

 

BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM
KITABDA ISTIFADƏ OLUNAN ƏDƏBIYYAT:

Mötəbər sünnü kitablarından:

1- “Tarixul-üməm vəl-müluk” (müəllif: Məhəmməd ibni Cərir Təbəri), Qahirə çapı.
2- “Şəvahidut-tənzil” (müəllif: Hakim Həskani).
3-”Ət-tacul-camiu lil-üsul” (müəllif: Şeyx Mənsur Əli Nasif)
4- “Səhihi-Buxari”, (müəllif: Məhəmməd ibni İsmail Əl-buxari)
5-”Təfsiri-Kəbir” (müəllif: Fəxr Razi)
6-”Şərhi-Nəhcül-bəlağə” (müəllif: İbni Əbil Hədid)
7-”Kəşşaf” təfsiri (müəllif: Carullah Məhmud ibni Ömər Zəməxşəri)
8-”Fəthul-Qədir” (müəllif: Məhəmməd Şovkani)
9-”Ruhul-bəyan” təfsiri (müəllif: Şeyx İsmail Həqqi)
10-”Səhihi-Müslüm” (müəllif: Müslüm ibni Həccac Əl-qüşeyri Nişapuri)
11-”Nüzhətul-məcalis” (müəllif: Şeyx Əbdürrəhman Səfuri Şafei)
12-”Əs-səvaiqül-muhriqə” (müəllif: İbni Həcər Heysəmi)
13-”Tarixi-Yəqubi” (müəllif: İbni Cəfər Əxbari)
14-”Əl-bidayətu vən-nihayə (müəllif: İbni Kəsir Hənbəli)
15-”Möcəmul-büldan” (müəllif: Yaqut Həməvi)
16-”Usdul-ğabə (müəllif: İbni Əsir)
17 “Təbəqati ibni Səd” (müəllif: Əbu Əbdillah Məhəmməd ibni Səd ibni Məni” Zühəri Bəsri)
18-”Müsnəd” (müəllif: Əhməd ibni Hənbəl)
19-”Əl-fəzail” (müəllif: Əhməd ibni Hənbəl)
20-”Kənzül-ümmal” (müəllif: Müttəqi Hindi)
21-”Təzkirətul-xəvass” (müəllif: Sibt ibni Covzi)
22-”Ət-təfsir” (müəllif: İbni Cərir)
23-”Əs-səhih” (müəllif: İbni Macə)
24-”Əs-səhih” (müəllif: Termezi)
25-”Məcməuz-zəvaid” (müəllif: Heysəmi)
26-”Tarixi Xəmis” (müəllif: Məhəmməd ibni Həsən Diyarbəkri Maliki)
27-”Tarix” (müəllif: Əbil Fida)
28-”Tarix” (müəllif: İbni Şöhnə)
29-”Əs-sirə” (müəllif: Zeyni Dehlan)
30-”Əs-sirə” (müəllif: İbni Hişam)
31-”Əs-sirə” (müəllif: Hələbi)
32-”Əxtəri Kəbir” lüğətnaməsi
33-”Mübin” lüğətnaməsi
34-”Əl-isabə (müəllif: İbni Həcər)
35-”Təhzib və ət-təhzib” (müəllif: İbni Həcər)
36-”Əl-iqdul-fərid” (müəllif: İbni Əbdi Rəbbih Əndulusi Mərvani Maliki)
37-”Müstədrəkus-səhiheyn” (müəllif: Əbu Əbdillah Hakim Nişapuri)
38-”Əl-mənaqib” (müəllif: İbni Məğazili)
39-”Teysərul-vüsul”
40-”Təmhid” (müəllif: Baqlani)
41-”Ər-riyazun-nəzrət”
42-”Əl-kamilu fit-tarix” (müəllif: İbni Əsir)
43-”Mizanul-etidal” (müəllif: Zəhəbi)
44-”Durrul-mənsur” (müəllif: Cəlaləddin Süyuti)
45-”Əl-bida vət-tarix”
46-”İğtiyalu Əbi Bəkr”
47-”Əl-imamətu vəs-siyasət” (müəllif: Abdullah ibni Müslüm ibni Qüteybə Dinəvəri)
48-”Müəhlla” (müəllif: İbni Həzm)
49-”Səfvətus-səfvə (müəllif: İbni Covzi adı ilə məşhur olan Məhəmməd Bəkri Hənbəli)
50-”Əs-səqifə” (müəllif: Əbu Bəkr Covhəri)
51-”Əl-müvəttəə” (müəllif: Malik ibni Ənəs)
52-”Ət-tənbihu vəl-işrəf” (müəllif: Məs”udi)
53-”Şərhu etiqadi” (müəllif: Ömər Nəsəfi)
54-”Təbyinu kizbil-müftəri”
ELƏCƏ DƏ ADLARI AŞAĞIDA QEYD OLUNAN ŞIƏ MƏNBƏLƏRINDƏN, MƏHZ SÜNNÜ RAVILƏRINDƏN NƏQL ETDIKLƏRI ÜÇÜN ISTIFADƏ EDILMIŞDIR:
1-”Müntəhəl-amal” (müəllif: Şeyx Abbas Qumi)
2-”Abdullah ibni Səba” (müəllif: Seyyid Mürtəza Əsgəri)
3-”Əs-səbətu minəs-sələf” (müəllif: Firuzabadi)
4-”Əl-cüməl” (müəllif: Şeyx Müfid)
5-”Şərhi-Nəhcül-bəlağə” (müəllif: Feyzül İslam)
6-”Dünyanın ən yaxşı qadını Zəhra (ə)” (müəllif: Ayətullah Məkarim Şirazi)
 


BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM

ÖN SÖZ

“(Ey Peyğəmbərimiz) sözü dinləyib onun ən yaxşısına tabe olanlara müjdə ver. Onlar həmin kəslərdir ki, Allah onları (düz yola) hidayət etmişdir və məhz onlar əql sahibləridir.”
İslam Peyğəmbəri Həzrət Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-dən nəql olunmuş məşhur bir rəvayətdə buyurulur:

“Mənim ümmətim yetmiş üç firqəyə (dəstəyə) bölünəcəkdir, o firqələrin birindən başqa, hamısı od və cəhənnəm əhlidir.”
Bu hədisi bütün İslam alimləri öz kitablarında nəql etdikdən sonra yalnız özlərinin düzgün yolda olduqlarını bəyan etmiş, ixtilaf yaratmaq təqsirini isə başqa firqələrin üzərinə yıxmışlar. Halbuki, Qurani-Kərim belə buyurur:

“Hamılıqla Allah ipindən yapışın və heç vaxt təfriqəyə düçar olub dağılmayın.”
Belə bir sual yaranır ki, görəsən həqiqətdə “Allah “ipi” dedikdə nə nəzərdə tutulur və bu ayəni lazımınca izah edib həqiqəti insanlara çatdırmaq kimin öhdəsinədir ki, onlar da bu ipə sarılaraq heç vaxt dağılmasınlar? Bu vəzifəni yerinə yetirməyin kimin öhdəsinə olduğunu isə, məhz Qurandan soruşmaq lazım-dır. “Tövbə surəsində Allah taala dinşünas-ları Allah dininin təbliğçiləri kimi bəyan edib buyurur:

“Gərək hər bir tayfadan bir neçə nəfər hicrət edib dini dərindən öyrənsin və öz qövmlərinə tərəf qayıtdıqda onları (ilahi əzabdan) qorxutsunlar, bəlkə onlar da (pis işlərdən) çəkinələr.”
Deməli, həqiqi dini camaata olduğu kimi çatdırmaq din alimlərinin öhdəsinə düşən vəzifədir.
Növbəti sual budur ki, görəsən bu mühüm əhəmiyyət kəsb edən iş hansı firqə alim-lərinin üzərinə düşür? Və nə üçün hər hansı bir firqə bu ilahi vəzifəni yerinə yetirməkdə özünü sair firqələrdən üstün sayır, başqalarını isə batil yolda hesab edir? Bunları hansı alim həll etməlidir?!
Digər məsələ budur ki, bütün İslam ümmətinin ona sarılmağa əmr olunduqları “ip” dedikdə məqsəd nədir?
Bu məsələni düzgün şəkildə anlayıb “Allah ipinə” sarılmaq üçün, ilk növbədə tarixi düzgün şəkildə araşdırıb baş vermiş hadisələri olduğu kimi təhlil etmək, nəticədə şəffaf su-yun haradan və nə üçün bulandığını bilməliyik.
Son dərəcə təəssüflə qeyd etməliyik ki, sünnü alimləri düzgün və həqiqi tarixi oxumağı öz əsrlərində haram etmiş və tarixi oxumağın ölülərin qeybətini etməkdən ibarət olduğunu əsas tutaraq bu işi qadağan etmişlər.
Böyük sünnü alimlərindən olan Məhəmməd Qəzzali belə deyir: “İmam Hüseynin Kərbəla faciəsini və səhabələr arasında yaranan ixti-lafları camaata çatdırmaq haramdır. Çünki, bu hadisələr camaatda bəzi səhabələrə qarşı nifrət hissi oyadır. Halbuki, səhabələr böyük din təbliğçiləridir.”
Firqələr arasında yaranmış ixtilafların həqiqi səbəbini tapmaq üçün Peyğəmbərin vəfatından qabaq və sonra baş vermiş hadisələri araşdırmaq lazımdır. Çünki, Peyğəmbərin öz zamanında müsəlmanlar təqribən hamısı müttəfiq idilər. Münafiq səhabələr isə Peyğəm-bərə (s) məkrli planlar tökdükdə Peyğəmbər (s) Cəbrailin vasitəsi ilə göndərilən vəhy ilə onların qabağını alıb, münafiqlərin hiylələrini zərərsizləşdirirdi. Beləliklə qəti şəkildə hökm etmək olar ki, bütün ixtilaflar Peyğəmbərin vəfatından sonra baş vermişdir. Məhz buna görə də haqq-həqiqətin aşkar olması üçün Həzrəti Mühəmmədin vəfatından sonra baş verən hadisələri araşdırmalıyıq. Çünki, İslam firqələrinin hamısı Peyğəmbərin vəfatından sonra yaranmışdır. İslamın ilk çağlarındakı müsəlmanlar Peyğəmbərin vəfatından sonra iki dəstəyə bölündülər. Onların bir hissəsi həzrət Əli ibni Əbu Talib (ə)-ın tərəfdarı (şiə), digəri isə Əbu Bəkrin tərəfdarı (sünnü) oldular.
Müaviyə hiyləgərliklə hökuməti ələ aldıqdan sonra elə onun dövründə xəlifələrin tərəfdar-ları “Əhli sünnət” (sünnü) və ya “cəmaət” adlandırıldılar.
İmam Sadiq (ə)-ın dörd mindən artıq tələbəsi var idi. Məhəmməd ibni Nöman ibni Sabit (Hənəfi məzhəbinin banisi) və Malik ibni Ənəs (Maliki məzhəbinin banisi) də onun tələbələrindən idilər.
Bunlardan sonra isə Şafei və Hənbəli məzhəbləri yarandı. Bunlar da Abbasilərin köməyi ilə İslam cəmiyyətində çaxnaşma salıb hakimiyyəti ələ keçirdilər.
İndi isə biz İslami rəvayətləri araşdıraraq haqqı batildən seçib onu camaata tanıtdırmalı və hamının dində müttəfiq olub Allah ipindən yapışması və behişt əhli olması üçün əlimiz-dən gələni əsirgəməməliyik.


ƏHMƏD ƏSƏDNİJAD
1379 3 27
QUM ŞƏHƏRİ


BİRİNCİ FƏSİL

SƏHABƏ İLƏ TANIŞLIQ
İSLAM DİNİNİN BAŞLANĞICI
On üç il ardı-arası kəsilməyən əzab-əziyyət və işgəncələrdən sonra İslam Peyğəmbəri (s) Yəsrib (Mədinə) şəhərinə daxil olub şəhər əhalisi arasında qardaşlıq əhdi bağladıqda, bu sevincin nə qədər davam edəcəyindən heç kimin xəbəri yox idi. Peyğəmbər (s) bu şəhərə daxil olduqda, ilk növbədə Ovs və Xəzrəc tayfaları arasında uzun illərdən bəri davam edən münaqişəni həll etdi. Bu hadisədən sonra camaatda İslam dininə və Peyğəmbərə iman gətirməyə rəğbət günü-gündən artırdı. Şübhəsiz, əgər müsəlmanların arasında olan o vəhdət və birlik Peyğəmbər (s)-in vəfatından sonra da davam etsəydi, İslam dini tez bir zamanda bütün yer üzünü fəth edərdi, müsəlmanlar da indiyə qədər bunun bərəkətindən istifadə edə bilərdilər.
Amma çox təəssüflər olsun ki, Peyğəmbər (s)-in vəfatından sonra müəyyən hadisələr bu birliyi və İslam tarixini öz təbii axarla-rından tamamilə dəyişdirdi, müsəlmanlar arasında dərin ixtilaflara səbəb oldu. Belə ki, bu dəhşətli hadisələr 14 əsrdir ki, müsəlman-ları həqiqi İslam nurundan məhrum etmişdir.
Bu qaranlıq bir mühitdə hər kəs məcburiyyət qarşısında qalaraq özünə müəyyən bir yol seçib və özünün doğru və haqq yolda olduğunu güman edir. Ancaq görəsən bütün bu yollar Peyğəmbər (s)-in öz sağlığında bəyan etdiyi yoldur, yoxsa insanları azğınlığa aparır?
Müsəlmanlar Peyğəmbər (s)-in vəfatından sonra iki firqəyə ayrıldılar. Onların biri Əbu-Bəkrin xilafətini qəbul edib “Əhli-sünnət” (sünnü) adı ilə məşhur oldular. O biri dəstə isə Əbu-Bəkrlə müxalifət edib yalnız Əli (ə)-ı Peyğəmbər (s)-in haqq canişini kimi qəbul edərək “şiə” adı ilə tanındılar. Biz bu fəsildə müsəlmanların arasında yaranan ixtilafın amillərinin bəzi səhabələrin etdiyi əməllər olduğunu göstərən rəvayətləri nəql edəcəyik. Belə ki, bu səhabələr Peyğəmbər (s)-in buyurduqlarına əməl etməyib İslam ümmətini öz ətraflarına yığdılar. Biz əvvəlcə çoxluq təşkil edən dəstənin, sonra isə azlıq təşkil edən dəstənin fəzilətinə dair nəql edilən rəvayətləri əziz oxucuların nəzərinə çatdıracağıq. Düzgün mühakimə yürüdərək tənqidi nəticələr çıxarmağı isə əziz oxuculara həvalə edəcəyik.
PEYĞƏMBƏR VƏ GƏLƏCƏK
İslam Peyğəmbəri həzrət Mühəmmd (s) bəzi hadisələrlə əlaqədar olaraq öz ümmətinin gələcəyindən xəbər verirdi ki, özündən sonra müsəlmanlar düz yolu seçməklə çətinliyə düşməsinlər. Bu barədə Peyğəmbər (s)-dən bəzi hədislər nəql olunub. Digər tərəfdən isə bəzi səhabələrin fəzilətinə dəlalət edən hadisələr bu hədislərlə bir neçə cəhətdən ziddiyyətdədir. Bütün bu rəvayətlərdə “ma əhdəsu” sözü işlədil-mişdir. (Yəni ümmətin gələcəkdə görəcəyi işlərdən xəbər vermək.) Biz bu rəvayətləri bəyan etdikdən sonra onları səhabənin fəziləti haqda olan hədislərlə müqayisə edəcəyik.
1-Ayişə deyir: Peyğəmbər buyurdu: “Mən ümmətimin bir dəstəsini behiştə daxil etmək üçün “Kövsər” hovuzunun yanında duracağam. And olsun Allaha, elə bu zaman ümmətimin bir dəstəsini məndən ayıracaqlar. Mən deyəcəyəm: “Pərvərdigara, axı bunlar mənim ümmətimdən və köməkçilərimdir.?! Mənə deyiləcək: Sən bilmirsən ki, onlar səndən sonra nələr etdilər?! Bunlar İslamı qəbul etdikdən sonra yenidən öz cahi-liyyət adətlərinə qayıtdılar.”
2-Abdullah deyir: Peyğəmbər buyurub: “Mən “Kövsər” hovuzuna sizdən öncə gələcəyəm. Bu zaman mələklər bir qövm ilə çəkişəcəklər. Mələklər onlara qalib gəlib onları məndən uzaqlaşdıracaqlar. Mən deyəcəyəm: “Pərvərdigara, (axı) bunlar mənim səhabələrimdir...!” Allah tərəfindən deyiləcək: “Bunların səndən sonra nələr etdiklərini bilmirsənmi?!”
3-Ənəs ibni Malik deyir: Peyğəmbər (s) belə buyurdu: “Həmişə mənimlə birlikdə olan şəxslər “Kövsər” hovuzunda mənim yanıma gələcəklər.” Orada... onları məndən ayıracaqlar. Mən deyə-cəyəm: “Pərvərdigara, (axı) bunlar mənim əshabımdır...!” Allah tərəfindən deyiləcək: “Bunların səndən sonra nə cinayətlər törət-diklərini bilmirsən?!”
4-Əhməd ibni Hənbəl Əbu Hüreyrədən nəql edir ki, Peyğəmbər (s) belə buyurdu: “Dəvənin yanından yad bir dəvə balasını qovan kimi, mənim əshabımdan olan bir dəstə camaatı da “Kövsər” hovuzundan geri qaytaracaqlar.”
Əhməd ibni Hənbəl öz kitabının 300 və 408-ci səhifələrində isə belə yazıb: “Onları çağırıb “gəlin” dedikdə, Allah tərəfindən deyiləcək: “Bunlar səndən sonra dini təhrif etdilər.” Mən isə deyəcəyəm: “Səhqən, səhqa-məndən uzaq olun, məndən uzaq olun və cəhənnəmin ən aşağı mərtəbəsinə daxil olun!”
5-Qütadə deyir: “Bir zaman Peyğəmbər (s) bu ayəni oxudu: “Qiyamət günü bəzi üzlər ağ, bəziləri isə qara olacaq. Üzü qara olanlara deyiləcək: “İman gətirdikdən sonra kafirmi oldunuz? Elə buna görə də cəhənnəm əzabını dadın.”  
Peyğəmbər (s) bu ayəni oxuduqdan sonra buyurdu: “Bir dəstə camaat mənim söhbətlərimi eşitməklərinə baxmayaraq, məndən sonra kafir olacaqlar.” Sonra isə Peyğəmbər (s) bizə xəbərdarlıq edib sözünə davam etdi: “Mühəmmədin canı əlində olan Allaha and olsun, “Kövsər” hovuzunun başında mənimlə yoldaş olan camaatın bir dəstəsini məndən uzaqlaş-dıracaqlar. Onları bu halda gördükdə deyəcəyəm: “Pərvərdigara, axı bunlar mənim əshabımdır!” Allah tərəfindən deyiləcək: “Səndən sonra bunların nə kimi cinayətlər törətdiklərini bilmirsənmi?!”
6- İbni Məsud deyir: Peyğəmbər (s) Ərəfat çölündə dəvənin üstündə ikən belə buyurdu: Bilirsinizmi bu gün hansı gün, bu ay hansı ay və bu yer hansı yerdir? Müsəlmanlar dedilər: “Bu gün haram (hörmətli) gün, bu ay (hörmətli) ay və bu yer də haram (hörmətli) yerlərdəndir.” Peyğəmbər (s) buyurdu: “Agah olun! Sizin mal və canınız bu gün, bu ay və bu yer kimi bir-birinizə haramdır. (Yəni toxunulmaz və möhtərəmdir.) Agah olun! Mən “Kövsər” hovu-zunda sizdən qabaq hazır olacağam, sizin çoxunuz “Kövsər” hovuzuna toplaşacaqsınız. Mən o zaman xəcalət çəkəcəyəm ki, orada sizin bir dəstənizi seçəcəyəm, Allah tərəfindən isə digər bir dəstə seçiləcək. Mən Allaha: “(Axı) Bunlar mənim əshabım idilər!” dedikdə, “bunların səndən sonra nə işlər etdiklərini bilmirsən?!” - deyə cavab veriləcək.”
7-İbni Abbas deyir: Peyğəmbər (s) buyurdu: “Qiyamət günü bəndələr ayaqyalın, çılpaq və tüksüz məhşur olacaqlar. Mənim əshabımın bir dəstəsini behiştə, bir dəstəsini isə cəhənnəmə aparacaqlar. Bu zaman mən deyəcəyəm: “Cəhənnəmə apardığınız bu insanlar mənim əshabım idilər!” Elə bu zaman mələklər tərəfindən: “Bunlar səndən sonra mürtəd olub cahiliyyət adət-ən”ənələrinə qayıtdılar” - deyə cavab gələcək.”
SƏHABƏLƏRİN FƏZİLƏTİNƏ AİD OLAN RƏVAYƏTLƏR
Sünnü alimləri Əbubəkr və digər xəlifə-lərin fəzilətinə dair çoxlu rəvayətlər nəql ediblər. Biz onların bəzilərini qeyd edirik:
1-Ömər ibni Xəttab deyir: Peyğəmbər buyurub: “Əbu-Bəkrin dünyaya gəldiyi gecə Allah Ədn cənnətində zühur edib buyurdu: “Öz izzət və cəlalıma and olsun, bu gecə doğulan insanı sevib əzizləməsən, səni cənnətə daxil etmə-yəcəyəm!”
2-Buxari öz “Səhih” kitabında belə yazır: “Əbu Səid Xidri deyir: Peyğəmbər (s) bir dəfə xütbə oxuyarkən buyurdu: “Həqiqətən mənim camaat arasında mal və söhbətdə ən çox əmanətdar məsləhətçim Əbu Bəkr idi. Əgər özümə Allahdan başqa yar və munis axtarmaq istəsəm, Əbu Bəkri seçərəm....”
Buxari yenə yazır: “Peyğəmbər (s) Əbu Bəkrin qapısından başqa, məscidə açılan bütün evlərin qapılarını bağladı.”
“Əttac” kitabının müəllifi yazır: “Peyğəm-bər (s) buyurub: Hər vaxt öz ümmətimin arasın-da bir kəsi dost seçmək istəsəm, şübhəsiz ki, Əbu Bəkri özümə dost seçərdim. Lakin o mənim dostum və qardaşımdır ki, Allah onu Özü üçün dost seçmişdir.”
3. Əbdürrəhman Səfuri deyir: “Bir nəfər Peyğəmbərdən soruşdu: “Ya Rəsuləllah, öz həyat yoldaşlarınızdan hansını daha çox istəyirsiniz? Peyğəmbər, “Ayişəni” - deyə cavab verdi. O, “kişilərdən kimi?” deyə soruşduqda, Peyğəmbər dedi: “Ayişənin atası Əbu Bəkri. Çünki o, qiyamət günü bir rəngdə olan atın üstündə məhşərə varid olacaq. O kişi Ömər barəsində Peyğəmbərdən sual etdi. Peyğəmbər: “Ömər qiyamət günü ağımtıl ata minmiş halda məhşərə daxil olacaq.” Osman barəsində sual etdikdə isə Peyğəmbər ona belə cavab verdi: “Osman kafurdan da ağ olan bir atın üstündə məhşərə daxil olacaqdır.” Sual edən kişi Əli (ə) haqqında suala çatdıqda Peyğəmbər buyurdu: “Amma Əli, mənim qardaşım və əmim oğludur. O, qiyamət günü behişt dəvələrindən birinin üstündə məhşərə daxil olacaqdır.”
4-Sünnü alimləri İbni Abbasın vasitəsi ilə Peyğəmbər (s)-dən nəql ediblər ki, “Peyğəmbər (s) bir zaman öz yaxın adamlarından on nəfərin adını sayıb, behişt əhli olduqlarını onlara müjdə verdi.” Sonralar isə bu hədis “Əşəreyi Mübəşşərə” (Yəni, behişt müjdəsi almış on nəfər) adı ilə məşhurlaşdı.
Çox təəccüblüdür ki, digər bir hədisdə on nəfər əvəzinə on bir nəfərin adı çəkilmiş-dir. Bu hədislərdən birini nümunə üçün nəzərinizə çatdırırıq:
İbni Abbas nəql edir ki, Peyğəmbər belə buyurub:
1. Ümmətimə ən mehriban və rəhimli şəxs Əbu Bəkrdir.
2. Allah dinində ən qüdrətli və güclü şəxs Ömərdir.
3. Ümmətimin ən abırlı və həyalı şəxsi Osmandır.
4. Sizin aranızda ən yaxşı hakim və qazi Əlidir.
5 və 6-Hər peyğəmbərin köməkçisi var, mənim də köməkçilərim Təlhə və Zübeyrdir.
7-Səd ibni Əbi Vəqqas harada olsa, haqq ora-da və onunladır.
8-Səid ibni Zübeyr Allahın dostların-dandır.
9-Əbdürrəhman ibni Ovf Allahın layiqli tacirlərindəndir.
10-Allahın əmanətdar saydığı şəxs Əbu Übeydə Cərrahdır.
11-Hər peyğəmbər üçün bir sirr saxlayan var, mənim sirr saxlayanım isə Müaviyədir. Onu sevib istəyənlər nicat tapacaq, ona qəzəblənənlər, həlak olacaqlar.

MÜLAHİZƏLƏR
Şübhəsiz ki, bu iki dəstə rəvayətlər bir-birinə ziddir. Birinci dəstədə olan rəvayətlər Peyğəmbər səhabələrindən bir dəstəsinin öz əməllərinə görə cəhənnəmə gedəcəklərinə təkid edir. Ancaq ikinci dəstədə olan rəvayətlər Peyğəmbərin bəzi səhabələrinin məqamını elə yüksəldir ki, sanki onlar Allahın ən yaxın dostlarındandır.
Ancaq sünnü alimləri bu hədislərin açıq-aşkar şəkildə gələcəkdən xəbər verdiyini, Habelə Peyğəmbərin yaxın köməkçiləri və onunla gecə-gündüz bir yerdə olanların onun vəfatından sonra mürtəd olub nəticədə cəhənnəmin sonuncu mərtəbəsində olacağını bəyan etdiyini gördükdə çalışıblar ki, xəlifələrə bəraət qazandırıb bu sözləri onların hakimiyyəti ilə mübarizə aparan şəxslərə aid etsinlər. Bu işi də mahir dastan yazan Seyf ibni Ömər gördü. Uzun illərdən sonra da Təbəri yalandan nəql olunmuş bu qondarma hədisləri özünün “Tarix” kitabından qeyd etdi, sair tarix kitablarına da məhz buradan sirayət etdi.
Buxari Məhəmməd ibni Yusifdən belə nəql edir: “Mürtəd olmuş o şəxslər Əbu Bəkrin xilafəti ilə müxalifət edənlər və ona zəkat verməyib onunla döyüşənlərdir.”
Tarixi həqiqətləri tərsinə cilvələndirən Seyf ibni Ömər belə deyir: “Mürtəd olan o şəxs Malik ibni Nüveyrə idi. O, zəkat vermədiyi üçün mürtəd olmuşdu. Buna görə də Əbu Bəkr onunla döyüşüb onu öldürtdürdü.”
Həqiqət isə tamamilə başqa cürdür. Belə ki, əvvəla, Malik ibni Nüveyrə pak, qəbilələr arasında çox məşhur və imanlı bir şəxs idi. Digər tərəfdən isə Malik Peyğəmbərlə təkcə bir neçə dəfə görüşüb. Buna görə də onu heç vaxt, “həmişə Peyğəmbərlə birlikdə olan şəxs” (səhabə) adlandırmaq olmaz.
 

MALİK İBNİ NÜVEYRƏ MƏDİNƏ ŞƏHƏRİNDƏ
Burra ibni Azib belə yazır: “Peyğəmbər həzrətləri öz əshabı ilə oturmuşdu. Elə bu zaman Bəni Təmim tayfasının başçıları, o cümlədən Malik ibni Nüveyrə Peyğəmbərin hüzuruna gəldilər. Malik Peyğəmbər (s)-ə ehtiram etdikdən sonra dedi: “Ey Allahın Rəsulu, mənə iman gətirmək yollarını öyrət.”
Peyğəmbər (s) buyurdu “İman gətirmək üçün ilk növbədə Allahın birliyini və Ondan başqa heç bir məbud olmadığını qəbul etməlisən. Sonra isə mənim, O Allahın Rəsulu olduğumu qəbul etməlisən, gün ərzində beş dəfə namaz qılıb, Ramazan ayının orucunu tutmalısan. Zəkat verib, həccə getməlisən.” (Sonra isə Əli (ə)-a işarə edib buyurdu:) “Məndən sonra mənim vəsim və canişinim olan bu şəxsi sevməlisən. Həmçinin nahaq yerə qan tökməkdən, oğurluq və xəyanət etməkdən, yetim malını yeməkdən və şərab içməkdən uzaq olmalısan. Mənim şəriəti-min hökmlərinə iman gətirib halal bildiyimi halal, haram bildiyimi isə haram bilməlisən. Zəif və güclünün, böyük və kiçiyin hüququna riayət etməlisən.”
Sonra isə Peyğəmbər (s) İslam şəriətində olan hökmləri Malik üçün bir-bir izah etdi. Malik də onların hamısını öyrəndi, sonra sevincək qalxıb əbasının ətəyi yerlə sürünə-sürünə gedərək öz-özünə belə dedi:
“Kəbənin sahibi olan Allaha and olsun, din hökmlərini öyrəndim!”
Malik Peyğəmbər (s)-in yanından uzaqla-şandan sonra, Peyğəmbər (s) buyurdu:

“Hər kim behişt əhlinin simasını görmək istəsə, bu kişinin simasına baxsın.”
Elə bu zaman səhabələrdən iki nəfəri Peyğəmbər (s)-dən icazə alıb bu müjdəni Malikə çatdırdılar və Allahdan onları bağışlaması üçün dua etməsini istədilər.
Malik dedi: “Allah sizi bağışlamasın, əsil şəfaət və dua sahibini (Peyğəmbəri) qoyub, mənim sizin üçün dua etməyimi istəyirsiniz?!”
Onlar narahat halda Peyğəmbərin yanına qayıtdılar. Peyğəmbər (s) bunları görcək buyurdu: “Haq sözü eşitmək acıdır. Çünki, haqq söz insanı qəzəbləndirir.”
Malik Peyğəmbər (s)-in vəfatından sonra Mədinəyə gəldi, bir neçə gün Peyğəmbər (s)-in vəsi və nümayəndəsinin kim olduğu haqda təhqiq etdi. Cümə günü Əbu Bəkri minbərdə camaata xütbə oxuduğunu görüb narahat oldu və dedi: “Sən Teym tayfasından olan qardaşımız deyilsən?”
Əbu Bəkr: “Bəli” - deyə cavab verdi.
Malik: “Bəs nə oldu?! Peyğəmbərin məni vilayətinə itaət etməyə əmr etdiyi o şəxs (Əli) hanı?” - deyə soruşdu.
Camaat dedi: “Ey ərəb! Bir işin başqa bir iş ilə dəyişildiyi çox olub.”
Malik dedi: “And olsun Allaha, siz Allahın və Peyğəmbər (s)-in əmrinə xəyanət etməkdən başqa heç bir iş görməmisiniz.”
Sonra Əbu Bəkrə üz tutub dedi: “Peyğəmbərin həqiqi canişini kənarda qaldığı halda, səni bu minbərə kim çıxardıb”?
Əbu Bəkr camaata üz tutub dedi: “Özünü nəcasətə bulaşdıran bu ərəbi Peyğəmbərin məscidindən qovun!”
Qonfuz və Xalid ibni Malik, onu döyə-döyə məsciddən çıxartdılar. Malik öz dəvəsinə minib, Peyğəmbər (s)-ə salavat göndərdikdən sonra bu şeri oxudu:

“Allahın Rəsulu bizim aramızda olanda, dediklərini sözsüz yerinə yetirirdik. Qəribədir, görəsən Əbu Bəkrin hakimliklə nə işi var?! Öldükdən sonra oğlu Bəkri öz nümayəndəsi qoyacaqmı? Haqqın həqiqətinə and olsun, bu iş bel sındıran bir işdir.”
HÖKUMƏTLƏ MÜBARİZƏ
Malik ibni Nüveyrə Yərbu Təmim tayfasındandır. Onun künyəsi Əbu Hənzələ, ləqəbi isə Cəfuldur. Deyilənlərə görə, o, məharətli şair, öz qəbiləsi arasında böyük bir şəxsiyyət, məşhur və cəngavər kişilərdən biri idi. O, cahiliyyət dövründə öz qəbiləsinin başçılarından biri idi. İslamı qəbul etdikdən sonra Peyğəmbər (s) onu öz tayfası arasında nümayəndə seçdi. O da öz tayfasının zəkatını yığıb Peyğəmbərə gətirirdi. Peyğəmbər (s) vəfat etdikdən sonra zəkatı, dövrün hökumətinə (ƏbuBəkrə) verməyib öz tayfasının yoxsulları arasında bölüşdürdü. Malik Peyğəmbərin vəsisinin kim olduğunu bildiyi üçün Əbu Bəkri qəsbkar bilirdi. Belə isə nə üçün ehtiyacı olanların (haqqını) zəkatı Əbu Bəkrə verməli idi?
Malikin zəkatı verməkdən imtina etməsi xəbəri Əbu Bəkrə çatdıqda, o, böyük bir qoşun hazırlayıb, Maliklə döyüşməyə yolladı. Məşhur sünnü tarixçisi Təbəri yazır: “Xalid “Bəttah” diyarına çatan kimi Zirar ibni Əzvər və Əbu Qütadəni bir dəstə ilə birlikdə Malikin üstünə göndərdi. Onlar gecə yarısı qəfildən Malikin tayfasına hücum etdilər.” Əbu Qütadə sonralar belə deyirdi: “Bizim qoşun gecə hücum etdiyindən Malikin qəbiləsi vahiməyə düşdü, dərhal silahlanıb bizimlə döyüşmək istədilər. Biz onlara müsəlman olduğumuzu söylədikdə, on-lar “biz də müsəlmanıq” - deyə cavab verdilər.
Qoşun başçısı onlara: “Bəs nə üçün silahlanmısınız?” dedikdə, onlar da eyni sualı bizə verdilər. Biz dedik: “Əgər siz doğrudan da müsəlmansınızsa, onda silahlarınızı yerə qoyun.” Onlar silahlarını yerə qoyub, bizimlə birlikdə namaz qıldılar.”
İbni Əbil Hədid yazır: “Malik və onun tayfası silahı yerə qoyan kimi, onları əsir edib əlləri bağlı halda Xalidin yanına gətirdilər.”
Müttəqi Hindi  və Yəqubi  bu hadisəni xatırlayıb yazırlar ki, “Malik ibni Nüveyrə Xalidlə söhbət etmək üçün onun yanına gəldi. Həyat yoldaşı da onunla gəlmişdi. Xalid bu qadını gördükdə ona vuruldu! Sonra Malikə üz tutub dedi: “Allaha and olsun, səni öldürəcəyəm, sən tayfanın arasına qayıda bilməyəcəksən.”
Xalid ibni Vəlid Malikin dindən çıxıb mürtəd olduğunu iddia edirdi. Onun dediyinə görə, Malik İslama aid olmayan sözlər deyirmiş. Malik isə Xalidin sözlərini rədd edib dedi: “Mən müsəlmanam və öz dinimi dəyişdirməmişəm.” Əbu Qütadə və Abdullah ibni Ömər də Malikin sözlərini təsdiq etdilər. Ancaq Xalid onların sözlərinə məhəl qoymadan, Zirar ibni Əzvərə onun boynunu vurmasını əmr etdi. Sonra isə, Malikin həyat yoldaşı Ümmü Təmim ilə zina etdi.
Əbil Fida öz “Tarix” kitabında  yazır: “Abdullah ibni Ömər və Əbu Qütadə bu məclisdə olduqlarından, Malik haqda Xalidlə söhbət etdilər. Ancaq Xalid onların sözlərini qəbul etmədi. Malik, Xalidə üz tutub dedi: “Xalid! Sən bizi Əbu Bəkrin yanına göndər, o necə istəsə elə də hökm etsin.” Xalid dedi: “Əgər mən sənin günahından keçsəm, onda Allah məni bağışlamasın.” Sonra Zirara üz tutub Malikin boynunu vurmasını əmr etdi. Malik həsrətlə öz həyat yoldaşına baxdıqdan sonra Xalidə üz tutub dedi: “Mənim qətlimə səbəb bu qadın oldu!” (Malikin həyat yoldaşı həddindən artıq gözəl bir qadın idi.)
Xalid dedi: “Allahın dinindən çıxıb mürtəd olduğun üçün Allah səni öldürdü!”
Malik: “Mən hələ də müsəlmanam və İslamın qulluğunda durmuşam” - deyə Xalidə cavab verdi.
Xalid Zirara üz tutub “onun boynunu vur!” dedi. Zirar da heç nədən çəkinmədən dərhal onun boynunu vurdu.
“Əl-isabə kitabının müəllifi yazır: “Xalid Maliki öldürtdükdən sonra onun başını daş əvəzi qazanın altına qoymaq əmri verdi  və od kəsik başın tüklərini yandırıb dəriyə çatmamış yemək hazır oldu. Özü isə elə o axşam Malikin həyat yoldaşı (Mikahalın qızı) ilə zina etdi.
ƏBU BƏKRİN XALİDƏ VERDİYİ MÜKAFAT
Sünni tarixçisi Əbil Fidanın “Tarix” kita-bında belə yazılıb: “Bu xəbər Mədinəyə çatdıq-da, Ömər Əbu Bəkrə dedi: “Xalid müsəlman bir şəxsi öldürüb və onun həyat yoldaşı ilə zina edib. Onu daş-qalaq etmək lazımdır.”
Əbu Bəkr dedi: “Mən onu daş-qalaq etməyə-cəyəm. Çünki o, öz vəzifəsini ayırd edib, Mali-ki öldürübdür. Hətta onun seçdiyi yol səhv olsa da belə.”
Ömər dedi: “O bir müsəlmanın qatilidir, ondan qisas almaq lazımdır!!”
Əbu Bəkr yenə də öz sözünü təkrar etdi.
Ömər: “Elə isə, heç olmazsa onu işdən azad et” - dedi.
Əbu Bəkr: “Mən, Allahın qınından çıxart-dığı qılıncı heç vaxt öz qınına taxmaram!” - deyə cavab verdi.
Təbəri yazır: “Xalidin Maliki öldürməsinin səbəbi bu idi: Malik əvvəllər onun yanına gəlib demişdi: “Sizin sahibiniz olan Peyğəmbərin elə-belə sözdən başqa bir söz dediyini güman etmirəm.”
Xalid dedi: “Məgər sən “sizin sahibiniz Peyğəmbər” dedikdə onu öz sahibin bilmir-sənmi?”
Xalid səfərdən qayıtdıqdan sonra məscidə daxil oldu. Bunu görən Ömər əsəbiləşmiş halda ayağa qalxıb onun əmmaməsinə taxdığı ox çubuqlarını götürüb sındıraraq dedi: “Özünü göstərmək üçün müsəlman bir şəxsi öldürdün, hələ bununla da kifayətlənməyib, heyvan kimi onun arvadına da təcavüz etdin! And olsun Allaha, səni daş-qalaq edəcəyəm! Çünki, sənin etdiyin əməli cəzası elə budur.”
Xalid başını aşağı salıb ona cavab vermədi. Çünki o, Əbu Bəkrin də onu belə cəzalandıracağını güman edirdi.
Əbu Bəkrin yanına gəlib işlərini xəbər verdi. Sonra isə etdiyi günaha görə Əbu Bəkrdən üzr istədi. Əbu Bəkrin onu cəzalandıracağı gözlənildiyi halda, onu bağışlayıb, günahından keçdi.
Bundan sonra Xalid sevincək Əbu Bəkrin yanından çıxdı. Məcsiddə oturmuş Öməri gördükdə ona kinayə ilə dedi: “Ey Ümmü Şəmilənin oğlu, indi sözün varsa deyə bilərsən!” Ömər, Əbu Bəkrin onu bağışladı-ğını anlayıb heç bir söz demədən evinə yollandı.
İbni Əbil Hədid yazır: “Əbu Bəkr Ömərə dedi: “Ey Ömər! Sakit ol, bu bizim birinci səhvimiz deyil. Xaliddən əl çək, onunla işin olmasın.”
BU HADİSƏ HAQQINDA MÜLAHİZƏLƏR
Yuxarıda qeyd olunanlardan, Əbu Bəkrin Malikə qarşı nə üçün kinli olması məlum oldu. O, Malikin mürtəd olduğunu iddia edirdi. Ancaq Malikin günahı sadəcə olaraq Əbu Bəkrin hökumətinə zəkat verməkdən imtina etməsi idi. Malik Əbu Bəkrin Əli (ə)-ın qanuni haqqı olan hökuməti qəsb etdiyini bilirdi. Malikin nəzərində isə bu iş hər bir mürtədlikdən üstün idi. Malik mürtəd deyildi. Çünki o, zəkat ayəsini və dinin hökmlərini inkar etmirdi. Əgər zəkat verməyən hər bir müsəlmanın boynu vurulmalı olsaydı, onda yer üzündəki müsəlmanların əksəriyyətinin boynu vurulmalı olardı. Sünnü və şiə alimlərindən heç biri zəkat verməyən müsəlmanı mürtəd hesab etmir, sadəcə olaraq onu günahkar sayır.
İbni Kəsir  və İbni Həcər Heysəmi yazırlar: “Ömər ibni Xəttab Əbu Bəkrə dedi: Camaatla nə üçün döyüşürsən!? Məgər Peyğəmbər (s) buyurmayıbmı ki: Mən camaatla İslam dinini qəbul etdikləri vaxta qədər döyüşəcəyəm. Ancaq onlar dini qəbul edib, Allahın birliyinə və mənim peyğəmbər olmağıma iman gətirən kimi, onlar mənim tərəfimdən toxunulmazdırlar?!”
Əbu Bəkr dedi: “Allaha and olsun, əgər müsəlmanlar, Peyğəmbər (s)-ə verdikləri zəkatı (hətta bir dəvə, yaxud onun ayağının ipi olsa belə) mənə verməsələr, onlarla döyüşəcəyəm. Çünki, zəkat malın haqqıdır. And olsun Allaha! Namaz ilə zəkat arasında fərq qoyan hər bir müsəlman ilə döyüşəcəyəm!”
Əgər Malik və onun qəbiləsi dindən çıxıb mürtəd olmuşdularsa, bütün İslam firqələrinin alimlərinin fətvasına uyğun olaraq onlara tövbə etmək üçün üç gün möhlət verilməli idi. Üç gündən sonra tövbə etməyib İslam hökmlə-rini inkar etsəydilər, yalnız bu zaman onları öldürmək olardı. Bəs nə üçün Maliki belə tələm-tələsik və gecə ikən, həm də qəfildən öldürdülər?
Görəsən, sadəcə olaraq arvadı üçünmü öldürüldü? Malikin, arvadının gözəlliyi üçün öldürüldüyünü qəbul etmək ağılasığan deyil. Çünki, Xalid Maliki zindana salıb, gecə yarısı qaranlıq bir yerdə onun arvadı ilə zina edib sabahı da bunu inkar edə bilərdi, heç kimsə də buna şahidlik edə bilməzdi. Bu halda Malikin və onun tərəfdarlarını qətlə yetirmə-yin heç bir lüzumu yox idi.
Məsələnin əsl həqiqəti isə tam başqa şeydir: Malik böyük şəxsiyyətli tayfa başçısı və ağıllı bir insan idi. Əbu Bəkrin hökuməti isə hələ təzəcə qurulmuş, onun bünövrələri möhkəmlənməmişdi. Əbu Bəkrin hakimiyyətinin Malikin planlaşdırılmış bir hərəkəti ilə devrilməsi ehtimalı var idi.
Digər tərəfdən, hökumət daxildə də zəif idi. Çünki, Əli (ə)-ın başçılığı ilə Bəni Haşim tayfası, Səd ibni Übadənin başçılığı ilə Xəzrəc tayfası və Əbu Süfyanın başçı-lığı ilə Qüreyş tayfası hələ də Əbu Bəkrin hakimiyyəti ilə ciddi şəkildə müxalifət edirdilər. Deməli, Mədinənin bir neçə kilo-metrliyində olan və hökumətə ciddi təhlükə sayılan bu qeyrətli şəxsi və onun cəsur tayfasını gecə ikən aradan götürmək lazım idi ki, bu iş Mədinədəki müxalifətlərə də bir təhdid və ibrət olsun. Belə nəticə alınır ki, Malikin ölümünün əsl səbəbkarı Xalid yox, Əbu Bəkrin özü idi.
Tarix kitablarından məlum olur ki, Əbu Bəkrin müharibə etdiyi bütün şəxslər müsəlman idilər. Əbu Bəkr onlarla zəkat vermədikləri üçün deyil, əksinə hökumətlə ciddi şəkildə müxalifətçilik etdikləri üçün müharibə aparırdı. İbni Kəsir yazır: “Ərəblər dəstə-dəstə Mədinəyə gəlirdilər. Onlar İslam dinini qəbul etmişdilər, namaz qılıb oruc tuturdular. Ancaq zəkat vermirdilər. Onların bəziləri hətta Əbu Bəkrin özünə belə zəkat verməkdən imtina edirdilər.”
Təəssüflə qeyd etməliyik ki, sünnü alimlərinin tarix kitablarında Malik ibni Nüveyrənin qətlə yetirilməsi hadisəsi təhrif edilərək tərsinə yazılmışdır. Bu alimlərdən biri də ibni Cərih Təbəridir. O, özünün yalan və qondarma hadisələrlə dolu olan tarix kitabında bu hadisəni, özü kimi yalançı tarixşünasdan – Seyf ibni Ömərdən nəql etmişdir. Bunu da qeyd edək ki, qondarma tarixlər onun kitabından sair sünnü alimlərinin “Sihahi-sittə kimi tarix və təfsir kitablarına da sirayət etmişdir. Bu əsərlərin sahibləri Təbərinin yazdığı tarixin qədim olduğuna görə onun sözlərini düzgün bilir və ona etimad edirlər.
İndi isə təfsir kitablarından Malikin başına gələn əhvalatla əlaqədar olaraq iki təfsiri təhlil edirik.
Şovkani “Fəthül-Qədir”  kitabında “Maidə” surəsinin 53-cü ayəsi haqqda belə yazır:

“Mürtəd olanlar deyirdilər: “Biz namaz qılırıq, ancaq zəkat verməyəcəyik. Allaha and olsun, biz öz malımızı qəsbkara verməyəcəyik.” Əbu Bəkr onlarla bu barədə söhbət edib dedi: “Allaha and olsun ki, mən Allahın bir yerə yığıb cəm etdiyi şeylər arasında fərq qoymayacağam. (Onun məqsədi bu idi ki, Allah belə buyurub: “Namaz qılın və zəkat verin.”) Əgər Allahın vacib buyurduğu şeyi təkəbbürlük edib mənə verməsələr, onlarla müharibə edəcəyəm.” Sonra isə Allah tərəfindən gəlmiş bir qoşunun köməyi ilə Əbu Bəkr onlarla vuruşdu və zəkat verməli olduqlarını onlara başa saldı.
“Ruhul-Bəyan” kitabının müəllifi bu sözləri nəql etdikdən sonra yazır: “Allah-taala onlarla vuruşmaq üçün Əbu Bəkrə bir qoşun göndərdi. Peyğəmbər (s) öz düşmənləri ilə vuruşduğu kimi, Əbu Bəkr də onlarla vuruşub zəkatın vacib olduğunu onlara başa saldı.”
Ənəs ibni Malik deyir: “Səhabələr isə onlarla vuruşmağı düzgün bilməyib, onların “qiblə əhli” (müsəlman) olduqlarını deyirdilər. Ancaq Əbu Bəkr qılınc götürüb onlarla vuruşmağa getdikdə, səhabələr də məcbur qalıb onunla getdilər.”
İbni Məsud deyir: “Biz əvvəllər “rəddə əhli”  ilə döyüşməyin kərahətli (məkruh) olduğunu bilirdik. Döyüşdən sonra isə Allaha şükr etdik.”
Bəziləri demişlər:

“Peyğəmbərlərdən sonra Əbu Bəkrdən fəzilətli bir kəs doğulmayıbdır! Çünki o, rəddə əhli ilə döyüşdə Peyğəmbər (s)-in nümayəndəsi oldu.” Bu döyüş Malik ibni Nüvey-rəyə qarşı aparıldı.
“Ruhul-Bəyan” təfsirində yazılır:  “Həsən dedi: Əgər Əbu Bəkr bu işi görməsəydi, müsəlmanlar qiyamət gününə kimi zəkat verməyəcəkdilər.”
Əşbah özünün “Əl-mötəmidu fil-Məzahib” kitabında belə yazır: “Zəkatı icbar və zorla almaq caiz və düzgün deyil.”
Əşbah daha sonra deyir: “Mühit deyir: Zəkat verməyən şəxsdən zorla zəkat almaq olmaz. Zəkat yığan şəxs zorla zəkat alsa belə, o, zəkat sayılmır. Çünki zəkat verən şəxs öz istəyi ilə verməyib. Ancaq onu zəkat verənə qədər zindanda saxlamaq olar.”
O, bu sözlərində demək istəyir ki, zəkat verən şəxs niyyət etməlidir. Əgər o, niyyət etməsə, verdiyi mal zəkat sayılmaz.
Bu iki təfsirin bəyanı haqda aşağıdakıları qeyd etmək lazımdır:
Birinci: Yalan hədis yazmaqda məşhur olan Seyfin rəvayətinə görə Maliki həqiqi mürtəd saydılar. Halbuki, bir kəs zəkat vermədikdə heç vaxt mürtəd olmur və zəkat verməyən şəxsə tövbə etməsi üçün üç gün möhlət verilməlidir.
İkinci: Seyf, Əbu Bəkrin məqamını yüksəlt-mək üçün Allah tərəfindən onun üçün böyük bir qoşun göndərildiyinə inanır.
Malik ibni Ənəsin nəql etdiyi ikinci cümlədə Əbu Bəkrin əvvəlcə bu döyüşə tək getdiyini və camaatın sonradan onun hörmətini saxlamaq üçün əlacsız qalıb ona qoşulduq-larını oxuduq. Bu rəvayətlər göstərir ki, Malikin əsl qatili Əbu Bəkrdir. Halbuki, bütün tarixçilər Malikin qətl hökmünün Xalid tərəfindən verdildiyini yazırlar.
FƏZİLƏT HƏDİSLƏRİ HAQDA TƏHLİL VƏ MÜLAHİZƏLƏR
Doğrusu, görəsən Peyğəmbər (s) öz səhabə-lərinin gələcəyindən xəbər verib, onların dini təhrif edəcəklərini bəyan etdiyi bir halda, bu hədisləri Mədinədən kənarda yaşayan və Əbu Bəkrə zəkat verməkdən imtina edən bir ərəbə (Malik ibni Nüveyrəyə) necə aid etmək olar?
Peyğəmbər (s) öz sözlərində “əshabi, əshabi” və yaxud “mimmən sahəbəni” kəlmələrini işlət-mişdir. Bu sözlərin mənası “gecə-gündüz mənimlə birlikdə olanlar” deməkdir.
Belə isə, Mədinədən bir neçə fərsəng uzaqda yaşayan, Peyğəmbər (s) ilə bir-iki dəfədən artıq görüşməyən və hətta o həzrətin vəfat xəbərini belə, bir neçə gündən sonra eşidən şəxsi “Peyğəmbərlə həmişə birlikdə olan” şəxslərdən saymaq olmaz. Peyğəmbərlə (s) həmişə bir yerdə olan şəxslər məhz gecə-gündüz, səfərdə və qeyri-səfərdə, döyüşlərdə, cümə və camaat namazlarında o həzrətlə birlik-də olanlardır. Əbu Bəkr, Ömər, Osman, Əbdür-rəhman ibni Ovf, Səd ibni Əbi Vəqqas, Əbi Übeydə Cərrah, Əbu Səid Xidri, Bərra ibni Azib və sairləri Peyğəmbər (s) ilə həmişə birlikdə olan şəxslər idilər.
Digər tərəfdən isə, sünnü alimləri öz rəvayətlərində Əbu Bəkri Peyğəmbərin həmişəki dostu və köməkçisi kimi qələmə veriblər. (Bu barədə olan bəzi rəvayətləri keçmiş bəhslərdə izah etdik.)
Bəzən səhabələrin özləri Peyğəmbərin onla-rın gələcəyi barədə dediyi sözlərini etiraf edir, dini qorumaqda səhlənkarlığa yol verdik-lərini qəbul edirdilər.
İbni Həcər “Əl-isabə kitabında yazır: “Əli ibni Müsəyyib atasının Əbu Səid Xidriyə belə dediyini nəql edir: Siz necə də xoşbəxtsiniz! Çünki Peyğəmbəri görüb onunla həmsöhbət olmusunuz! Əbu Səid Xidri: Bizim, Peyğəmbər (s)-dən sonra nələr etdiyimizi bilmirsiniz” - deyə cavab verdi.
Buxari yazır: “Əla ibni Müseyyibin atası deyir: “Bərra ibni Azibə dedim: Siz necə də xoşbəxtsiniz! Çünki, Peyğəmbəri görüb, bir ağacın altında onunla beyət etmisiniz. O isə mənə, belə dedi: “Sən bizim Peyğəmbərdən sonra nə işlər gördüyümüzü bilmirsən!”
“Ət-təbəqat” kitabının müəllifi yazır: “Ayişə ölməmişdən qabaq deyirdi: “Mən Peyğəmbərdən sonra yaramaz və nalayiq işlər gördüyüm üçün, məni onun zövcələrinin yanında dəfn edin (Peyğəmbərin özünün qəbri yanında dəfn etməyin.)”
ƏBU BƏKRİN ETİRAFLARI
Malik ibni Ənəs, Ömər ibni Übeydullahın qulamından belə nəql edir: “Peyğəmbər (s) “Ühüd” döyüşündə şəhid olanlara xitab edərək buyurdu: Şəhadət verirəm ki, bunlar behişt əhlidir.
Əbu Bəkr dedi: Ya Rəsuləllah, məgər biz müsəlman olub, cihad etdiyimiz üçün onların qardaşları deyilikmi? Peyğəmbər (s) buyurdu Bəli, belədir. Ancaq bilmirəm məndən sonra nə işlər edəcəksiniz!
Əbu Bəkr bu sözdən sonra ağladı. Peyğəmbər (s) onun ağlamağının qarşısını almadı. Əgər bu sözdən Peyğəmbərin (s) məqsədi Əbu Bəkr və onun kimilər olmasaydı, onu ağlamağa qoymazdı.
İbni Həcər “Ət-təhzib” kitabında yazır:
“Peyğəmbər (s) dünyadan getdikdən sonra, beş nəfərdən savayı bütün müsəlmanlar kafir oldular.”
Şiə kitablarında da İmam Məhəmməd Baqir (ə)-dan belə nəql olunur: “Üç və ya dörd nəfərdən başqa hamı dindən dönüb mürtəd oldu. Bunlar Salman, Əbuzər və Miqdaddır.” Bəzi rəvayətlərdə Əmmarın da adı qeyd olunur.
Əmirəl-möminin Əli (ə) buyurub: “Dünya altı nəfərə dar oldu. Allah taala da onların xatirinə yer üzərinə ruzi nazil etdi, yağış yağdırıb onlara kömək etdi: Salman Farsi, Miqdad, Əbuzər, Əmmar, Hüzeyfə. Mən də onların imamları idim.”
 Həzrət Fatimeyi Zəhra (ə)-a namaz qılanlar da, elə bu altı nəfər oldu.
 


İKİNCİ FƏSİL
PEYĞƏMBƏR (S)-İN VƏFATINDAN QABAQ VƏ SONRA BAŞ VERMİŞ HADİSƏLƏR
Səhabələrin fəzilətləri haqda nəql olunan rəvayətlərin düzgün olub-olmadığını araşdırıb təhlil etmək üçün yaxşı olardı ki Peyğəmbərin (s) vəfatından sonra baş verən hadisələr araşdırılsın ki, onların Peyğəmbərin vəfa-tından qabaq etdikləri əməllərinin nə dərəcədə düzgün olduğu aydınlaşsın. Amma onların Peyğəmbərin (s) vəfatından sonrakı əməlləri bir növ o həzrətin vəfatından qabaqkı əməllərinin davamı olduğundan o həzrə-tin vəfatından qabaq baş vermiş hadisələri araşdırmaq daha yerinə düşərdi.
ÜSAMƏNİN SƏRKƏRDƏLİK ETDİYİ QOŞUNUN EZAMİYYƏTİ
Peyğəmbər (s) Əli (ə)-ı öz vəsisi təyin etdikdən sonra, səhabələrdən bəzilərinin Əli (ə)-a tabe olmayacaqlarını bilib bu işə bir çarə fikirləşirdi. O, ənsar və mühacirdən olan sərkərdələrin hamısını bir yerə yığıb, Üsamə ibni Zeyd ibni Harisəni onlara başçı təyin etdi və buyurdu ki, Şam sərhədlərinə doğru gedib rumlularla müharibə etsinlər. Əli (ə)-ı isə bu döyüşə göndərməyib, öz yanında saxladı.
Peyğəmbəri Əkrəm (s) öz əli ilə döyüş bayrağını Üsaməyə verdi, sonra Mədinənin bir fərsəngliyində yerləşən “Corf” məntəqəsinə gedib, oranı qoşunun qərargahı təyin etdi. Əbu Bəkr, Ömər, Əbu Übeydə Cərrah, Səd ibni Vəqqas, Səd ibni Zeyd və s. kimi ənsar və müha-cir başçıları da bu qoşuna çağırılanlardan idilər.
Onların içində bir dəstə Peyğəmbərə etiraz edib dedi: “Əksəriyyətini ilkin mühacirlər təşkil edən bu qoşunun sərkərdəsi nə üçün cavan və yeniyetmə Üsamə olmalıdır?”
Ömər ibni Xəttab bu sözü Peyğəmbər (s)-a çatdırdı. Peyğəmbər bu sözü eşidib çox narahat oldu, bir dəsmalı alnına bağlamış və digər dəsmalı da çiyninə atmış halda minbərə çıxıb buyurdu: “Üsamənin sərkərdəliyi haqda mənə çatan bu sözlər nədir?! Elə əvvəllər Üsamənin atasının sərkərdəliyinə etiraz edənlər də elə siz idiniz! Allaha and olsun, onun həm atası, həm də özü sərkərdəlik etməyə layiqdir.” Peyğəmbər bunları deyib, minbərdən aşağı endi.
Peyğəmbərin xəstəliyi get-gedə ağırlaşırdı. O, xəstəliyin şiddətindən huşdan getmişdi, bu halda Üsamə onun əyadətinə gəldi və yenidən qərargaha qayıdıb hərəkət əmrini verdi.
O, atına minmək istəyəndə, Peyğəmbərin həyat yoldaşı Ümmü Əymən tərəfindən gələn qasid Peyğəmbərin ehtizar halında  olduğunu bildirdi. Elə bu zaman Üsamə Əbu Bəkr, Ömər, Əbu Übeydə və başqaları ilə birlikdə Mədinəyə qayıtdı.

HEÇ VAXT YAZILMAYAN VƏSİYYƏTNAMƏ
Peyğəmbər (s)-in ömrünün son anları yaxınlaşırdı. Mədinə əhlini vəhşət və iztirab bürümüşdü. Onlar hiss edirdi ki, bəşəriyyət aləmi öz yeganə rəhbərini əldən verəcəkdir.
Peyğəmbər özünün neçə illik yorulmaz əməyinin səmərəsini itirməmək üçün fikirləşdiyi tədbiri yerinə yetirmək qərarına gəldi. Lakin çox təəssüflər olsun ki, Üsamənin qoşununa qoşulmaqdan imtina edərək vəziyyəti anbaan nəzarət altında saxlayan və münasib fürsətdə öz məkrli planlarını həyata keçirmək əzmində olanlar burada da Peyğəmbərin camaata yazılı şəkildə bir sənəd çatdırıb onları hidayət etməsinə imkan vermədilər.
Ömər ibni Xəttabın özü belə deyir: “Biz Peyğəmbərin yanında idik, onun zövcələri isə pərdənin arxasında oturmuşdular. Bu zaman Peyğəmbər buyurdu: “Məni yeddi məşk su ilə yuyun. Heç vaxt yolunuzu azmamağınız üçün yazacağım sözlər üçün kağız və qələm gətirin.” Qadınlar: “Peyğəmbərin istədiklərini gətirin”-dedilər.
Mən (Ömər) dedim: “Sakit olun! Siz Peyğəmbər xəstələnən kimi ağlayır və sağalan kimi onun yaxasından yapışıb, nəfəqə istəyirsiniz.”
Peyğəmbər buyurdu: “Bu qadınlar sizdən çox-çox yaxşıdırlar!”
Başqa bir rəvayətdə İbni Abbas belə deyir: Peyğəmbər, onun vəfatı ilə nəticələnən sonuncu xəstəliyi zamanı buyurdu: “Heç vaxt yolunuzu azmayasınız deyə, kağız və qələm gəti-rin, bəzi şeyləri yazım.”
Ömər dedi: “Bəs Rumun şəhərlərini fəth etmək üçün kim qalacaq?! Peyğəmbər bu şəhərləri fəth etməmiş vəfat etməyəcək. Və əgər vəfat etsə, Bəni İsrailin Musanı gözlə-dikləri kimi, biz də onu gözləyəcəyik.”
Peyğəmbərin zövcəsi Zeynəb binti Cəhiş dedi: “Görmürsünüz ki, Peyğəmbər sizə vəsiyyət etmək istəyir?!”
Elə bu sözdən sonra onlar aranı qatdılar. Bunu görən Peyğəmbər “Qalxın ayağa!” - dedi.
“Səhihi-Buxari” və başqa sünnü kitabla-rında nəql edirlər ki, İbni Abbas deyir: “Cümə axşamı ox! O, necə də ağır gün oldu!! (bunu deyib o qədər ağladı ki, gözünün yaşı yerdəki xırda daşları islatdı. Sonra dedi:) “Peyğəmbər (s) ömrünün son anlarında buyurdu: “Mənə kağız gətirin, sizin üçün bir neçə şey yazım ki, məndən sonra heç vaxt yolunuzu azmayasınız.” Orada olanların arasında qalmaqal başladı. Halbuki, heç bir peyğəmbərin qarşısında mübahisə edib dava-dalaş salmaq rəva deyildir. Orada olanların bir dəstəsi dedi: “Peyğəmbər sayaqlayır və nə dediyini bilmir!” Peyğəmbər (s) dedi: “Məni tək buraxın! Öz halətim siz dediyinizdən daha yaxşıdır!”
Bir neçə rəvayətdə bu sözü deyən şəxsin Ömər ibni Xəttab olduğu nəql olunubdur.  Bu rəvayətin necə təhlil olunmasından asılı olmayaraq orada Ömər ibni Xəttabdan başqa heç kəsin adı çəkilməyib. Yalnız o bu təhqiramiz sözləri demiş, Peyğəmbərə vəsiyyətnaməni yazma-ğa imkan verməmişdir.
Bunu da bilməliyik ki, Ömərin dediyi o təhqiramiz sözdən sonra Peyğəmbər artıq işin bitdiyini gördü və vəsiyyətnaməni yazmadı. Çünki əgər Peyğəmbər (s) o vəsiyyətnaməni yazsaydı belə, Ömərin dediyi sözlərdən sonra yenə də etibarsız sayılacaqdır və ona əməl etməyə-cəkdilər. Çünki camaat “Peyğəmbər bunu ağlı başında olmayan vaxt yazıbdır” - deyəcəkdi.
İbni Abbas bu barədə deyir: “Peyğəmbərə qarşı edilən bu kobud hərəkət və hörmətsizlikdən sonra dedilər: “İstədiyinizi gətirməyəkmi?!” Peyğəmbər (s) “Bundan sonra nəyə lazım?!” - deyə cavab verdi. (Yəni dediyiniz bu sözdən sonra vəsiyyətnamə yazmağın nə faydası?)
SUAL
Ömər ibni Xəttabdan soruşmaq lazımdır: Nə üçün Əbu Bəkr vəsiyyətnamə yazanda huşdan getdiyi zaman ona “sayaqlayırsınız” demədin və onu “huşsuz haldadır” - deyə müttəhim etmədin?
Əbu Bəkr ömrünün axır vaxtlarında xəlvət bir yerdə Osmanı öz yanına çağırıb dedi: “Yaz! Bismillahir-rəhmanir-rəhim. Bu, Əbu Quhafənin oğlu Əbu Bəkrin müsəlmanlara vəsiyyətidir. Amma bəd...
Elə bu sözü dedikdən sonra huşunu itirdi və sözünə davam edə bilmədi. Əbu Bəkr bihuş olan zaman, Osmanın özü belə yazdı: “Mən öz qərarıma əsasən Ömər ibni Xəttabı öz yerimə xəlifə təyin edərək sizə yaxşılıq etməkdə laqeyd olmadım.” Osman bunu yazıb qurtardıqdan sonra Əbu Bəkr huşa gəlib, Osmandan yazdıq-larını oxumasını istədi. Osman yazdığını oxuduqda Əbu Bəkr dedi: “Allahu Əkbər! Qorxdun ki, mən elə huşsuz halda öləm və müsəlman-ların arasında çaxnaşma düşsün?” Osman “Bəli” - deyə cavab verdi. Əbu Bəkr dedi: “Allah İslam və müsəlmanlar tərəfindən sənə Öz xeyrini versin.” Sonra isə Osmanın yazdığını qəbul etdi.
Görəsən Ömər bu yazıya özündən necə əksül-əməl göstərdi? Təbəri belə yazır: “Ömər əlində xurma ağacından olan bir çubuq tutub camaatın arasında dayanmışdı. Elə bu zaman Əbu Bəkrin azad olmuş qulu Şədid onun camaata yazdığını məktubu oxudu. Sonra Ömər camaata üz tutub dedi: “Ey camaat, Peyğəmbərin xəlifəsi Əbu Bəkrin əmrinə qulaq asıb ona itaət edin! Xəlifə deyir ki, mən sizə yaxşılıq etməkdə heç nəyi əsirgəməmişəm.”
Halbuki, Peyğəmbərin vəsiyyət yazmaq istədiyi vaxtda olduğu kimi, Ömər elə burada da: “Bizim vəsiyyətə ehtiyacımız yoxdur. Allahın kitabı bizə bəsdir” - deməli idi!
PEYĞƏMBƏRİN VƏFATININ İNKAR OLUNMASI
Allahın Rəsulu (s) bazar ertəsi günü günorta çağı dünyasını dəyişdi. Bu zaman Ömər Mədinədə,  Əbu Bəkr isə “Sünh”  adlanan yerdə (öz evində) idi.
Ayişə deyir: Ömər və Müğeyrə ibni Şöbə icazə aldıqdan sonra Peyğəmbərin otağına daxil olub onun üzünə örtülmüş ağ parçanı kənara çəkdilər. Ömər Peyğəmbərin üzünü gördükdə yanıqlı bir ah çəkib: “Peyğəmbər necə də ağır bihuş olubdur!”-dedi. Otaqdan çıxanda Müğeyrə Ömərə dedi: “Ey Ömər! Allaha and olsun, Peyğəmbər vəfat etmişdir.” Ömər dedi: “Sən aranı qatmaq üçün yalan deyirsən, Peyğəmbər ölməyibdir. O, münafiqləri öldürməyincə, ölmə-yəcəkdir.”
Ömər bununla da kifayətlənməyib Peyğəmbərin ölümü barədə danışan hər bir şəxsi ölümlə təhdid edib deyirdi: “Münafiq-lərdən bəziləri Peyğəmbərin öldüyünü güman edirlər. Belə deyil: Peyğəmbər ölməyib. O, Musa ibni İmran kimi qırx günlük qeybə çəkilib. Halduki, o da qayıdanda deyirdilər ki, Musa ölüb. Peyğəmbər də Allahın yanına gedibdir. Allaha and olsun, Peyğəmbər qırx gündən sonra qayıdıb, onun öldüyünü deyənlərin əl-ayaqlarını kəsəcəkdir!”
Sonra dedi: “Hər kim Peyğəmbərin öldüyünü desə, əlimdəki bu qılınc ilə onun başını bədənindən ayıracağam.  Peyğəmbər göylərə gedibdir.”
Elə bu zaman Peyğəmbərin səhabələrindən biri olan İbni Ümmü Məktum bu ayəni Ömərə oxudu: “Mühəmməd özündən qabaqkı peyğəmbərlər kimi bir Peyğəmbərdir. Əgər o ölsə, yaxud öldürülsə siz öz cahiliyyət dövrünüzə qayıda-caqsınız? Öz keçmişinə (cahiliyyətə) qayıdan şəxs Allaha heç bir zərər yetirməz, ancaq Allah şükr edənlərin savabını verir.”
Peyğəmbərin əmisi Abbas deyir: “Peyğəmbər həqiqətən də ölmüşdü. Çünki, ölüm vaxtı Əbdül Müttəlib övladlarının üzündə olan əlamətləri Peyğəmbərin də sifətində gördüm.”
Ancaq Ömər yenə də öz sözündən əl çəkmirdi. Abbas camaatdan soruşdu: “Sizlərdən biri Peyğəmbərin ölümü haqda bir hədis bilirmi? Əgər bu barədə bir hədis bilirsinizsə deyin.” Bütün camaat “xeyr” - deyə cavab verdilər.
Abbas Ömərdən “Bəlkə sən bu barədə nə isə bir şey bilirsən?” - deyə soruşduqda, Ömər də “xeyr” - deyə cavab verdi. Elə bu zaman Abbas camaata üz tutub dedi: “Ey camaat! Peyğəmbərin öz ölümü haqda hətta bir nəfərə belə, bir şey demədiyinə şahid olun.  Tək olan Allaha and olsun, həqiqətən də Peyğəmbər ölüm şərbətini içibdir.”
Ancaq Ömər yenə də hay-küy qoparıb camaatı təhdid edirdi.
Abbas sözünə davam edib dedi: “Peyğəmbər də sair insanlar kimi bəla və ağır hadisələrə düçar olur və həqiqətən də o, öz dünyasını dəyişibdir.
Tez olun, onu torpağa tapşırın! Bu nədir?! Yoxsa Allah sizi bir dəfə, Öz Rəsulunu isə iki dəfə öldürür?! Peyğəmbərin Allah yanında olan məqamı çox üstündür və heç vaxt onu iki dəfə öldürməz! Hətta sizin dedikləriniz düzgün də olsaydı, onu torpaqdan çıxardıb yenidən diriltmək Allah üçün heç də çətin deyildir. Peyğəmbər aydın nicat yolunu sizə göstərmədən dünyasını dəyişməzdi.”
Ömər, ağzının suyu köpüklənib yerə tökülənə qədər öz sözünü təkrarladı.
Səhabələrdən biri və süffə əhlindən olan Salim ibni Übeyd Sünhə gedib, Peyğəmbərin vəfat xəbərini Əbu Bəkrə çatdırdı.  (Bəzi tarixçilər Ayişənin Əbu Bəkrə xəbər çatdırdığını yazırlar.)
Əbu Bəkr dərhal Mədinəyə yola düşdü. Şəhərə daxil olduqda, Ömərin ayaq üstə durub camaatı qorxudaraq “Peyğəmbər ölməyib. O yaşayır”-dediyini gördü.  Ömər, Əbu Bəkri görən kimi sakitləşib, yerinə oturdu.  Əbu Bəkr Allaha həmd-səna edib dedi: “Allaha sitayiş edənlər, Allahın heç vaxt ölməyəcəyini bilsinlər, Məhəmmədə sitayiş edənlər isə, agah olsunlar ki, o, vəfat edibdir.” Sonra isə bu ayəni oxudu: “Mühəmməd özündən qabaqkı peyğəmbərlər kimi bir Peyğəmbərdir. Əgər o ölsə, yaxud öldürülsə siz öz cahiliyyət dövrünüzə qayıdacaqsınız? Öz keçmişinə (cahiliyyətə) qayıdan şəxs Allaha heç bir zərər yetirməz, ancaq Allah şükr edənlərin savabını verir.”
(Bundan qabaq bu ayəni, ibni Ümmü Məktum oxumuşdu.)
Ömər təəccüblə Əbu Bəkrdən “Bu oxuduğun Quran ayəsi idimi?” - deyə soruşdu.
Əbu Bəkr: “Bəli” - deyə cavab verdi.
Ömər, Müğeyrənin dediyi sözlərə, ibni Ümmü Məktumun oxuduğu ayəyə və Abbasın dəlillərinə etina etmədi və öz fikrindən dönmədi. Ancaq Əbu Bəkrin dediklərini eşitdikdən sonra dərhal sakitləşib öz fikrini dəyişdi. Ömərin özü sonralar bu əhvalatı belə nəql edirmiş: “Allaha and olsun yalnız Əbu Bəkrin dediklərini eşitdikdən sonra dizlərim büküldü, yerə yıxılıb ayağa qalxa bilmədim. Elə bu zaman Peyğəmbərin öldüyünü anladım.”
Təəccüblüdür ki, Əbu Bəkrdən qabaq İbni Ümmü Məktum da bu ayəni oxuduqda, Ömər “bu Quran ayəsidir?” - deyə soruşmadı.
Belədirsə onda sünnü alimləri Ömərə, hətta bu sözün Quran ayəsi olub-olmadığını bilmədiyi halda “ümmətin ən savadlı şəxsi” adını necə veriblər?
Görəsən, nə üçün Ömərdən başqa heç kim Peyğəmbərin ölümündə şəkk-şübhə etmirdi? Nə üçün məhz Əbu Bəkr gələndən sonra Ömər sakitləşdi?
Bu sualların cavabını tapmağı həqiqət axtaran oxuculara həvalə edirik.
NƏ ÜÇÜN ÖMƏR PEYĞƏMBƏRİN VƏFATINI İNKAR EDİRDİ?
Görəsən, Ömər doğrudanmı qəlbən Peyğəmbəri sevib ona hədsiz məhəbbət bəslədiyi və onun itirilməsindən şiddətli qəm-qüssəyə düçar olduğu üçün camaata qılınc çəkib onlara hədə-qorxu gəlirdi? Görəsən bəzi tarixçilərin yazdığı kimi, doğrudanmı Ömər həmin gün dəli olmuşdu?
Xeyr, əsla belə deyil, bunların səbəbi tama-milə başqa şeydir.
Böyük sünnü alimi İbni Əbil Hədid yazır: “Ömər Peyğəmbərin vəfat etdiyini bildikdə imamlıq və xəlifəlik üstündə çəkişmə başla-nacağından, nəticədə ənsar və ya başqalarının xilafəti öz əllərinə keçirəcəyindən qorxub bu işləri gördü və mümkün olan hər bir yolla camaatı susdurmağı məsləhət bildi. Onun dediyi sözlərin hamısı Əbu Bəkri gözləməsi və höku-mətin əldən çıxmaması üçün idi.”
Bizim nəzərimizcə, İbni Əbil Hədidin dedikləri tamamilə doğrudur. Çünki, Ömərin qorxduğu şəxslərdən biri də Əli (ə) idi. O gün xəlifəliyə namizəd üç nəfər idi: Birincisi Əli (ə) idi və bütün Bəni Haşim tayfası onun tərəfdarı idi. Əbu Süfyan, Zübeyr, Xalid ibni Səid Əməvi, Bərra ibni Azib Ənsari, Salman, Əbuzər, Miqdad və başqa böyük şəxsiyyətlər Əli (ə)-ı himayə edirdirlər.
İkincisi Xəzrəc tayfasının namizədi Səd ibni Übadə Ənsari, üçüncü namizəd isə, Əbu Bəkr idi. Ömər, Əbu Übeydə, Müğeyrə ibni Şöbə, Əbdür-rəhman ibni Ovf, onu himayə edirdilər.
Bunlardan Səd ibni Übadə hakimiyyət kürsüsündə otura bilməzdi. Çünki ənsardan olan ovs tayfası onunla müxalif idilər. Mühacirlərdən də onunla beyət edəcək bir kəs yox idi. Əgər Əbu Bəkrin tərəfdarları Əli (ə)-ın əleyhinə fəaliyyətə başlayıb Peyğəmbərin (s) dəfn mərasimi sona çatmamış öz tədbirlərini həyata keçirməsəydilər, xilafət yüz faiz Əli (ə)-a çatacaqdı. Əgər onlar Peyğəmbərin dəfn mərasimindən sonra xəlifə təyin olunan yığıncaqda Əli (ə)-ın da iştirak etməyinə imkan versəydilər, onda xilafəti Əli (ə)-ın qanuni haqqı bilən ənsar, mühacir, Bəni Haşim və Əbdül-Mənaf tayfasının bəziləri-nin varlığı ilə Ömər heç vaxt öz məqsədinə nail olmayacaqdı.
Əgər doğrudan da Peyğəmbərin vəfatı Öməri ağır təsirləndirib onu bu qədər narahat etmişdisə onda Ömər heç vaxt Peyğəmbərə bu qədər məhəbbətlə yanaşı onun cənazəsini ortada qoyub “Bəni Saidə” səqifəsinə (kölgə-liyinə) qaçıb Əbu Bəkrlə beyət etməz və Rəsuli-Əkrəmin (s) həqiqi dost və köməkçiləri ilə münaqişəyə başlamazdı.
SƏQİFƏYƏ DOĞRU
Hələ Peyğəmbərin cənazəsinə qüsl verilməsi qurtarmamışdı ki,  ənsarın səqifədə toplanması xəbəri Əbu Bəkrlə Ömərə çatdı. Ömər Əbu Bəkrə dedi: “Gedib öz qardaşlarımızın (ənsar) nə işlə məşğul olduqlarını görək.”
Onlar yolda Əbu Übeydə Cərrahla rastlaşıb birlikdə hərəkət etdilər.  Onlar Peyğəmbərin cənazəsini elə o halda qoyub, səqifəyə tələsirdilər.  Ənsardan olanlar xilafət məsələsini həll etmək üçün oraya toplaşmış-dılar. Mühacirlərdən də bir dəstə adam onlara qoşuldu. Artıq Peyğəmbərə qüsl verib, kəfən və dəfn işlərini yerinə yetirmək üçün o həzrətin öz yaxın adamlarından başqa bir kimsə qalma-mışdı.  Peyğəmbərin yanında qalanlar aşağı-dakılar idi: Peyğəmbərin əmisi Abbas ibni Əbdül Müttəlib, Əli ibni Əbu Talib (ə), Fəzl ibni Abbas, Qüsm ibni Abbas, Üsamət ibni Zeyd və Peyğəmbərin qulamı Saleh (yaxud Şəqran).
ƏBU BƏKRİN QALİB DƏSTƏSİ
Səqifədə Ömər və Əbu Bəkrin havadarları aşağıdakılar idi: Ənsardan Üseyd ibni Hüzeyr, Üveym ibni Saidə, Muin ibni Ədi, Asim ibni Ədi, eləcə də Müğeyrət ibni Şöbə, Əbdürrəhman ibni Ovf və Əbu Übeydə Cərrah.
Bunlar həmin gün Əbu Bəkrlə beyət etmək üçün layiqincə xidmət etdilər. Əbu Bəkr və Ömər də onların “əməyini” yerə vurmayıb, həmişə onlara hörmət edirdilər. Əbu Bəkr ənsardan heç kəsi, Üseyd ibni Hüzeyrdən qabağa salmazdı. Ömər də onu özünə qardaş bilirdi. O, öldükdən sonra da haqqını itirmədi.
Üveym öldükdən sonra Ömər onun qəbri üstünə gəlib dedi: “Dünyada heç kim bu qəbrin sahibindən yaxşı olduğunu iddia edə bilməz!”
O, Əbu Übeydəni isə Rum (Roma) impera-torluğu ilə müharibəyə göndərdiyi qoşunun sərkərdəsi təyin etdi. Ömər özündən sonra xəlifə təyin etmək istədikdə, Əbu Übeydənin sağ olmadığından təəssüflənib çox narahat olurdu.
Çünki o deyirdi ki, əgər Əbu Übeydə sağ olsaydı, onu xəlifə təyin edəcəkdi. (O, taun xəstəliyindən vəfat etmişdi.) Öz xilafəti dövründə Ömər, Müğeyrət ibni Şöbəni, etdiyi zina əməlinə görə bağışlayıb onun barəsində ilahi cəza qanununun icra olunmasına mane oldu. Onun adı həmişə sərkərdələr sırasında idi. Ömər Əbdürrəhman ibni Ovfun da yaxşılığını unutmayıb, öz ölümündən sonra xəlifə təyin etməyin həlledici rolunu onun öhdəsinə qoydu.
Səqifədə Ömər camaatı Əbu Bəkrə beyət etməyə təşviq, beyət etməyənləri isə təhdid edirdi. Bundan sonra Əbu Bəkr ayağa qalxıb dedi: “Camaat! Mühacirlər Allaha pərəstiş edib Onun Rəsuluna iman gətirən ilk şəxslərdir. Bunlar Peyğəmbərin tayfasından və onun köməkləridir. Bunlar Peyğəmbərdən sonra xilafətə daha layiq və hamıdan üstündür. Zülmkarlardan başqası bu barədə onlarla mübarizə etməz. Əbu Bəkr daha sonra ənsardan olanları tərifləyib dedi: “İslamı qəbul etməkdə, qabağa düşən mühacirlərdən sonra heç kəs siz ənsarın məqamında ola bilməz. Deməli biz əmirlərik, siz isə vəzirlər.”
Elə bu zaman Həbab ibni Münzər ayağa qalxıb dedi: “Ey ənsarlar, ümmətə rəhbərliyi öz əlinizə alın, qoyun başqaları sizin sayənizdə və əlinizin altında olsunlar və heç vaxt sizinlə müxalifətçilik etməyə cürət etməsin-lər. Heç vaxt öz aranızda ixtilaf salmayın. Əks halda düşmənlər fürsətdən istifadə edib sizin əqidənizi puç edərlər, nəticədə tam məğlubiyyətə uğrayarsınız. Biz özümüzə bir əmir seçək, onlar da başqa bir əmir. Ömər dedi: Heç vaxt iki padşah bir iqlimdə (bir yerə) sığmaz. Ərəblər Peyğəmbərin sizdən olmadığı halda sizin onlara hakim olmağınıza heç vaxt razı olmazlar, ancaq Peyğəmbər kimin arasından çıxıbsa, onların hakimliyinə heç vaxt etiraz etməzlər. Bu iddiamızın isbatı üçün çoxlu dəlilimiz vardır. Məhəmmədin padşahlıq mirası üstündə bizimlə kim müharibə edəcək? Halbuki, biz onun köməkçilərindən və tayfasın-danıq. Bizimlə yalnız o kəslər müharibə edər ki, özləri günah etsinlər, yaxud batil yolda olsunlar və ya özlərini ölümə vermiş olsunlar.
Həbab ilə Ömərin mübahisəsi dava-dalaşla nəticələndi. Ömər onu tutub qarnına bir təpik vurdu və ağzına torpaq doldurdu. Sonra Əbu Übeydə söhbətə başlayıb belə dedi: “Ey ənsarlar, siz Peyğəmbərə kömək edən ilk dəstəsiniz. İndi də yolu dəyişən ilk şəxslər siz olmayın!”
Bu zaman əvvəldən Səd ibni Übadəyə həsəd aparan xəzrəcli Bəşir ibni Səd ayağa qalxıb dedi: “Ey ənsarlar! Allaha and olsun, bizim müşriklərlə cihad aparıb dini təbliğ etməkdə fəzilət sahibi olmağımıza baxmayaraq Allahın razılığını qazanmaq, Peyğəmbərə itaət etmək və çətinliklərə sinə gərməkdən başqa bir məqsədimiz olmayıb. Elə buna görə də bizim camaatın işinə qarışmağımız düzgün deyil. Məhəmməd Qüreyş qəbiləsindəndir. Buna görə də xəlifənin onun qohumlarından olması daha yaxşıdır. Allahdan qorxun, onlarla müharibə və müxalifət etməyin.”
Əbu Bəkr dedi: “Camaat! İndi Ömər və Əbu Übeydə buradadır, onların hər hansı ilə istəsəniz beyət edin.”
Ömər və Əbu Übeydə bir ağızdan dedilər: “Allaha and olsun, sən olan yerdə biz heç vaxt belə bir işə razı olmarıq.”
Bu zaman ənsar (yaxud xilafətin əldən çıxdığını görənlər) “Biz Əlidən başqa heç kimsə ilə beyət etməyəcəyik” - deyə səslərini ucaltdılar.
Sünnü tarixçilərindən olan Təbəri və ibni Əsir yazırlar: “Bu söz o zaman deyildi ki, artıq Ömər Əbu Bəkrlə beyət etmişdi. Ömər özü sonralar deyirdi: Hay-küy ucalanda ixtilaf yaranacağından qorxdum. Odur ki, Əbu Bəkrə “əlini ver, səninlə beyət edim”-dedim.
Başqa rəvayətə görə Ömər belə deyirmiş: “Biz qorxduq ki, bu yığıncaqda beyət işi baş tutmasın, camaat dağılışsın və başqa bir adamla beyət etsinlər. Belə olan təqdirdə isə, ya ikrah üzündən o şəxsin xilafətini qəbul etməli, ya da onunla müxalifət edib yeni bir fitnə törədəcəkdik.”
Ömərin “başqa bir adamla beyət” deməkdə məqsədi Əli idi. Sanki o, Əli (ə)-la müharibə etməyi ona beyət etməkdən üstün bilirmiş. Çünki, Ömər təkcə həyatda olduğu zaman deyil ölümündən sonra da Əli (ə)-ın xilafətə çatmasına razı deyildi.
Nəhayət Ömər və Əbu Übeydə Əbu Bəkrlə beyət etməyə tələsdilər. Ancaq Bəşir ibni Səd onları da qabaqlayıb Əbu Bəkrlə beyət etdi.
Ovs tayfası bütün bu hadisələri və Bəşirin Əbu Bəkrlə beyət etməsini görür, Qüreyşin dəvətini, xəzrəclilərin Səd ibni Übadə ilə beyət barədə dedikləri eşidirdilər. Onlardan Üseyd ibni Hüzeyr başda olmaqla bir dəstə adam ayağa qalxıb dedi: Allaha and olsun, əgər xəzrəclilər hətta bir dəfə olsun belə ümmətə rəhbərliyi ələ keçirsələr və bu gün bu səadət onlara nəsib olsa onda bu, həmişəlik olaraq onlara qismət olacaq və bundan sonra sizə heç nə çatmayacaq. Tez olun, Əbu Bəkrlə beyət etməyə tələsin.”
Bu sözlərdən sonra camaat hamılıqla ayağa qalxıb Əbu Bəkrlə beyət etdi. Camaatın izdihamından az qaldı ki, Səd ibni Übadə ayaqlar altında əzilsin.  Sədin ətrafında olanlar “Ehtiyatlı olun! Sədi tapdalayarsınız” - deyə qışqırdılar.
Ömər: “Öldürün onu, Allah onu öldürsün!” -dedi. Sonra Sədin başı üstə durub dedi: “Səni elə əzişdirmək istəyirəm ki, bütün bədən üzvlərin bir-birinə qarışsın.” Bu zaman Qeys ibni Səd gəlib Ömərin saqqalından tutdu və dedi: “Allaha and olsun, əgər Sədin başından bir tük əksik olsa, ağzında bir salamat diş qoymaram!”
Bunu görən Əbu Bəkr uca səslə dedi: “Ey Ömər, təmkinli ol! İndi bizim təmkinli olmağımıza daha çox ehtiyac var.”
Ömər, Sədə toxunmadan geri qayıtdı. Səd ona dedi: “Allaha and olsun! Əgər ayağa qalxa bilsəydim, Mədinənin küçələrində fəryad qoparıb elə sözlər deyərdim ki, sən və köməkçilərin qorxudan deşiklərdə gizlənərdiniz. Allaha and olsun, səni elə adamların yanına göndərərdim ki, onlara nökər olardın, əmir yox!”
Sonra öz tərəfdarlarına üz tutub dedi: “Məni buradan aparın.”
Sədin tərəfdarları onu çiyinlərinə alıb, evinə apardılar.
Əbu Bəkr Cövhəri yazır: “Ömər bu gün belini möhkəm bağlamışdı. O, Əbu Bəkrin qabağında qaça-qaça şüar verir və belə deyirdi: “Diqqət! Camaat, Əbu Bəkrlə beyət edin...”  Mədaini və Vaqidi belə nəql edirlər: “Müin ibni Ədi küçədə hər kimi görürdüsə, boyunlarından tutub, dörd ayaqlı heyvanları dartdığı kimi onları da dartıb səqifəyə, Əbu Bəkrlə beyət etməyə gətirirdi.”
Səqifədə olanlar Əbu Bəkri məscidə gətirdilər ki, camaatın hamısı onunla beyət etsin. Bu zaman Əli (ə) və Abbas Peyğəmbərin pak və müqəddəs bədəninə qüsl verirdilər. Hələ qüsl işi qurtarmamışdı ki, Əli (ə) məsciddən gələn təkbir səslərini eşidib “bu nə səsdir? - deyə soruşdu. Ona, “Camaat Əbu Bəkrlə beyət edir” - deyə cavab verdilər.
Elə bu zaman Bərra ibni Azib tələm-tələsik gəlib, Bəni Haşim tayfasının qaplarını döydü və dedi: “Ey Bəni Haşim! Camaat Əbu Bəkrlə beyət edir!” Bəni Haşimdən olanlar təəccüblə dedilər: “Camaat, bizim Peyğəmbərin yaxın qohumlarının iştirak olmadan heç bir iş görməz!”
Abbas dedi: “Kəbənin sahibinə and olsun! Elə bir iş gördülər ki, onu görməməli idilər.”
Ənsar və mühacirlər xilafətin Əli (ə)-a çatacağına heç vaxt şübhə etmirdilər. Yəqubi, ibni Azibdən belə nəql edir: “Abbas Bəni Haşimə üz tutub dedi: “Əliniz əbədi olaraq torpağa bulaşdı. Bilin ki, mən sizə dedim, ancaq siz itaətsizlik edib boyun qaçırdınız.”
Səqifədə beyət işi qurtardıqdan sonra camaat Əbu Bəkri hay-küylə məscidə gətirdi. Həmin gün Ömər tez-tez Əbu Bəkrə deyirdi: “Minbərə çıx.” Ömər bu sözü o qədər israrla təkrar etdi ki, axırda o, minbərə çıxdı. Camaat axşama kimi Əbu Bəkrlə beyət etdilər, amma onlar Peyğəmbərin dəfn mərasimində iştirak etmək fikrində deyildilər.
ÜMUMİ BEYƏT VƏ PEYĞƏMBƏRİN (S) DƏFN OLUNMASI
Bütün bu keşməkeşlərdən sonra, Əbu Bəkrin “xilafət müsabiqəsində” müvəffəqiyyət qazanma-ğına və çoxlarının ona beyət etməsinə baxma-yaraq, bu qələbə qəti deyildi və xilafət hələ də rəsmiyyət qazanmamışdı. Sünnü tarixçisi və böyük müfəssir Təbəri yazır: “Elə həmin gün Əsləm qəbiləsi Mədinəyə gəlmişdi. Sayları o qədər çox idi ki, küçələrə sığışmırdı. Onlar Mədinəyə gəlib Əbu Bəkrlə beyət etdilər.”
Ömər dəfələrlə deyirdi: “Əsləm qəbiləsini gördükdə qəti qələbənin bizimlə olduğunu yəqin etdim.”
Mərhum Şeyx Müfid yazır: “Əsləm qəbiləsi Mədinəyə alış-veriş üçün gəlmişdilər. Onlara deyildi ki, bizə kömək edin, Peyğəmbərin xəlifəsi üçün beyət alaq. Cavab müsbət olsa, sizə çoxlu mal verərik. Onlar tamahlanaraq Əbu Bəkrə kömək etməyə başladılar.”
İbni Əbil Hədidin yazdığı kimi, Əbu Bəkr məhz Əsləm tayfasının beyəti ilə öz yerini möhkəmlətdi.
Sabahı gün Əbu Bəkr məscidə gəlib camaatdan ümumi beyət almaq üçün minbərə çıxdı. Onun söhbətindən qabaq Ömər ayağa qalxıb, Allaha həmd-səna etdikdən sonra dedi: “Dünənki sözüm (Peyğəmbərin ölmədiyi haqda dediyi söz) nə Qurandan idi, nə də hədisdən. Mən sadəcə olaraq Peyğəmbərin camaatın işlərini axıra kimi və tam şəkildə həll edib, hamıdan sonra dünyadan gedəcəyini güman edirdim. Peyğəmbər Quranı sizin aranızda qoyub getdi. Quranın göstərişlərinə əməl etsəniz o sizi Peyğəmbərin yolu ilə aparacaq. İndi isə o, sizə rəhbərliyi aranızda ən yaxşı adama və mağaradakı iki nəfərdən birinə tapşırıb. Onunla beyət edin.”
Buxari yazır: “Səqifədə bir dəstə adam Əbu Bəkrlə beyət etmişdi. Ancaq ümumi beyət məsciddə baş verdi.”
Beyətdən sonra Əbu Bəkr Allaha həmd-səna edib dedi: “Ey camaat! Sizə rəhbərlik etmək mənə həvalə edilib, halbuki, mən sizin aranızda xilafət üçün ən layiqli şəxs deyiləm. Yaxşı əməl etdikdə mənə kömək edin, yox əgər pis əməl etsəm və yoldan çıxsam məni düz yola çəkin. Nə qədər ki, Allahın və Peyğəmbərin dediklərinə əməl edirəm,  mənə tabe olun. Hər vaxt Allahın və Peyğəmbərin sözündən çıxsam, mənə itaət etməyin. Sonra dedi:
Agah olun, mənim üçün bir şeytan var, bəzən mənə hakim olub yoldan çıxardır. O şeytan mənə yaxınlaşdıqda məndən uzaq olun ki, mən sizin mal və canınızdan öz xeyrimə istifadə etməyim.
BEYƏTDƏN SONRA
Allahın Rəsulu Həzrət Məhəmməd (s) bazar ertəsi, sübh çağı dünyasını dəyişdi. Camaat o həzrətin dəfn mərasimində iştirak etmək əvəzinə başqa işlərlə məşğul idilər.
Onlar bazar ertəsi günündən çərşənbə axşamı axşam çağına kimi üç işlə məşğul oldular:
Birinci: Səqifədə toplaşıb çıxışlar etdilər.
İkinci: Səqifədə Əbu Bəkrlə beyət etdilər.
Üçüncü: Mədinə məscidində Əbu Bəkrlə ümumi beyət etdilər. Sonra Ömər onlarla söhbət etdi. Əbu Bəkr isə camaata namaz qıldı.
Tarixçilər yazırlar: “Əbu Bəkrlə ümumi beyət başa çatdıqdan sonra camaat çərşənbə axşamı günü Peyğəmbərin qəbrinə namaz qılmağa gəldilər.  Onlar dəstə-dəstə gəlib Peyğəmbərin qəbrinə cənazə namazı qıldırdılar.  Peyğəmbərin cənazəsinə (dəfndən qabaq) camaat namazı qılınmadı.
PEYĞƏMBƏR (S)-İN DƏFN MƏRASİ-MİNDƏ İŞTİRAK EDƏNLƏR
Abbas, Əli (ə), Fəzl və Peyğəmbərin qulamı Saleh o həzrətə qüsl verib, cənazəni torpağa tapşırdılar. Peyğəmbərin bu vəfalı dostlarından başqa, qalan müsəlmanlar səqifədə xəlifə təyin edirdilər.  Başqa bir rəvayətə görə Peyğəmbəri aşağıda adları çəkilən dörd nəfər dəfn etdi: Əli (ə), Fəzl və Qəsəm (Abbasın oğulları) və Peyğəmbərin qulamı Şəqran.  Bəziləri Üsamənin də orada olduğunu qeyd etmişlər.
Peyğəmbərə qüsl verib, kəfənə bükən də elə bunlar idi.  Ömər və Əbu Bəkr isə Peyğəmbərin dəfn mərasimində iştirak etmədilər.  Ayişə özü belə rəvayət edir: “Biz Peyğəmbər (s)-in dəfn olunmasını yalnız çərşənbə axşamı gecə yarısında bel səslərindən anladıq.”
Ümmül-möminni Ayişədən soruşmaq lazımdır: “Ey Peyğəmbərin hörmətli zövcəsi, həyat yoldaşınız sənin evində vəfat etdiyi halda qüsl və dəfn zamanı harada və hansı mühüm işlə məşğul idin?”
Şübhəsiz ki, o, atası Əbu Bəkrin xilafə-tinin təməlini möhkəmlətmək üçün çalışırdı.
ƏBU BƏKRLƏ BEYƏTİN MÜXALİFLƏRİ
Sünnü alimləri iddia edirlər ki, Əbu Bəkrlə beyət “icma” şəklində olmuş (yəni hamı yekdil nəzərdə olmuş) və müsəlmanlardan bir kimsə buna müxalif olmamışdır.
Halbuki, əvvəldə qeyd etdiyimiz kimi, müsəlmanlar səqifədə bir neçə dəstəyə bölünmüşdü və hər dəstənin də xilafət üçün öz namizədi vardı. Onların bir dəstəsi Səd ibni Übadənin, ikinci dəstə isə Əbu Bəkrin tərəfdarı idi. Üçüncü dəstə də, səqifədə iştirak etməyib Peyğəmbərin (s) pak cənazəsinin qüsl və kəfən işlərinə məşğul olanlar idi ki, onlar da Əli (ə)-ın tərəf-darları idilər.
Əbu Bəkrin dəstəsi xilafəti ələ keçirmək uğrunda aparılan mübarizədə qalib gəldi, Səd ibni Übadənin dəstəsi isə tamamilə məğlub oldu. Lakin Əli (ə)-ın tərəfdarları Əbu Bəkrlə, başqa sözlə, dövrün hakimiyyəti ilə müxalifət edib, ənsarların rə”ylərini özlərinə cəlb etməyə çalışırdılar.
Yəqubi yazır: “Ənsar və mühacirlərdən bir dəstəsi Əbu Bəkrlə beyət etməkdən imtina edib, Əli (ə)-la beyət etməyə meyl göstərdilər. Abbas ibni Əbdül Müttəlib, Fəzl ibni Abbas, Zübeyr ibni Əvam, Salman Farsi, Əbuzər Ğəffari, Əmmar Yasir, Bərra ibni Azib və Übeyy ibni Kə”b Əli (ə)-ın tərəfdarlarından idilər.”
Cövhəri yazır: “Bunlar gecə ikən bir yığıncaq təşkil edib bu iş barəsində ənsar və mühacirlərlə məşvərət etməyi qərara aldılar. Bundan sonra Əbu Bəkr Öməri, Əbu Übeydəni və Müğeyrət ibni Şöbəni öz yanına çağırıb onlardan soruşdu: Bu haqda sizin fikriniz nədir?
Onların üçü də bir ağızdan dedilər: Abbas ibni Əbdül Müttəlibi öz yanına çağırıb, xilafətin bəzi vəzifələrinin ona və övlad-larına çatacağını vəd etməlisən. Əgər Abbas bu təklifi qəbul etsə Əlinin tərəfindən xatircəm olacaqsan. Abbasın sizə qoşulması Əlinin ziyanına tamam olacaq.
Əbu Bəkr bu təklifi bəyəndi. Gecə ikən Ömər, Əbu Übeydə və Müğeyrə ilə birlikdə Abbasın evinə getdilər. Əbu Bəkr dedi: “Həqiqətən Allah Mühəmmədi (s) Öz sözünü camaata çatdırıb, möminlərə başçı olmaq üçün göndərmişdir. Peyğəmbər (s) dünyadan köçəndə camaatı tam ixtiyar sahibi etdi ki, öz məsləhətlərini tam ixlasla ayırd etsinlər. Onlar da məni özlərinə hakim, işlərinə keşikçi seçdilər. Mən də bu işi qəbul etdim. Allahın köməkliyi ilə bu işdən heç bir qorxum yoxdur. Mənə xəbər çatıb ki, bəziləri sizə arxalanıb bəzi-bəzi sözlər deyir və məni tənqid edirlər. Onlar yalnız sinin ictima-iyyətdə böyük şəxsiyyət olduğunu əsas tutub bu işi görürlər. Elə buna görə də siz ya camaata qoşulun, ya da onları bu kimi xam xəyallardan daşındırın. İndi biz sənin yanına gəlmişik ki, hökumətdən sənin və övladlarının payına düşən bəzi vəzifələri verək.  Çünki, sən Peyğəmbərin əmisisən. Camaat sənin və dostunun məqamını bildikləri halda, sizdən üz döndəriblər. Ey Bəni Haşim! Eşidin və bilin, Peyğəmbər həm sizə, həm də bizə aiddir. Onun qohumu təkcə siz deyilsiniz!”
Ömər ibni Xəttab əlavə edərək dedi: “Bizim sənin köməyinə möhtac olduğumuz üçün bura gəldiyimizi fikirləşmə. Xeyr! Heç də belə deyil. Əksinə, müsəlmanların fikir birliyində olduqları bir işdə sənin müxalifətçi olduğunu görmək istəmədiyimiz üçün bura gəlmişik. Çünki, bu işin ziyanı həm sənə, həm də onlara dəyəcəkdir. Buna görə də öz xeyriniz üçün fikirləşin!”
Abbas Allaha həmd səna etdikdən sonra belə dedi: “Sən də dediyin kimi, Allah Mühəmmədi (s) öz ardıcıllarına və möminlərə köməkçi olmaq üçün peyğəmbər seçmişdi. Nəhayət, onu Öz yanına çağırdı. O, müsəlmanları öz ixtiyarla-rına buraxdı ki, haqqı tapıb onu özləri üçün seçsinlər, nəinki yollarını azıb haqdan başqa tərəfə yönəlsinlər!
Sən, qəsb etdiyin bu haqqı Peyğəmbərin öz adından almısansa, bilməlisən ki, bu bizim haqqımızdır və sən onu qəsb etmisən. Əgər Peyğəmbərin (s) tərəfdarlarının adından bu haqqa nail olmusansa, bil ki, elə biz də onun ardıcıllarıyıq və sənin işinə müdaxilə etmə-mişik.
Ancaq bil ki, biz bu işdən tam narazıyıq. Əgər bu iş (xəlifəlik) möminlərin tərəfin-dən sənə verilibsə, biz bu işə razı olmadığımız üçün bu sənin haqqın olmayacaqdır. Bu nə sözdür?! Bir tərəfdən deyirsən ki, mənə etiraz edirlər, digər tərəfdən də iddia edirsən ki, məni xəlifə seçiblər. (Bu iki söz isə bir-birinə ziddir.) Bir tərəfdən özünü Peyğəmbərin xəlifəsi sayırsan, digər tərəfdən də deyirsən ki, Peyğəmbər camaatı öz ixtiyarlarına buraxıb ki, bir nəfəri xəlifə seçsinlər, onlar da səni xəlifə və başçı seçiblər! Mənə verəcəyin vəzifəyə gəldikdə isə, bilməlisən ki, əgər o, möminlərin haqqıdırsa və sən onu mənə vermək istəyirsənsə, bil ki, sənin bu işi görməyə ixtiyarın yoxdur. (Başqa bir rəvayətə görə belə dedi: “Əgər o pay sənin öz qanuni haqqındırsa, bizim ona ehtiyacımız yoxdur.) Yox, əgər bizim öz haqqımızdırsa, onda onun hamısını verməlisən, yarısını verib, o biri yarısını özündə saxlamağına razı deyiləm. İndi isə, heç narahat olma! Peyğəmbər bir ağacdan idi, biz isə onun budaqlarıyıq, siz isə onun kölgəsində oturanlarsınız. Amma, ey Ömər! Sən camaatı bizdən qorxudursan. Bu sənin ilk işin deyil, sən elə əvvəllər də belə edirdin. Biz Allahdan kömək istəyirik.”
Onların Abbasla müzakirəsi heç bir müsbət nəticə vermədikdən sonra evdən çıxıb getdilər. Əbu Bəkr və Ömər müxaliflərin qiyam edəcə-yindən qorxduqları üçün etiraza səbəb olan hər hansı bir sözü deyə bilmirdilər. Bu iş hətta Əbu Bəkrin ölümündən sonra belə, Öməri çox narahat edirdi. Belə ki, Ömər öz hakimiyyəti dövründə özündən sonrakı xəlifə haqda söz-söhbət edən hər kəsə kobudcasına cavab verirdi.
Təbəri, ibni Abbasdan nəql edir ki, o belə deyirmiş: “Əbdürrəhman ibni Ovfla Quran oxuyurduq. Elə bu zaman Ömər həcc səfərinə hazırlaşırdı. Biz də hazırlaşıb onunla getdik. Əbdürrəhman ibni Ovf Minada dedi: Ömərlə birlikdə idim, bir nəfər gəlib ona dedi: O filan şəxs (yəni Əmmar Yasir) deyir ki, əgər Ömər ölsə filankəslə (yəni Əli (ə)-la) beyət edəcəyik.
Ömər əsəbiləşib dedi: Elə bu gecə onların cavabını verəcəyəm!
Mən dedim: Ey əmir! İndi həcc mövsümüdür, bu sözlərin yeri deyil. Bir az səbr et, Mədinəyə çataq. Mədinə hicrət və sünnət diyarıdır. Peyğəmbərin səhabələri də oradadılar. Onlarla məsləhətləşib sözünü deyərsən.
Ömər Mədinəyə çatan vaxtda kimi səbr etdi. Mədinədə birinci cümə namazında minbərə çıxıb dedi: Sizlərdən biri (yəni Əmmar Yasir) deyib ki, əgər Ömər ölsə filankəslə (yəni Əli (ə))-la beyət edəcəyəm. Bu məsələ heç kəsi aldatmasın və Əbu Bəkrlə beyətin gözlənilməz və tələm-tələsik olduğunu deməyin. Baxmayaraq ki, həqiqət belə idi, amma Allah bizi onun şərrindən saxladı. İndi sizin aranızda elə bir şəxs yoxdur ki, siz ona qeydsiz-şərtsiz itaət edəsiniz.
HƏZRƏT FATİMEYİ ZƏHRANIN (Ə) EVİNƏ HÜCUM
Əbu Bəkr hakimiyyətdə öz yerini bərkitdikdən sonra onunla beyət etməyib etiraz əlaməti olaraq həzrət Fatimeyi Zəhra (ə)-ın evinə yığışan müxalifləri, eləcə də sair müxalifləri tutub, zorla beyət etdirmək qərarına gəldi. Müxalifət edən şəxslər aşağıdakılar idi: Əli (ə), Zübeyr, Təlhə, Səd ibni Əbi Vəqqas, Əbuzər, Miqdad, Əmmar, Peyğəmbərin əmisi Abbas, Abdullah ibni Abbas, Qəsəm ibni Abbas, Hüzeyfə, Xalid ibni Səid, Bərra ibni Azib, Übeyy ibni Kə”b və Bəni Haşim tayfasından bir dəstə adam.
İbni Əbil Hədid Əbu Bəkrin məmurlarının Fatimeyi Zəhra (ə)-ın qapısına getmələri haqda bir neçə rəvayət nəql edib. Onların bəzilərini aşağıda qeyd edirik:
1-Məhəmməd ibni Əbdül Əziz deyir: “Əbu Bəkrlə beyət olunan zaman Təlhə və Zübeyr Əli (ə)-ın haqqı barəsində Əbu Bəkrlə müxalifət edib, Zəhra (ə)-ın evinə yığışmışdılar və orada məşvərət edirdilər. Ömər Fatimə (ə)-ın qapısına gəlib dedi: “Ey Peyğəmbərin qızı! Dünyada bizim üçün atandan əziz bir adam yoxdur. Atandan sonra da bizim üçün səndən əziz bir adam yoxdur! Ancaq Allaha and olsun! Bu məhəbbət sənin evinə yığışan şəxslərə xatir evini yandırmağımızın qarşısını ala bilməz!”
2-Əbu Bəkr Cövhəri, Əbül Əsvəddən belə nəql edir: “Mühacirlərdən bir dəstəsi Əbu Bəkrlə beyətə çox qəzəblənmişdilər. Çünki, bu beyət məşvərətsiz həyata keçmişdi. Əli (ə) və Zübeyr əsəbiləşmiş halda Fatimənin evinə daxil oldular. Ömər Əbdül Əşhəl tayfasından olan Üseyd ibni Hüzeyr və Səlmə ibni Səlamətin də iştirak etdiyi bir qoşunla gəldi.
Fatimeyi Zəhra (ə) onları Allaha and verdi. Onlar isə buna etina etmədən evə soxuldular. Əli (ə)-ın və Zübeyrin qılıncını aldıqdan sonra divara vurub sındırdılar. Sonra isə Ömər Əli (ə)-ı və Zübeyri evdən çıxarıb beyət almaq üçün Əbu Bəkrin yanına gətirdi. Əbu Bəkr ayağa qalxıb, camaata xütbə oxuduqdan sonra dedi: Mənimlə beyət tələm-tələsik oldu, ancaq Allah camaatı bu işin şərrindən saxladı. Fitnə-fəsad törənəcəyindən qorxduğum üçün məcburiyyət qarşısında qalıb onu (xilafəti) qəbul etdim.
Allaha and olsun! Bir günlük olsa belə xilafət düşkünü deyiləm. Elə bir vəzifənin altına girmişəm ki, onu idarə etməyə gücüm çatmır.”
3-Əbdürrəhman deyir: “Əbu Bəkr minbərə çıxdıqda Əli (ə), Zübeyr və Bəni Haşimdən bir dəstə adam Fatimə (ə)-ın evində idilər. Ömər onların yanına gedib dedi: Ömərin canı qüdrət əlində olan Allaha and olsun: Ya bu evdən çıxıb beyət etməlisiniz, ya da evi siz qarışıq yandıracağam!”
4-Səd ibni Əbi Vəqqas və Miqdad ibni Əsvəd Fatimeyi Zəhra (ə)-ın evinə yığışanlardan idi. Onlar Əli (ə) ilə beyət etmək istəyirdilər. Ömər, evi onlar qarışıq yandırmaq üçün oraya gəldi. Zübeyr qılıncını siyirib onlara hücum etdi. Zəhra (ə) ağlar halda evdən çıxıb camaatdan kömək istəyirdi.”
5-Əbu Bəkr Ömərə dedi: “Xalid ibni Vəlid haradadır? Gedib Əli ilə Zübeyri buraya gətirin!”
Ömər Xalidlə birlikdə Əlinin evinə getdilər. Ömər evə daxil oldu, Xalid isə çöldə qaldı. Ömər Zübeyrə dedi: Bu qılınc nədir?
Zübeyr dedi: Əliyə beyət etmək üçün hazırlaşmışam.
Evdə çox adam vardı, Miqdad ibni Əsvəd və Bəni Haşimin hamısı orada idi. Ömər qılıncı götürdü, evdə olan daş parçasına vurub sındırdı. Zübeyrin əlindən tutub onu darta-darta çölə çıxartdı və Xalidə tapşırdı. Xalid onu tutub saxladı.
Əbu Bəkr onlara kömək etmək üçün xeyli adam göndərmişdi. Onlar da evin yanında idilər. Sonra Ömər içəri girib Əliyə “qalx, beyət et!”-dedi. Sonra Əli (ə)-ın əlindən tutub onu yerindən qaldırmaq istədi. Əli (ə) qalxmadı. Ömər ona hücum edib Zübeyri evdən çıxartdığı kimi onu da zorla evdən çıxartdı. Xalid onların hər ikisini (Əli və Zübeyri) tutub, yola düşdülər. Xalid Əlini, Zübeyri və evdə onları qabaqdan çəkir, Ömər isə arxadan qovurdu. Mədinənin küçələrinə yığışan camaat da bunlara baxırdılar.
Fatimə (ə) Ömərin Əli (ə)-a qarşı etdiyi hörmətsizlikləri gördükdə ucadan nalə edib ağladı. Ona qoşulmuş haşimi və sair qadınlar da ucadan ağlayıb, nalə edirdilər. O, öz evindən məscidə açılan qapıdan çıxıb dedi: “Ey Əbu Bəkr! Peyğəmbərin (s) əhlinə nə tez hiylə iş-lətdiniz?! Allaha and olsun, nə qədər ki, sağam Öməri danışdırmayacağam.”
Bu rəvayətdə təəccüblü olan şeylərdən biri də budur ki, sünnü alimləri iddia edirlər ki, Peyğəmbər (s), Əbu Bəkrin qapısından başqa, məscidə açılan bütün qapıların bağlanmasını əmr etdi. Bu hədisdə isə Fatimənin (ə) məscidə açılan qapıdan Əbu Bəkrlə söhbət etdiyinin şahidi oluruq. Sünnü alimlərinin nəql etdiyi bu və sair hədislərdən aydın olur ki, yalnız Əli (ə)-ın evinin qapısı məscidə açılırdı və Peyğəmbər (s) öz həyatında Əli (ə)-ın qapı-sından başqa məscidə açılan bütün qapıları bağlatdırmışdı. Halbuki, “Səhihi-Buxari”, “Tarixi-Təbəri” və “Əs-səvaiqül-muhriqə” kitab-larında bunu Əbu Bəkrin fəzilətlərindən hesab edirlər.
6-Ziyad ibni Lübeyd Ənsari başqa bir şəxslə köməkləşib qılıncı Zübeyrdən almaq istədikdə, qılınc onun əlindən yerə düşdü. Onlar qılıncı götürüb daşa vuraraq sındırdılar. Sonra onları evdən çıxardıb, boyunlarından tutdular və çox kobud hərəkətlə arxadan qovaraq, Əbu Bəkrlə beyət etməyə gətirdilər.
TUTQUN GÜZGÜ
İslamın ilk məşhur tarixçisi Məhəmməd ibni Cərih Təbəri, Əli (ə)-ın beyət etməsini Seyf ibni Ömərdən belə nəql edir: “Əli (ə) öz evində idi. Əbu Bəkrin özü üçün beyət alması məqsədilə bir məclis təşkil etdiyini ona xəbər verdilər. O, bircə köynək geydiyi halda dərhal evdən çıxdı. O, beyət işinə yubanmaq istəmirdi, odur ki, tələsik özünü məscidə çatdırdı ki, beyət etsin. Əbu Bəkrin yanına çatıb, oturduqdan sonra, paltarlarını gətirmək üçün bir nəfəri evə göndərdi. Paltarlarını gətirdikdən sonra, elə məsciddə geyindi.”
İBNİ QÜTEYBƏNİN DEDİKLƏRİ
İbni Qüteybə Fatimeyi Zəhra (ə)-ın evinə hücum hadisəsini belə nəql edir: “Əbu Bəkr, onunla beyət etməyib Əli (ə)-ın evinə yığışanlar barəsində soruşdu. O, Öməri bir dəstə ilə birlikdə Fatimənin evinə göndərdi. Ömər qapıya yaxınlaşıb, uca səslə dedi: “Evdən çıxın!” Onlar Ömərin dediklərinə etina etmədilər. Ömər od gətizdirib dedi: “Ömərin canı əlində olan Allaha and olsun, əgər çölə çıxmasanız, sizi ev qarışıq yandıra-cağam.”
İçəridəkilər dedilər: “Ey Əba Həfs (Həfsin atası-Ömər), axı Fatimə də bu evdədir! (Hansı cəsarətlə belə deyirsən, halbuki Allah bu ev və onun əhli haqda bu ayəni göndərib:

“(Ey Peyğəmbərimiz) Ümmətə de: Mən bu risalətim müqabilində sizdən, ən yaxın adam-larıma (Əhli-beytimə) məhəbbət bəsləməkdən başqa heç bir əvəz istəmirəm.”
Və Peyğəmbər (s) altı ay bu qapının arxa-sında gecə namazının nafiləsini qılıb, buyurub:

“Allahın iradəsi bu olmuşdur ki, yalnız siz Əhli-beytdən hər növ çirkinliyi aradan aparıb sizi pak-pakizə qərar versin.”
Ömər dedi: Evdə Fatimə olsa da yandıraca-ğam!
Fatimə (ə) qapının arxasında durub dedi: “Bizim ən pis yerdə və məqamda olan bir tayfa ilə heç bir əhdimiz yoxdur. Siz Peyğəmbərin (s) cənazəsini yerdə qoyub hökuməti özünüz üçün möhkəmləndirməyə qaçdınız. Bizdən icazə belə istəməyib, bizim haqqımızı qəsb etdiniz.”
Ömər Əbu Bəkrin yanına qayıdıb dedi: Səninlə beyət etmək istəməyən bu şəxsi tutma-yaqmı?”
Əbu Bəkr öz nökəri Qonfuza dedi: “Get, Əlini bizim yanımıza çağır.”
Qonfuz Əbu Bəkrin dediklərini Əli (ə)-a çatdırdıqda, Əli (ə) “Onun bu sözdən məqsədi nədir?” - deyə soruşdu. Qonfuz dedi: “Peyğəm-bərin xəlifəsi səni öz hüzuruna çağırır.”
Əli (ə) dedi: “Nə tez Peyğəmbərin adından yalan və iftira deyirsiniz?!”
Qonfuz qayıdıb, olanları Əbu Bəkrə xəbər verdikdə, o, uca səslə ağlamağa başladı.
Ömər yenidən Əbu Bəkrə dedi: “Bu müxalifəti yatırmayaqmı?!”
Əbu Bəkr Qonfuzu yanına çağırıb dedi: “Əlinin yanına qayıt və ona de ki, möminlərin əmiri səndən beyət almaq üçün səni öz yanına çağırır.”
Qonfuz gəlib Əbu Bəkrin dediklərini Əliyə çatdırdı. Əli (ə) təəccüblənib uca səslə dedi: “Sübhan Allah! Özlərinə layiq olmayan şeyləri iddia edirlər!”
Qonfuz yenə Əbu Bəkrin yanına gəlib eşitdiklərini ona xəbər verdi. Əbu Bəkr yenə də uca səslə ağlamağa başladı. Bu dəfə daha çox ağladı. Bundan sonra Ömər bir dəstə ilə Fatimə (ə)-ın evinə gəlib, qapını döydülər. Fatimə (ə) onların səsini eşitdikdə ağlamağa başlayıb dedi: “Ey ata! Ey Rəsulallah! Bax gör, səndən sonra Xəttabın oğlu (Ömər) və ibni Qühafə (Əbu Bəkr) ilə nə halda görüşürəm! (Yəni onların bizə rəva gördükləri bu zülmə bax!)
Camaat Fatimə (ə)-ın belə ağladığını gördükdə hamısı ağlar halda geri qayıtdılar. Zəhra (ə) o qədər yanıqlı ağlayırdı ki, cama-atın qəlbini dağladı. Ancaq Ömər öz adamları ilə qaldı və Əli (ə)-ı evindən çıxarıb beyət etmək üçün Əbu Bəkrin yanına gətirdilər. Əli (ə)-a “Əbu Bəkrlə “beyət et” - dedilər.
Əli (ə) dedi: “Əgər beyət etməsəm nə olacaq?”
Dedilər: “Misli və bərabəri olmayan Allaha and olsun, onda boynunu vurarıq.”
Əli (ə) dedi: “Onda siz Allahın bəndəsini və Peyğəmbərin qardaşını öldürmüş olarsı-nız.”
Ömər dedi: “Allahın bəndəsi olmağın düzdür, ancaq Peyğəmbərin qardaşı olduğun xeyr!.”
Əbu Bəkr sakit dayanmışdı və heç nə demirdi.
Ömər dedi: “Əlini səninlə beyət etməyə vadar etməyəkmi?”
Əbu Bəkr dedi: “Nə qədər ki, Fatimə onun yanındadır, onu heç bir şeyə məcbur etməyəcəyik.”
Sonra Əli (ə) Peyğəmbərin qəbrinin yanına gəlib ucadan ağlayaraq bu ayəni oxuyurdu:
“(Ey anam oğlu,) həqiqətən də bu tayfa məni zəif bilib, az qala öldürəcəkdilər.”
Başqa bir rəvayətdə oxuyuruq: “Ənsar və mühacirdən olan bir dəstə adamın Peyğəmbərin qızı Fatimənin evində Əli (ə)-ın başına yığışması xəbəri Əbu Bəkr və Ömərə çatdı.  Onların Əli (ə) ilə beyət edəcəkləri gözlə-nilirdi.”
Əbu Bəkr Ömərə göstəriş verdi ki, onları evdən çıxartsın və əgər müqavimət göstərsələr, onlarla döyüşsün. Ömər evi yandırmaq üçün əlinə bir məş”əl alıb yola düşdü. Fatimə (ə) onları belə görüb dedi: “Ey Xəttabın oğlu, mənim evimi yandırmaq üçünmü gəlmisən?”
Ömər dedi: “Camaata qoşulub beyət etməsəniz, bəli, yandıracağam!”
Böyük sünnü şairi Hafiz İbrahim bu hadisəni belə qələmə alıb:
Şerin tərcüməsi:
“Ömər Əliyə bir söz dedi, onun deyəni necə də böyük bir şəxsdir: “Əgər beyət etməsən, evinə od vuracağam. Elə yandıracağam ki, heç kim oradan sağ qurtarmayacaq.” Halbuki, Peyğəmbərin qızı (Zəhra) da evdə idi. Bu söz müxalifətçilərin və Ədnan süvarilərinin başçısı və onları himayə edən şəxsin qarşısında yalnız Ömərin tərəfindən deyilə bilərdi. Ondan başqa heç kim cürət edib bu sözü deyə bilməzdi.”
Yəqubi yazır: “Fatimə (ə) evdən çıxıb dedi: “Mənim evimdən çıxın, yoxsa, Allaha and olsun, başımı açıb, pərişan saçla Allah dərgahında nalə edərəm!” Sonra adamlar evdən çıxdılar. Evdəkilərin hamısı çıxıb getdikdən sonra tək-tək gəlib Əbu Bəkrlə beyət etdilər. Beyət etməyən şəxs isə yalnız Əli (ə) idi. O da altı aydan sonra (bəzi rəvayətlərə görə qırx gündən sonra) beyət etdi.”
Nizam yazır: “Beyət günü Ömər Fatimeyi Zəhranın qarnına və böyrünə elə güclü zərbələr vurdu ki, onun bətnində olan uşağı (Möhsün) siqt oldu. Ömər: “evi yandırın” - deyə qışqırdı. Halbuki, evdə Əli, Həsən və Hüseyndən başqa heç kim yox idi.”
HƏDİS YAZILMASININ QADAĞAN OLUNMASI
Əli (ə) və onun tərəfdarlarının Əbu Bəkrlə müxalifətçiliyi, Əbu Bəkrlə beyət olunması və onların Fatimə (ə)-ın evində törətdikləri cinayətləri, tarix və siyrə kitablarının müəlliflər müəyyən qədər yazılmışdır. Ancaq onlar Əbu Bəkrin qalib dəstəsi ilə Fatimə (ə)-ın evinə yığışanların arasında baş verən hadisələrin incəliklərini yazmaqdan imtina etmişlər. Əbu Bəkrin qələbəsindən sonra ümumi şəkildə Peyğəmbərdən nəql olunan hədislər, xüsusilə də həzrətin öz Əhli-beytinin fəziləti haqda buyurduğu hədislərin yazılması tamamilə qadağan edildi. Əbu Bəkr və Ömər, hər biri öz xilafət dövründə fərman verdi ki, heç kəsin hədis yazıb saxlamağa haqqı yoxdur. Bu iş Müaviyənin zamanında ən ifrat dərəcəyə çatdı. Müaviyə özünün şəhərlərdəki valilərinə yazdı: “Hər kəs Əhli-beyt və Əlinin fəziləti haqda hədis desə, artıq o şəxsin canı, malı və abır-heysiyyəti mənim tərəfimdən amanda deyildir.”
Ayişə deyir: “Bir gecə atamın səhərə kimi iztirabda olduğunu gördüm. Səhər mənə dedi: “Hədisləri buraya gətir.” Mən hədislərin yazıldığı kağızları gətirdim. Atam onların hamısını yandırdı.”
Ömər bütün şəhərlərin valilərinə yazdı: “Hər kəsdə hədis varsa gərək məhv etsin.”
Məhəmməd ibni Əbu Bəkr deyir: “Ömərin vaxtında hədislər çoxaldı, onları Ömərin yanına gətirdikdə, o əmr etdi, hamısını yandırdılar.”
PEYĞƏMBƏRİN ƏHLİ-BEYTİNƏ QARŞI KİN VƏ HƏSƏD
İbni Abbas deyir: Bir vaxt Ömər məndən soruşdu: Məhəmməddən sonra camaatın sizə üz gətirməsinə mane olan şeyin nə olduğunu bilirsənmi?!
Mən dedim: Əgər bilməsəm də, əmir mənə deyər.
Ömər dedi: Onlar nübüvvətlə xilafətin hər ikisinin sizdə olmasını və sizin də bu ikisinə görə iftixar etməyinizi görmək istəmədilər.
Mən dedim: Onların bu işinin səbəbi bizə qarşı həsəd aparıb zülm etmələri idi.
Ömər başqa bir gün yenə mənə dedi: Ey ibni Abbas, Allaha and olsun, sənin bu dostun (yəni Əli) Peyğəmbərdən sonra xilafətə ən ləyaqətli şəxs idi. Ancaq biz iki şeydən qorxurduq: Birincisi onun yaşının az olması, ikincisi isə onun Əbdül Müttəlib tayfasını çox istəməsi idi.
İbni Abbas deyir: “Ömər Əli (ə)-dan gileylənib mənə dedi: Sənin dostun bizimlə beyət etmir.
Mən dedim: O, bu iş üçün bir dəlil gətir-mədimi? Ömər “Bəli gətirdi” - deyə cavab verdi. Mən “hansı dəlil?” - deyə sual etdikdə, Ömər cavab verməyib susdu.
Bir müddətdən sonra Ömər dedi: Ey İbni Abbas! Sizin sülalənin xilafətinə mane olan ilk şəxs Əbu Bəkr idi. Bunu da bil ki, sizin qövm həm nübüvvətin, həm də xilafətin sizə məxsus olmasına razı olmadı.
Mən dedim: Axı nə üçün? Məgər bizim onlara xeyrimiz dəyməyib? (Onlar bizim vasitə-mizlə müsəlman olub, cahiliyyətdən insaniyyətə döndülər).
Ömər dedi: Bəli, elədir, amma onlar bu işi görsəydilər, sizin məqamınız daha yüksək və şərəfiniz daha artıq olardı. Ancaq onlar bu iftixar və şərəfi heç zaman sizdə görmək istəmirdilər.
Cövhəri yazır: Bir gün Əli (ə) Öməri görüb dedi: Allah səni hidayət etsin! Məgər Rəsu-lullah səni xəlifə seçmişdi?”
Ömər “xeyr” - deyə cavab verdi. Əli (ə) dedi: Onda necə oldu ki, sən və dostun bu xilafət kürsüsünə yiyələndiniz?
Ömər dedi: Mənim dostum öz yolunu tutub getdi. (Yəni öldü). Ancaq mən xilafəti öz üzərimdən götürüb, sənin öhdənə qoyacağam.
Əli (ə) dedi: Allah səndən xilafəti alanı zəlil etsin (cəzasını versin)! Xeyr, mən xilafəti səndən almayacağam. Ancaq bunu da bil ki, Allah məni ayə və nişanə qərar vermişdir. Mən hər vaxt qiyam etsəm mənə müxalif çıxanlar azğınlıqda olacaqlar.
Yəni Allah-taala məni xəlifə qərar vermiş-dir. Xilafət kürsüsündə olmasam da Allahın yer üzündəki xəlifəsiyəm. Və xəlifə-liyi səndən almağa da ehtiyacım yoxdur.
Bu rəvayətlərdən məlum olur ki, Qüreyş tayfası, xüsusilə Əbu Bəkr və Ömər təkcə Əli (ə)-a qarşı deyil, həm də bütün Bəni Haşimə qarşı həsəd aparırdılar.
Təbərani yazır: “Bir gün Əli (ə)-ın bacısı Ümmü Hani elə geyinmişdi ki, qulağındakı sırğalar görünürdü. Ömər ona dedi: Məhəmməd səni Allah dərgahında (əzabdan) qorumayacaq. (Siz, Peyğəmbərin xanədanı güman edirsiniz ki, Peyğəmbər sizdən olduğu üçün qiyamət günü sizə şəfaət edəcəkdir. O, sizə şəfaət edə bilmə-yəcək!)
Ümmü Hani bu sözü Peyğəmbərə çatdırdı. Peyğəmbər buyurdu: “Bəziləri belə güman edirlər ki, mənim şəfaətim öz Əhli-beytimə çatmayacaqdır. Bilin ki, mənim şəfaətim hətta Yəməndə olan Süda və Hükəma tayfalarına belə çatacaqdır.  (Yəni, əgər istəsəm, Süda və Hükəma tayfalarına da şəfaət edərəm.)”
Bəzar belə rəvayət edir: “Peyğəmbərin bibisi Səfiyyənin bir oğlu var idi. O, dünyadan getdi, Səfiyyə oğlunu itirdiyi üçün ağlayırdı. Peyğəmbər (s) ona səbirli olmağı tövsiyə edirdi. Səfiyyə sakitləşib çölə çıxdıqda, Ömər ona dedi: Ey çox ağlayan qadın! Bil ki, Peyğəmbər ilə qohumluğunuz heç vaxt sizi Allah dərgahında ehtiyacsız etməyəcək.
Səfiyyə yenə də ağlamağa başladı. Peyğəmbər (s) onun səsini eşitdi. (Peyğəmbər (s) onu çox istəyirdi.) Həzrət Səfiyyədən “nə olub?” - deyə sual etdikdə, Səfiyyə Ömərin dediklərini Peyğəmbərə dedi. Peyğəmbər (s) Bilala əmr etdi ki, camaatı namaz üçün məscidə çağırsın. Sonra isə minbərə çıxıb buyurdu: “Nə olub?! Bəziləriniz mənim qohumluğumun heç bir kəsə faydası olmayacağını deyirsiniz. Agah olun! Qiyamət günü mənim qohumluğumdan başqa, bütün qohumluq əlaqələri kəsilərək qüvvədən düşəcəkdir və qohumluğun heç bir nəticəsi olmayacaqdır. Mənim qohumluğum isə həm dünyada, həm də axirətdə öz Əhli-beytimə şamil olacaqdır.”
İndi isə yaxşı olar ki, Əhli-beytin fəzilətləri haqda Peyğəmbərdən nəql olunan bir neçə rəvayətə işarə edək. (Məhz bu rəvayətlər düşmənlərin Əhli-beytə qarşı həsəd və kinlərinin artmasına səbəb olurdu.) Hənəfi məzhəbindən olan və “Təzkirətül-xəvass” kita-bının müəllifi yazır:

“Əli (ə) behiştin qapısında durub, cama-atın ağzının qoxusunu iyləyəcək. Hər kimin ağzından, ona qarşı kin və düşmənçilik iyi gəlsə onu cəhənnəmə atacaq.”
Böyük sünnü təfsirçisi mərhum Zəməxşəri özünün “Kəşşaf” adlı təfsirində “Şura” surəsinin 23-cü ayəsini təfsir edərkən Peyğəm-bərin Əhli-beyt barəsində belə buyurduğunu rəvayət edir:

“Agah olun! Hər kəs Ali-Mühəmmədə (Peyğəmbərin Əhli-beytinə) məhəbbət ilə dünyadan getsə şəhid, bağışlanmış, tövbəkar və kamil imanla, mömin kimi dünyadan gedər. Belə bir şəxs öldüyü vaxt ölüm mələyi, Nəkir və Münkər ona behişt müjdəsi verər. Əhli-beytin dostlarını, bəy evinə gedən gəlin kimi bəzəyib behiştə apararlar. Belə bir şəxs öldükdə, qəbrindən behiştə tərəf iki qapı açılar. Hər kəs Əhli-beytə məhəbbətlə ölsə qəbri rəhmət mələklərinin ziyarətgahı olar. Əhli-beytin məhəbbəti ilə ölən şəxs, sünnət və cəmaət yolu ilə ölübdür. Agah olun! Hər kəs Mühəmməd Əhli-beyti ilə düşmən olub dünyadan getsə, qiyamət günü gözlərinin arasında “bu, ilahi rəhmətdən məyusdur” yazılan halda məhşur olacaqdır. Agah olun! Hər kəs Peyğəmbər Əhli-beytinə düşmən halda ölsə kafir kimi ölüb və belə bir şəxs cənnətin ətrini iyləməyəcəkdir.”
Peyğəmbərdən (s) belə nəql olunub:

“Mənim Əhli-beytimi və itrətimi incidib, zülm edənlərə behişt haramdır.”
Böyük sünnü filosofu və məşhur təfsirçi Fəxr Razi deyir: “Peyğəmbərlə ən yaxın nisbəti və qohumluğu olan şəxslər onun Əhli-beytidir. Məgər Əli, Fatimə, Həsən və Hüseyn Peyğəm-bərin ən yaxın adamlarından deyildilərmi?”
İndi məlum olur ki, nə üçün xəlifələr hə-mişə başqalarının da fəziləti haqda rəvayət-ləri nəql etməyə çalışırdılar. Sünnü və şiə kitablarında Peyğəmbərdən bu hədislər nəql olunub:

“Mən elmin şəhəri, Əli isə onun darva-zasıdır.”

“Mən hikmət şəhəri, Əli isə onun darva-zasıdır.”
Sünnü hədisçiləri bu hədisi xüsusi qəliblərə salıb, istədikləri adama mənsub ediblər. Onlar buna oxşar hədis quraşdırıb deyirlər: Peyğəmbər (s) buyurub: “Mən səxavət şəhəri, Əbu Bəkr isə onun qapısıdır. Mən həya və abır şəhəri, Osman isə onun qapısıdır.”
 
PEYĞƏMBƏRİN (S) SEVİMLİSİ FATİMEYİ ZƏHRA (Ə) VƏ FƏDƏKİN QƏSB OLUNMASI
1-Bir gün Rəsulullah (s) Fatimə (ə)-ın əlindən tutub dedi: “Qızım Fatiməni tanı-yanlar tanıyıb, tanımayanlar isə tanısın. Bu, Mühəmmədin qızı Fatimədir. Bu mənim canımın bir parçasıdır. Bu mənim qəlbim və ruhumdur. Hər kəs ona əzab-əziyyət versə mənə əzab-əziyyət vermişdir. Mənə əzab-əziyyət verənlər isə Allaha əzab-əziyət verirlər.”
2-Buxari özünün “Səhih” kitabında Misvər ibni Məxrəmədən belə nəql edir: Peyğəmbər (s) buyurub: “Fatimə mənim canımın bir parça-sıdır. Hər kəs onu qəzəbləndirsə məni qəzəblən-diribdir.”
3-Hakim “Müstədrəküs-səhiheyn”-də Əli (ə)-dan belə nəql edir: “Peyğəmbər (s) buyurub: “Ey Fatimə, Allah sənin qəzəbinə xatir qəzəblənir, sənin razılığına xatir razı olur.”
Bu hədislərdən üç məsələ aydın olur:
Birinci: Hər kim Fatimə (ə)-ı incidib, ona əzab-əziyyət versə, Peyğəmbəri incidib və ona əziyyət veribdir. Hər kim Fatimə (ə)-ı qəzəb-ləndirsə Peyğəmbəri qəzəbləndiribdir.
İkinci: Hər kim Fatiməyə (ə) əzab-əziyyət verib onları qəzəblədirsə, Allahı qəzəblən-dirib.
Üçüncü: Əbu Bəkr və Ömər həm Fatiməni, həm Peyğəmbəri (s) və həm də Allahı incidib qəzəbləndiriblər. Müddəamızı isbat etmək üçün sünnü alimlərinin mötəbər kitablarından bəzi faktları qeyd edirik:
Ovzai yazır: “Mənə belə bir xəbər çatıb ki, Fatimə (ə) Əbu Bəkrə qəzəb edibdir.”
Ayişə deyir: “Fatimə atam Əbu Bəkrin yanına gəlib, Allah tərəfindən ona əta olunmuş mirasını istədi. Atam ona dedi: Peyğəmbər buyurub: “Biz özümüzdən sonra irs qoymuruq. Bizdən qalan hər bir şey sədəqədir.” Fatimə Əbu Bəkrə qəzəblənib getdi və ömrünün axırına qədər bir daha onun yanına gəlmədi. Peyğəmbərdən sonra altı ay ömür sürdü. Bu müddətdə həmişə atası Peyğəmbərdən ona çatan Xeybər, Fədək və Mədinədə olan sair sədəqələr kimi, öz mirasını tələb edirdi. (Əbu Bəkr isə bunların hamısını qəsb edib öz ixtiyarına keçirmişdi.)
 Ömər  xilafətə gəldikdən sonra Peyğəmbərin Mədinədə qoyub getdiyi sədəqə irslərini Əli (ə)-a və Abbasa qaytardı. Ancaq Xeybəri və Fə-dəki onlara verməyib dedi: “Xeybər və Fədək Peyğəmbərin sədəqəsidir. O, Xeybər və Fədəklə başqalarına əl tuturdu. İndi isə bunların idarə olunması müsəlmanların başçısına çatır.”
Təbəri Ayişədən belə nəql edir: “Fatimə Abbasla birlikdə Əbu Bəkrin yanına gəlib Peyğəmbərdən onlara qalan mirasını – Fədək torpaqlarını və Xeybərdən onlara düşən payı tələb etdilər.
Əbu Bəkr onlara dedi: Peyğəmbər belə deyirdi: “Biz özümüzdən sonra heç nəyi irs qoymuruq. Bizdən qalan şeylər sədəqədir və Peyğəmbər övladlarının hamısız ondan istifa-də etməlidirlər.” Allaha and olsun, mən Peyğəmbərin əməl etdiyi şeyi heç vaxt tərk etməyəcəyəm.”
Ayişə deyir: “Fatimə Əbu Bəkrdən ayrılıb getdi və ömrünün axırına qədər bir daha onunla danışmadı. Vəfat etdikdə isə Əli onu Əbu Bəkrdən xəbərsiz və gecə ikən dəfn etdi.”
“Əs-səvaiqül-muhriqə” kitabının müəllifi Buxaridən belə nəql edir: “Fatimə bir nəfəri Əbu Bəkrin yanına göndərib ondan öz mirasını istədi. O miras ki, Allahın əmri ilə Peyğəmbər (s) tərəfindən Zəhraya verilmişdi.”
Ancaq Əbu Bəkr dedi: Peyğəmbər (s) buyurub: “Biz özümüzdən sonra heç nəyi irs qoymuruq. Bizdən sonra qalan şeylər isə sədəqədir. Peyğəmbər övladlarının hamısı ondan istifadə etməlidirlər.” Allaha and olsun, Peyğəmbərin sədəqə barəsində tutduğu yolu heç vaxt dəyişdir-məyəcəyəm.”
Əbu Bəkr bu mirası Fatimə (ə)-a verməkdən imtina etdi. Əbu Bəkrin onun öz qanuni haqqını qaytarmaq istəmədiyini görən Fatimə ömrünün sonuna qədər Əbu Bəkrdən küsülü qalıb, onu danışdırmadı.
Peyğəmbərdən sonra isə cəmisi altı ay yaşadı, vəfat etdikdə Əli (ə) onu Əbu Bəkrdən xəbərsiz və gecə ikən dəfn edib, təklikdə ona namaz qıldı.
Termizi özünün “Səhih” kitabında Əbu Hüreyrədən belə nəql edir: “Fatimə Əbu Bəkrlə Ömərin yanına gəlib atasının mirasını istədi. Onlar dedilər: Biz Peyğəmbərin belə buyurduğunu eşitmişik: “Biz peyğəmbərlər özümüzdən sonra irs qoymuruq.” Fatimə dedi: Allaha and olsun, daha sizinlə danışma-yacağam.” O, dünyadan gedəndə də onlarla küsülü idi.
İbni Qüteybə yazır: Ömər Əbu Bəkrə dedi: Gəl Fatimənin yanına gedək. Çünki, biz onu qəzəbləndirmişik.
İkisi də Fatimənin evinə gəlib, daxil olmaq üçün icazə istədilər. Fatimə onlara icazə vermədi. Onlar Əli (ə)-ın yanına gəlib, onunla söhbət etdilər. Əli (ə) onların evə daxil olmasına icazə verdi. Ömər və Əbu Bəkr Fatimənin yanında oturanda Fatimə (ə) üzünü divara tərəf çevirdi. Onlar Fatiməyə salam verdilər. Ancaq o həzrət onların salamlarını almadı!”
Fatimə (ə) dedi: “Sizin üçün Peyğəmbərdən hədis deyimmi?”
Onlar “bəli” - deyə cavab verdilər.
Fatimə (ə) buyurdu: Məgər Peyğəmbərin belə buyurduğunu eşitməmisinizmi: “Fatimənin razılığı mənim razılığım, Fatimənin qəzəbi mənim qəzəbimdir. Hər kəs qızım Fatiməni sevsə məni sevib və hər kəs Fatiməni razı etsə məni razı edibdir. Hər kəs Fatiməni qəzəblən-dirsə məni qəzəbləndiribdir.”
Əbu Bəkr və Ömər “bəli, eşitmişik” - deyə cavab verdilər!
Fatimə (ə) dedi: “Mən Allahı və Onun mələklərini şahid tuturam ki, siz iki nəfər məni qəzəbləndirmiş və məni razı salmamı-sınız. Hər vaxt Allahın Rəsulunu görsəm siz iki nəfərdən ona şikayət edəcəyəm.”
Əbu Bəkr dedi: “Ey Fatimə, mən onun və sənin qəzəbindən Allaha pənah aparıram!” Elə bu zaman uca səslə elə ağladı ki, az qala ruhu bədənindən ayrılacaqdı.
Fatimə (ə) da dedi: “Allaha and olsun, qıldığım hər namazda Allahdan, səni mühakimə etməsini istəyəcəyəm.”
Əbu Bəkr ağlaya-ağlaya Fatimənin evindən çölə çıxdı. Camaat onun başına yığışdı. O, ağlaya-ağlaya camaata dedi: “Ey camaat! Siz səhərə kimi öz ailənizlə asayişdəsiniz, məni isə bəlaya salmısınız. Məndən uzaq olun və beyətinizi geri götürün.”
Bütün bu dəlillərlə isbat olunur ki, Allah, Onun Peyğəmbəri (s) və Fatimə (ə) Ömər və Əbu Bəkrə qəzəbli idi.
PEYĞƏMBƏRƏ MƏNSUB EDİLƏN HƏDİS
Görəsən doğrudanmı “Biz özümüzdən sonra irs qoymuruq” hədisini Peyğəmbər (s) buyurub? Əgər bu hədis düzdürsə, onda nə üçün Fatimə (ə) bu sözü Əbu Bəkrdən eşidəndə ondan küsüb, ona qəzəblənir?!
“Səhihi-Buxari”, “Əs-səvaiq” və Təbərinin kitablarında Ayişənin öz atası Əbu Bəkrdən belə nəql etdiyini oxuduq: Əbu Bəkr deyir: Peyğəmbər buyurub: “Biz özümüzdən sonra irs qoymuruq. Bizdən sonra qalan şeylər isə sədəqədir və Peyğəmbər övladlarının hamısı ondan istifadə etməlidirlər.”
Digər tərəfdən, necə olur ki, Peyğəmbərin zövcələrindən heç biri bu hədisi eşitməyib və buna görə də Əbu Bəkrdən öz miraslarını istəyirdilər?
Üçüncü məsələ budur ki: Nə üçün Əbu Bəkr axırda bir məktub yazıb, Fədəkin Zəhra (ə)-a qaytarılmasına sərəncam verdi, yolda isə Ömər o məktubu alıb cırdı?!
Dördüncü isə budur: Əgər doğrudan da bu hədis düz olsaydı və Peyğəmbərdən qalan şeylər sədəqə kimi ehtiyaclı olanların arasında bölünməlidirsə, onda nə üçün Ömər öz xilafəti zamanında Fədəki Əli (ə)-a və Abbasa verməyə razı oldu?  
Əgər bu hədis düz olsaydı, onda Fatimənin qəzəblənməsi və nəticədə Peyğəmbərin də onun qəzəbləndiyinə görə qəzəblənməsi, eləcə də Allahın da Peyğəmbərin qəzəbi ilə qəzəblən-məsi əbəs və haqsız olardı. Bu sözlər də ən aşkar küfr deməkdir. Çünki, Allah-taala nahaq yerə qəzəblənməz. Eləcə də Peyğəmbər (s) və Zəhra (ə)-ın haqsız yerə qəzəblənməsini demək heç də düzgün olmaz.
Buradan aydın olur ki, Əbu Bəkrin bu hədis barədə yeganə şahidi Ömər idi. Onlardan başqa Mühəmməd (s) ümmətindən heç kəs bu hədisi nəql etməyib. Bu hədis sırf yalandan ibarət olub, Quranın buyurduğuna müxalifdir. Quranın ziddinə olan hər bir hədis də batil və əsassız sayılır.
AÇIQ MƏHKƏMƏ
Fatimeyi Zəhra (ə) buyurub: “Əbu Bəkr mənim (Fədəkdəki) işçilərimi işdən çıxardıb, onların yerinə öz işçilərini təyin edib və mənim haqqımı qəsb edibdir!”
Qazi (Hakim): “Əbu Bəkr, bu barədə nə deyir-sən?”
Əbu Bəkr: “Mən müsəlmanların xəlifəsiyəm. Fədək də xəlifənin əlində olmalıdır.”
Qazi: “Peyğəmbər (s) öz vəfatından qabaq Fədəki Fatiməyə veribdir. İndi də Fədək onun ixtiyarındadır. Onun işçiləri orada işləyirdilər. Sənin, onun iddiasının əsassız olmasına tutarlı dəlil-sübutun varsa deməlisən. Nəinki, onun işçilərini zorla oradan çıxardıb, öz işçilərini ora qoyasan və Fədəki qəsb edəsən!”
Əbu Bəkr: “Mən Peyğəmbərin belə dediyini eşitmişəm: “Biz özümüzdən sonra irs qoymuruq, bizdən sonra qalanlar isə sədəqədir, Peyğəmbər övladlarının hamısı ondan istifadə edə bilərlər.”
Qazi: Bu irs deyil, əgər Fədək irs olsaydı, Fatimə Peyğəmbərdən sonra ona sahib olmalı idi. Halbuki, Fədək Peyğəmbərin sağlığında Fatimənin ixtiyarında idi. Sənin onun işçilərini qovmağın da buna dəlildir. (Bunu bildirir ki, Fədək əvvəldən də Fatimənin idi.) Digər tərəfdən də sənin dəlilin Quranla müxalifdir. “Quran buyurur: “Peyğəmbərlər bir-birlərindən irs aparırlar.” Onda sən hansı əsasla iddia edirsən ki, Peyğəmbər özündən sonra irs qoymur?”
Əbu Bəkr susdu və cavab verə bilmədi.
Qazi: “Nə üçün ondan şahid istədiniz? Məgər bilmirsən ki, malı öz əlində olan şəxsdən şahid istəməzlər? Bir kəs başqasının ixtiyarında olan bir şeyi özü üçün iddia etsə, şahid gətirməlidir. Mal sahibinin əleyhinə şikayət etmək üçün qəti və yetərli dəlil lazımdır. Sənin dəlilin nədir?”
Əbu Bəkr: “Camaat məni Peyğəmbərin xəli-fəsi seçib. Fədək məhsuldar və bərəkətli yer olduğu üçün biz onun gəlirini öz işçilərimizə veririk. Çünki, Peyğəmbər də öz zamanında belə edirdi. Peyğəmbərin əməl etdiyi şeyi, mən heç vaxt tərk etməyəcəyəm.”
Qazi: “Zəhra (ə) iddia edib deyir ki, Peyğəmbər (s) “Və ati zəl-qurba həqqəhu” (yəni: ey Peyğəmbər, öz yaxınlarının haqqını ver) ayəsinin hökmünə əsasən Fədəki mənə bağış-layıb. Bu ayənin hökmünə əsasən də, Peyğəmbər öz sağlığında Fədəki Zəhraya bağışladı.”
Əbu Bəkr: “Peyğəmbərin qızı, atasının Fədəki ona bağışladığını isbat etmək üçün şahid gətirsin!”
Qazi: Fatimə deyir ki, mən şahid gətir-mişdim, ancaq siz onların sözünü qəbul etməmisiniz. Siz Əli və Ümmü Əymən kimi behişt əhlindən olanların şahidliyini qəbul etməmisiniz. Digər tərəfdən də, məgər Zəhra yalan deyirmi ki, sən ondan şahid istəyirsən?”
Əbu Bəkr: “Əgər buna ehtimal verməsəydim, şahid istəməzdim.”
Qazi: Allah-taala Fatimənin şə”nində belə buyurub:

“Allahın iradəsi bu olmuşdur ki, yalnız siz Əhli-beytdən hər növ aludəliyi aradan qaldır-sın və sizi pak-pakizə qərar versin.”  
“Mübahilə ayəsində isə belə buyurub:

“Gəlin bizim də övladlarımızı, sizin də övladlarınızı; bizim də qadınlarımızı, sizin də qadınlarınızı, bizim də canlarımızı, sizin də canlarınızı (yəni ən əziz adamla-rımızı) çağırıb Allah dərgahında yalançını lənətləyək.”
Üçüncü ayədə də belə buyurub:

“Ey Peyğəmbər! Ümmətə de ki: “mən bu risalətim (və sizi düz yola hidayət etdiyim) üçün sizdən, ən yaxın adamlarıma məhəbbət bəsləməkdən başqa bir əvəz istəmirəm.”
Dünyada Peyğəmbərə Zəhradan yaxın olan bir şəxs varmı? Allah-taala birinci ayədə Fatimənin həm ruhi, həm də cismi cəhətdən pak və pakizə olmasına şəhadət verir. İkinci ayədə Zəhranı Peyğəmbər ailəsindən olan pak və əzəmətli bir xanım hesab edir. Üçüncü ayədə onu Peyğəmbərin ən yaxın adamlarından sayır. Allahın pak-pakizə bildiyi bir qadını yalançı adlandırıb ondan şahid istəməyiniz düzgün-dürmü? Şahidi, sözlərində yalan olması ehti-malı verilən şəxsdən istəyərlər! Siz Fatiməni yalançı hesab edirsiniz?”
Əbu Bəkr: “Şahid istəməyin mənası nədir?”
Qazi: “Maidə” surəsinin 44, 45 və 47-ci ayələrinə istinadən ədalətli mühakiməni münsiflər hey”ətinə həvalə edirik.

“Hər kim Allahın nazil etdiklərinə uyğun olaraq hökm etməsə kafirdir. Hər kim Allahın nazil etdiklərinə əsasən hökm verməsə, sitəmkar və zülmkardır. Hər kim Allahın göndərdiyi hökmlər əsasında hökm etməsə, fasiqdir.”
Ey dünyanın azad fikirli insanları! Allah-taala Fatimə (ə)-ı bütün zahiri və batini pisliklərdən, günahlardan paklaşdırıb və onun paklığına hökm verib. Əbu Bəkr isə Allah hökmünün ziddinə hökm çıxarır. Bütün bunlara əsasən, hökm yalnız Allahın bu üç ayədə buyurduğu hökm deyilmi?!”
FƏDƏK NƏ İDİ VƏ HARADA YERLƏŞİRDİ?
Fədək, Hicaz məntəqəsində və Xeybər qalasının yaxınlığında yerləşən münbit və məhsuldar bir yer idi. Mədinə ilə onun arasında 2-3 günlük yol var idi. Bəziləri deyirlər ki, bu məsafə 140 kilometrdir. Fədək bağında axar çeşmələr və çoxlu xurma ağacları var idi.
İbni Əbil Hədid deyir: “Peyğəmbər (s) Xeybər qalasının fəthindən qayıtdıqdan sonra, Allah-taala Fədək əhlinin ürəyinə dəhşətli bir qorxu saldı. Onlar bir nəfəri Peyğəmbərin hüzuruna göndərib bu əsasda müqavilə bağladılar ki, Fədəkin yarısını ona versinlər. Göndərilən o şəxs, Peyğəmbəri Xeybərdə yaxud da Mədinə yolunda) qarşılayıb bu müqaviləni imzaladı.”
Beləliklə, Fədək Peyğəmbərin xüsusi mülkiy-yətinə keçdi. Çünki, Quran ayəsinin hökmünə əsasən,  müharibə aparılmadan müsəlmanların ixtiyarına keçən hər bir şey Peyğəmbərin özünə məxsus olur və müharibə qəniməti kimi müsəl-manlar arasında bölüşdürülmür.
Sünnü və şiə tarixçilərinin çoxu, Peyğəm-bərin Fədəki öz həyatında Fatimə (ə)-a bağışladığını yazırlar. (Çünki Fədək Peyğəm-bərin şəxsi mülkü idi.) Böyük sünnü alimi və məşhur təfsirçi Cəlaləddin Süyuti öz təfsirində  Əbu Səid Xidridən belə nəql edir:

“Və ati zəl-qurba həqqəhu” ayəsi nazil olanda Peyğəmbər (s) Fatimə (ə)-ı öz yanına çağırıb, Fədəki ona bağışladı.
Əmirəl-möminin Əli (ə) Osman ibni Hüney-fə yazdığı məktubda Fədək hadisəsini xatırla-dıb buyurdu:

“Bəli, asimanın kölgə saldığı bütün şeylər içərsinidə yalnız Fədək bizim əlimizdə idi. Ancaq bir dəstə camaat buna paxıllıq etdi. Başqa bir dəstə isə, səxavətliliklə ona göz yumdular. Ən yaxşı hakim Allahdır.”
Bu hədisdən aydın olur ki, elə Peyğəmbərin zamanında Fədək Əli və Zəhra (ə,m)-ın ixtiyarında idi. Ancaq sonralar bir dəstə insan ona tamah saldılar. Əli və Zəhra (əleyhiməssalam) məcburiyyət qarşısında qalıb öz haqlarından keçdilər. Şübhəsiz, bu göz yummaqlıq da onların öz razılıqları əsasında deyildi. Əks halda (əgər öz razılıqları ilə olsaydı), “ən yaxşı hakim Allahdır” deməyin mənası olmazdı.
NƏ ÜÇÜN FƏDƏKİ FATİMEYİ ZƏHRA (Ə)-A VERMƏDİLƏR?
Həqiqət bundan ibarətdir ki, əgər Əbu Bəkr Fədəki Zəhra (ə)-a verməklə razılaşsaydı, bu iş Zəhra (ə)-ın xilafəti də tələb etməyinə səbəb olacaqdı. İbni Əbil Hədid bu məsələni “Nəhcül-bəlağə”yə yazdığı şərhində çox incəliklə bəyan edib deyir: “Mən öz müəllimim Əli ibni Fariqidən soruşdum ki, Fatimənin Fədəki tələb etməsindəki iddiası yerli idimi? O, “bəli” - deyə cavab verdi. Mən dedim: Bəs onda nə üçün Əbu Bəkr Fədəki ona vermədi, halbuki, Əbu Bəkr onun düz danışan olduğunu bilirdi!?
O gülümsəyib (heç vaxt zarafat əhli olmadığı halda) nəcib bir cavab verərək dedi:

Əgər həmin vaxt Əbu Bəkr Fatimənin iddia etməsi ilə eyni zamanda Fədəki ona versəydi, sabahı gün gəlib xilafəti öz əri Əli üçün tələb edəcəkdi, Əbu Bəkri isə öz məqamından götürəcəkdi. Bu halda onun müdafiə olunmağa heç bir əsası və dəlili olmayacaqdı. Çünki, Fədəki Fatiməyə verməklə onun öz iddiasında doğruçu olduğunu da qəbul edəcəkdi və bu halda şahidə ehtiyac olmayacaqdı.
Sonra İbni Əbil Hədid sözünə əlavə edib deyir: “Müəllimim bu sözləri zarafatyana desə də, bunlar danılmaz bir həqiqətdir.”
Keçmiş bəhslərdə “Səhihi-Buxari”, “Tarixi-Təbəri”, “Əs-səvaiqül-muhriqə” kimi kitablarda Ayişədən nəql edilmiş hədisdə oxuduq ki, Fatimə (ə) gecə ikən dəfn edildi, Əli (ə) ona tənha namaz qıldı və Əbu Bəkrə də xəbər vermədi. “Əs-səbətü minəs-sələf” kitabının müəllifi “Səhihi-müslüm”, “Sünəni-Beyhəqi”, “Müşkilül-Asar” (müəllif: Təhavi) və “Təbəqat” (müəllif: İbni Səd) kitablarından nəql edib deyir: “Fatimə (ə) gecə dəfn edildi. Əli (ə) Əbu Bəkrə xəbər vermədi.”
Hakim Nişapuri Ayişədən belə nəql edir: “Peyğəmbərin qızı Fatimə (ə) gecə ikən dəfn olundu. Əli (ə) özü tənha ona namaz qıldı və Əbu Bəkri bu işdən xəbərdar etmədi.”
Beyhəqi Ayişədən belə nəql edir: “Fatimə atasından sonra altı ay ömür sürdü. Vəfat etdikdə isə Əli onu gecə dəfn etdi. Bu haqda Əbu Bəkrə xəbər vermədi, özü ona tənha namaz qıldı.”
Görəsən nə üçün Əli (ə) Fatimə (ə)-ı məhz gecə dəfn edib, Əbu Bəkrə xəbər vermədi? Əli (ə) onların tərəfindən çoxlu vəfasızlıq, əzab-əziyyət görmüşdü. Amma onlara qarşı öz nara-zılığını çox da büruzə vermirdi. Bütün bunlarla yanaşı Fatimə (ə)-ın dəfn məra-simini Əbu Bəkrə xəbər vermədi və onu gecə dəfn etdi. Çünki, Fatimə (ə) özü belə istəmişdi. Səbəbi də ondan narazı və qəzəbli olması idi.
İbni Qüteybənin nəql etdiyi rəvayətdə oxuduq ki, Əbu Bəkr və Ömər Fatimə (ə)-ın evinə daxil olub, salam verdikdə, Fatimə (ə) üzünü divara çevirib onların salamını almadı. Halbuki, bütün müsəlman fəqih və alimləri buyurmuşlar ki, salam verən şəxs müsəlman olduqda onun cavabını vermək vacibdir. Zəhra (ə) onlara dedi: “Allaha and olsun, əgər Peyğəmbəri görsəm sizin hər ikinizdən ona şikayət edəcəyəm!” Sonra Əbu Bəkrə dedi: “Hər namazda Allahdan, sizi mühakiməyə çəkməsini istəyəcəyəm.”
Deməli, Zəhra (ə) şəhadətinə kimi onlardan narazı idi.
 

FATİMƏ (Ə)-IN ZƏMANƏSİNİN İMAMI KİM İDİ?
İndi belə bir sual yaranır: Fatimənin zəma-nəsinin imamı kim idi? Peyğəmbər (s) buyurub:

“Hər kəs öz zəmanəsinin imamını tanımadan ölsə cahiliyyət dövründə ölənlər kimi dünyadan getmiş olar.”  (Yəni, həqiqi imanın şərtlə-rindən biri də zamanın imamını tanımaqdır.)
Sünnü alimlərinin dediklərinə görə, əgər Əbu Bəkr doğrudan da müsəlmanların xəlifəsi, zəmanənin imamı və ona itaət etmək bütün müsəlmanlara vacib idisə bəs onda nə üçün razılığı Peyğəmbərin razılığına, qəzəbi də onun qəzəbinə səbəb olan Fatimə (ə) o imama itaət etmədi və ondan küsülü olaraq dünyadan getdi? Əgər Zəhra (ə)-ın zəmanəsinin imamı Əbu Bəkr olsaydı, onda rəva deyildi ki, Zəhra ondan küssün və onun razılığı Peyğəmbərin və Allahın razılığına, qəzəbi də Peyğəmbərin və Allahın qəzəbinə səbəb olsun. Əgər Əbu Bəkr doğrudan da zəmanənin imamı idisə, onda nə üçün dəfələrlə özünü bu vəzifədən azad etmişdi? Halbuki, imamlıq məqamı Allah tərəfindən təyin olunan bir şeydir və heç kimin onu bu vəzifədən azad etməyə haqqı yoxdur. Doğrusu, Fatimənin zəmanəsinin imamı kim idi? Müsəlmanlara bu haqda təhqiqat aparmaq, Allah tərəfindən təyin edilmiş imamın və müsəlmanların ixtiyar sahiblərinin kim olduğunu bilmək lazım deyilmi?

ÜÇÜNCÜ FƏSİL
PEYĞƏMBƏR (S)-İN VƏSİSİ ƏLİ (Ə)-IN İMAMƏTİ
Bu fəsildə hər hansı bir hadisəni araş-dırmazdan əvvəl, bu sual irəli çəkilir: Görəsən Peyğəmbər (s) tərəfindən Əli (ə)-ın imamətinə aşkar şəkildə dəlalət edən bir hədis vardırmı ki, bu hədisə əməl olunmasın?
Allah-taala Qurani-Kərimə Peyğəmbər Əhli-beytinin fəzilətinə, hamısından artıq isə Əli (ə)-ın imamətliyinə dörd ayədə təkid etmişdir.
Əhli-beytin (ə) fəzilətlərinə aid olan ayələr beşinci əsrin alimlərindən olan Hafiz Übeydullah ibni Abdullah ibni Əhmədin (Həskani adı ilə məşhurdur və Hənəfi məzhəbindəndir.) “Şəvahidüd-Tənzil” kitabında (üç cilddə) dərc olunmuşdur. Bu kitabın iki cildi Həzrət Əli (ə)-ın fəzilətində nəql olunan hədis və rəvayətlərə məxsusdur. Bu iki cilddə min yüz əlli səkkiz hədis və on iki təfsir kitabından çıxardığı iki yüz on ayə vardır. O, bəzi rəvayətlərə əsasən bu ayənin Əbu Bəkr, Ömər və sairlərinə aid olduğunu demiş, sonra isə o rəvayətlərin ziddinə olan bir neçə hədis bəyan etmişdir. Biz aşağıda bu hədis və ayələrin bəzilərini qeyd edirik:
Abdullah ibni Məsud deyir: “Allah-taala Quranda xilafət məsələsini üç nəfərə aid etmişdir:
Birinci: Adəm peyğəmbər:

“(Yada sal o zamanı ki,) Rəbbin mələklərə dedi: “Mən yer üzündə xəlifə qərar verəcəyəm.”
İkinci: Davud peyğəmbər:

“Ey Davud! Biz səni yer üzündə xəlifə qərar verdik.”
Üçüncü: Əli ibni Əbu Talib (ə):

“Ondan əvvəl (Adəm və Davudu) xəlifə etdi-yim kimi, yenə də yer üzündə xəlifə qərar verə-cəyəm.”
Rəsulullahdan (s) belə nəql olunub:

“Həqiqətən mənim canişinim, xəlifəm, məndən sonra qalan ən yaxşı yaxın adamım, vədəmə əməl edən və borclarımı qaytaran şəxs Əli ibni Əbu Talibdir.”
Şiə rəvayətləri nəzərindən isə xəlifəlik dörd nəfərə verilmişdir:
Adəm peyğəmbərə:
Davud peyğəmbərə:
Musa peyğəmbərə:
Əli (ə)-a
2- “Musa dedi: “Pərvərdigara! Mənim üçün öz əhlimdən bir nəfəri-qardaşım Harunu vəzir et, onun vasitəsilə mənim arxamı möhkəmləndir və onu mənim işlərimə şərik et.”
Hüzeyfə ibni Əsir deyir: Peyğəmbər (s) Əli ibni Əbu Talibin əlindən tutub dedi: “Müjdə verirəm, müjdə verirəm! Həzrət Musa qardaşı Harunu onun xəlifəsi və şəriki qərar verməsini Allahdan istədi. Mən də Allahdan istədim ki, öz əhlimdən olan bir nəfəri-Əlini mənim üçün vəzir və xəlifə seçsin. Beləliklə arxamı möhkəmləndirsin və xilafət işində onu mənə şərik etsin.”
Başqa bir rəvayətdə belə oxuyuruq: “Cəbrail nazil olub Peyğəmbərə dedi: “Allah-taala yerə nəzər salıb səni öz dininə peyğəmbər seçdi. Yenidən yerə nəzər salıb sənin üçün bir qardaş və vəzir seçdi, qızın Fatiməni onun əqdinə keçirtdi. O şəxs dünya və axirətdə sənin qardaşın, qohumluqda əmin oğlun Əli ibni Əbu Talibdir.”

3-“Allaha iman gətirib, saleh əməllər görənlər aləmin ən yaxşı insanlarıdır.”
“Əs-səvaiqül-muhriqə”  kitabının müəllifi ibni Abbasdan belə nəql edir: “Bu ayə nazil olanda Peyğəmbər (s) Əli (ə)-a buyurdu: “Onlar sən və sənin şiələrindir ki, qiyamət günü Allah onlardan razıdır. Sənin düşmənlərinə isə (Allah tərəfindən) qəzəb olunacaq.”
Əli (ə) dedi: “Mənim düşmənlərim kimdir?”
Peyğəmbər (s) dedi: “Sizdən bezara gəlib, sizə lənət göndərən şəxslər.”
“Şəvahidut-tənzil” kitabının müəllifi bu ayə ilə əlaqədar olaraq müxtəlif sənədlərlə 23 hədis toplayıbdır.
İbni Əsakir yazır: “Əli (ə) haqda nazil olan ayələr qədər ayə heç kəsin barəsində nazil olmayıbdır.”
Başqa bir rəvayətdə deyir: “Əli (ə) haqda 300 ayə nazil olubdur.”
Şiə rəvayətlərində Peyğəmbərdən (s) belə nəql olunub:

“Quran ayələri dörd dəstəyə bölünür: Onla-rın dörddə biri Əhli-beytə, digər dörddə bir hissəsi bizim düşmənlərimizə aiddir. Üçüncü dörddə bir hissə dinin halal və haramlarına aiddir. Dördüncü dörddə bir hissə isə din hökm-lərini və vacibatları bəyan edir.”
PEYĞƏMBƏR (S)-İN CANİŞİNİNİ TƏYİN EDƏN AYƏLƏR
1-“Hamılıqla Allah ipindən yapışın və heç vaxt dağılmayın.”
“Şəvahidut-tənzil” kitabının müəllifi bu ayə haqda bir neçə rəvayət nəql edibdir. O cümlədən:
1) Peyğəmbər (s) buyurub: “Hər kəs nicat gəmisinə minib Allah ipindən yapışmaq istə-yirsə gərək Əlini özünə vəli bilib, onun övlad-larının hidayəti ilə öz dinini kamil etsin.”
2) Məhəmməd ibni Hüseyn ibni Saleh Səbiyi öz təfsirində Yəhya ibni Əlinin belə dediyini nəql edir: “Allahın “və la təfərrəqu” deməkdə məqsədi Əli (ə)-ın vilayətidir. Hər kəs Əli (ə)-ın vilayətinə sarılsa (onu Peyğəmbərdən sonra vəsi bilsə) mömindir. Hər kəs Əli (ə)-ı tərk etsə, imandan xaric olmuşdur.”
3) Həsən ibni Hüseyn, Əbu Həfs Saiğdən, o da İmam Cəfər ibni Mühəmməd (ə)-dan, “vətəsimu bi həblillah” ayəsi haqda belə nəql edir: “İmam Cəfər ibni Mühəmməd (ə) buyurub: Allahın ipi bizik. Hər kəs bizdən yapışsa ni-cat tapacaq. Hər kəs bizdən üz döndərsə həlak olacaq.”

2-“Ey iman gətirənlər, Allaha, Peyğəmbərə və öz içinizdən olan əmr sahiblərinə itaət edin.”
Sünnü alimləri bu ayədəki-”ulul-əmr” sözünü təfsir edərkən heyran qalmışlar. Onlardan bəziləri bu sözdən məqsədin ümumiyyətlə “əmirlər” olduğunu, bəziləri isə “ədalətli əmirlər” olduğunu deyir və qeyd edirlər ki, Allah heç vaxt zülmkar əmiri təkid və təyin etməz. Buxari və Müslüm kimi bəziləri isə “ülul-əmrdən” məqsədin Abdullah ibni Hüzafə ibni Qeys ibni Ədinin olduğuna inanırlar.
Bəli, müəllimi olmayan Quranı hər kəs öz istədiyi kimi yozub ürəyi istəyən mənanı əldə edəcəkdir. Bu ayə barəsində çoxlu nəzəriyyələr irəli sürülüb. Şovkaninin “Fəthül-qədir” və Zəməxşərinin “Kəşşaf” adlı təfsirinə müraciət etdikdə sünnü alimlərinin bu ayənin həqiqi mənasını tapmaqda nə qədər sərgərdan qaldıqlarını görəcəksinz. Bu iki təfsir “ülul-əmr” sözü üçün on iki məna nəql ediblər, axırda da hansı mənanın düzgün olduğunu aydınlaşdırmayıblar. Halbuki, Peyğəmbər (s) buyurub:

“Hər kəs Quranı öz şəxsi fikri və rə”yi ilə təfsir etsə onun yeri oddur.”
“Şəvahidut-tənzil” kitabının müəllifi ya-zır: “Bir zaman Peyğəmbər (s) bu ayəni oxuyub dedi: “Mənim (ümmətə rəhbərlikdə) şəriklərim o kəslərdir ki, bu ayədə Allah onları Özünə və mə-nə yaxın etmiş və buyurmuşdur ki, bir işdə çə-tinlik çəkib qorxsanız Allaha, Onun Rəsuluna və ulul-əmrə müracət edin.” Əli (ə) “Ya Rəsuləl-lah! Ulul-əmr kimlərdir?” - deyə sual etdikdə, Peyğəmbər “Sən onların birincisisən” - deyə cavab verdi.
Mücahid, Allah-taalanın “Ey iman gətirənlər” - deyə buyurduğu kəlam barəsində deyir: Yəni Ey tovhidi təsdiq edənlər, vacib hökmlərdə Allaha, sünnətdə isə Peyğəmbərə itaət edin. Ancaq Ulul-əmrə gəldikdə isə, o, sizin içinizdən olan bir şəxsdir.”
Mücahid deyir: “Bu ayə Əli (ə)-ın haqqında nazil olubdur. Peyğəmbər (s) onu Mədinədə öz yerinə qoyub gedəndə Əli (ə) ərz etdi: Ya Rəsuləllah, məni uşaq və qadınlarla qoyub gedirsiniz?
Peyğəmbər (s) buyurdu: “Sən razı olmazsanmı ki, Harun Musanın yerində qaldığı kimi, sən də mənim yerimdə qalasan? O zaman ki, Musa dedi: “Pərvərdigara! Tayfamdan bir nəfəri mənim yerimə canişin qoyub qövmümü islah et.” Allah-taala Peyğəmbərə buyurdu: Ulul-əmr də sizdən olacaqlar.”
Mücahid deyir: “Ulul-əmr” Əli (ə)-dır ki, Allah-taala elə Mühəmməd (s)-in həyatda olduğu zaman onu müsəlmanların vəliyyi-əmri seçdi. Belə ki, Peyğəmbər (s) onu Mədinədə öz yerinə qoyub getdikdə, Allah bütün müsəlmanlara əmr etdi ki, ona itaət edib, onunla müxalifət etməkdən çəkinsinlər.”
“Şəvahidut-tənzil” kitabının 204-cü hədi-sində yazılır:

Bu ayə Əli, Həsən və Hüseyn (ə)-ın haqqında nazil oldu. Peyğəmbər (s) buyurdu: “Sizə Alla-hın kitabını (Quranı) və öz Əhli-beytimi vəsiyyət edirəm. Həqiqətən də mən Allah dərga-hında bu iki şey haqda sizdən sual edəcəyəm. Qiyamət günü isə “Kövsər” hovuzuna varid olanda sizdən bu iki əmanətimi geri istəyəcəyəm.”
Bu ayə ilə əlaqədar olaraq Peyğəmbərdən, “Ulul-əmr”dən məqsədin Əli (ə) olduğunu göstə-rən hədis aşağıdakı ravilərin tərəfindən nəql olunub: Mücahid, İmam Əbu Cəfər (ə), Səd ibni Əbi Vəqqa və İmam Əli (ə).
3- “Maidə” surəsi, 55-ci ayə:
“Sizin başçı və vəliniz, yalnız Allah, Onun Peyğəmbəri və iman gətirib namaz qılan və rüku halında zəkat verənlərdir.”
Sünnü alimləri bu və bundan qabaqkı ayə ilə əlaqədar olaraq öz təfsir kitablarında çox sözlər deyiblər. Məsələn, Zəməxşərinin “Kəş-şaf”-ında, Şovkaninin “Fəthül-Qədir”-ində, Fəxr Razinin “Təfsiri-Kəbir”-ində və Şeyx İsmayıl Həqqinin “Ruhül-Bəyan” təfsirində olan təfsir və izahları qeyd etmək olar.
“Ruhül-Bəyan” təfsirinin müəllifi bu ayənin nə üçün nazil olması barədə heç nə yazmadan, sadəcə olaraq ayrı-ayrı kəlmələrin mənasını şərh etmiş, “Və hüm rakiun” cümləsini (“Onlar rüku halında zəkat verər”) isə “Allah-dan qorxan və Onun qarşısında baş əyənlər” kimi məna etmişdir.
“Fəthül-Qədir” kitabının müəllifi əvvəlcə yazır: “Bu ayə İbadət ibni Samitin barəsində nazil olubdur.” Sonra Xətib Bağdadidən belə nəql edir: “Həm müvafiq həm də müxaliflər ibni Abbasdan belə nəql edirlər ki, Əli (ə) rüku halında üzüyünü bir sailə (dilənçiyə) verdi. Bunu görən Peyğəmbər (s) saildən soruşdu: “Bu üzüyü sənə kim verdi?” O, Əli (ə)-ı göstərib dedi: “Rüku halında olan o şəxs.” Elə bu zaman bu ayə nazil oldu.
Bu rəvayət üçün başqa sənədlər də nəql olunubdur:
“Fəthül-Qədir”-in müəllifi bu hədisi ibni Abbasdan beş sənədlə nəql edib deyir ki, bu ayə Əli (ə)-ın barəsində nazil olub. Eləcə də Əli (ə)-ın özündən üç sənədlə nəql edibdir ki, “bu ayə mənə aiddir.” Həmçinin, bir sənədlə Əmmardan nəql edərək deyib ki, bu ayə Əli (ə) barəsindədir. Nəhayət, bu ayənin Əli (ə)-a aid olduğu on sənədlə sübut olunmuşdur.
Fəxr Razi bu ayə barəsində olan nəzərləri iki qismə bölmüşdür. O, birinci hissədə ayənin ümumi halda möminlərin hamısına aid olduğunu bəyan edir. İkinci hissədə isə “bu ayə xüsusi bir şəxsin barəsindədir” - demişdir!
Birinci nəzər: Əkrəmə  deyir: “Bu ayə Əbu Bəkrin haqqında nazil olubdur.”
İkinci nəzər: Əta, ibni Abbasdan belə nəql edir: “Bu ayə Əli (ə)-ın haqqında nazil olubdur.” O, bunu sübut etmək üçün Abdullah ibni Salamdan da bir hədis nəql edir. O deyir: “Bu ayə nazil olanda mən Peyğəmbərə dedim: Əlinin rüku halında üzüyünü bir dilənçiyə verdiyini gördüm. Və mən də onu çox istəyirəm.”
Bu barədə Əbuzərdən də bir rəvayət nəql edirlər. O deyir: “Bir gün günorta namazını Peyğəmbərlə birlikdə qıldıq. Bir sail məscidə gəlib camaatdan kömək istədi, amma heç kim ona kömək etmədi. O, əllərini göyə qaldırıb dedi: “Pərvərdigara! Sən Özün şahid ol, mən Sənin Rəsulunun məscidində kömək istədim, amma heç kim mənə kömək etmədi.” Bu zaman Əli (ə) rükuda idi. Sağ əlinin kiçik barmağını ona tərəf uzatdı. Onun barmağında üzük var idi. Sail yaxına gəldi və Peyğəmbərin müqabilində üzüyü Əli (ə)-ın barmağından çıxartdı. Bunu görən Peyğəmbər belə dua etdi: “Pərvərdigara! Qardaşım Musa (peyğəmbər) Sənin dərgahına dua edib dedi: Pərvərdigara! Mənim sinəmi (ilahi) elmləri qəbul etmək üçün daha da genişləndir. (Sonra dedi:) Və peyğəmbərlik vəzifəsində qardaşımı da mənə şərik et.” Allah-taala ona buyurdu:

“Ey Musa! Biz sənin qollarını qardaşınla daha da gücləndirdik. Və sizin hər ikiniz üçün də bir sultanlıq qərar verəcəyik.”
Pərvərdigara! Mən Məhəmməd, Sənin peyğəm-bərin və dostunam. Mənim sinəmi genişləndir, işlərimi asan et və öz əhlimdən olan Əlini mənim vəzirim seçib onunla arxamı daha da qüvvətləndir.”
Əbuzər deyir: “Allaha and olsun! Peyğəmbərin sözü bitməmiş Cəbrayıl nazil olub bu ayəni gətirdi: “innəma vəliyyukumullah...”
O (Fəxr Razi) “Təfsiri-Kəbir”-də belə nəti-cə çıxarıb deyir: “Ancaq bu ayənin Əlinin haqqında nazil olduğunu demək düzgün deyil. Çünki, təfsirçilərin əksəriyyəti bu ayənin bütün ümmət haqqında nazil olduğunu deyirlər. Bu ayədə Allahın məqsədi budur ki, müsəlmanlar özlərinə, müsəlman olmayan bir kəsi dost seçə bilməzlər. Bəziləri də bu ayənin Əbu Bəkr haqqında nazil olduğunu deyirlər.”
Sünnü təfsirçisi Zəməxşəri deyir: “Bu ayə Əlinin (kərrəməllahu vəchəh) haqqında nazil olubdur. Hadisə belə olmuşdu: Bir nəfər müsəlmanlardan kömək istədi, Əli (ə) rüku halında üzüyünü ona verdi. Əgər bir şəxs, Əli (ə)-ın tək olduğunu, “rakiun” sözünün isə cəm formada olduğunu deyərək bu məsələyə irad tutsa, ona belə cavab verəcəyik: Hətta bir nəfər üçün olsa belə cəm kəlməsi gətirmək olar ki, başqaları da belə xeyir işlərə təşviq olunsun, onlar da Əli (ə) kimi savab qazansınlar. Mömin bir şəxs gərək yaxşı iş görüb, xeyirxah olsun, həmişə kasıblara əl tutub onların halına yansın və heç bir xeyir işi görməkdə səhlənkarlıq edib usanmasın, hətta namaz halında belə, xeyir işlərdən qafil olmasın.”
4- “Maidə” surəsi, 67-ci ayə:
“Ey Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil olanların hamısını camaata çatdır. Əgər belə etməsən, onda Allahın risalətini (sənin öhdənə qoyduğu ilahi vəzifələri) layiqincə yerinə yetirməmiş olarsan. Allah səni, camaatdan (ehtimal verilən məkr və hiylələrdən) qoruyacaq və O, kafirləri hidayət etməz.”
İbni Əsakir böyük səhabələrdən olan Əbu Səid Xidrinin belə dediyini nəql edir: “Bu ayə Qədir-Xum çölündə, Peyğəmbərin ömrünün son anlarında Əli ibni Əbi Talibin haqqında nazil olubdur.” Əbu Səid sonra deyir: İbni Məsud belə deyibdir: Biz bu ayəni Peyğəmbərin vaxtında belə oxuyurduq:
Fəxr Razi deyir: “Təfsirçilər bu ayənin nə üçün nazil olması barədə on nəzər veriblər. Bunlardan biri budur ki, bu ayə Əli (ə)-ın haqqında nazil olubdur. Bu ayə nazil olanda Peyğəmbər (s) Əli (ə)-ın əlindən tutub dedi: “Mən hər kimin mövlasıyamsa, bu Əli də onun mövlasıdır. Pərvərdigara! Əlini sevib istəyən-ləri Sən də sev, onunla düşmənçilik edənlərlə Sən də düşmən ol!”
Elə bu zaman Ömər ibni Xəttab Əliyə dedi: “Mübarək olsun, mübarək olsun, ey Əbu Talibin oğlu! Allah-taala səni mənim və bütün müsəlman kişi və qadınların mövlası qərar verdi.”
“Əs-səvaiqül-muhriqə” kitabının müəllifi Fəxr Razinin sözlərinə oxşar sözlər dedikdən sonra yazır: “Peyğəmbər (s) Qədir-Xum çölündə buyurdu: Mən hər kimin mövlasıyamsa, Əli də onun mövlasıdır. Pərvərdigara! Əlinin dostla-rını dost tut, düşmənlərini isə düşmən bil.”
O, daha sonra yazır: “Bu rəvayəti Peyğəmbərin səhabələrindən otuz nəfəri nəql edibdir. Onların ravilərinin əksəriyyəti düz və etibarlı adamdır.”
Hənəfi məzhəbindən olan alim Həskani özünün “Şəvahidut-tənzil” adlı kitabında bu ayənin Əli (ə) barəsində nazil olduğunu göstə-rən səkkiz rəvayət nəql edib.
İndi isə o rəvayətlərdən bir neçəsini qeyd edirik:
Ziyad ibni Münzər deyir: İmam Əbu Cəfər Mühəmməd ibni Əli (ə)-ın yanında idik. O, camaata hədis deyirdi. Bəsrə əhlindən olan Osman Əşa ondan soruşdu: “Sənə qurban olum, Həsən Bəsri bu ayənin bir şəxsin barəsində nazil olduğunu dedi, ancaq həmin şəxsin adını demədi.”
Əbu Cəfər (ə) dedi: “Əgər deyə bilsəydi, deyərdi. O, qorxduğu üçün deməyib. Cəbrail, Peyğəmbərə nazil olub dedi: “Allah-taala əmr edir ki, öz ümmətinə namaz qılmağı əmr et.” Peyğəmbər də camaatı namaza dəvət etdi. Sonra Cəbrail yenə dedi: “Allah-taala əmr edir ki, öz ümmətini zəkat verməyə dəvət et.” Peyğəmbər də onun dediyi kimi etdi. Cəbrail yenidən nazil olub dedi: “Allah-taala əmr edir ki, ümmətinə həccə gedib, oruc tutmağı çatdırasan.” Peyğəmbər də elə Cəbrailin dediyi kimi etdi. Sonra Cəbrail yenidən nazil olub dedi: “Cama-atın vəlisini (rəhbərini) onlara tanıtdır. Necə ki, namazı, orucu, həcci çatdırmısan. Çünki, bunların hamısını icra etmək üçün mütləq bir rəhbərə ehtiyac duyulur. Peyğəmbər (s) dedi: “Pərvərdigara! Mənim ümmətim hələ də cahiliyyət dövrünə yaxındır və özlərində təkəbbürlük hissi keçirirlər. Onlardan elə birisi yoxdur ki, öz rəhbərlərinə zülm etməsin-lər. Mən bu məsləhəti ümmətimə çatdırmaqdan qorxuram. Əgər desəm, qəbul etməyəcək və məni təkzib edəcəklər. Elə bu zaman Allah-taala bu ayəni nazil etdi:
Allah-taala Peyğəmbərin canının qorunma-sına təminat verdikdən sonra o, Əli (ə)-ın əlindən tutub dedi: “Ey camaat! Mən hər kimin mövlasıyamsa, Əli də onun mövlasıdır. Pərvərdigara! Əlini sevib dost tutanları Sən də sevib dost tut, onunla düşmənçilik edənlərlə Sən də düşmən ol. Əliyə kömək edənlərə Sən də kömək ol, Əliyə kömək etməkdən imtina edənləri məhv et. Əlinin dostlarını sev, Əliyə qəzəb edənlərə qəzəb et.”
Ziyad ibni Münzər yazır ki, Abdullah ibni Abbas belə deyirdi: “Bir gün Peyğəmbər (s) merac hədisini bəyan edərkən belə dedi: Allah-taala buyurub ki, Mən hər bir peyğəmbəri göndərmişəmsə, hökmən onun üçün vəzir də seçmişəm. Heç bir peyğəmbərdən sonra onun ümmətini başsız qoymaq olmaz. Sən Allahın peyğəmbəri, Əli isə sənin vəzirindir.”
Peyğəmbər camaatın bəzilərinin inad edəcəyini bildiyi üçün bu məsələni onlara necə deyəcəyi barədə fikirləşirdi. Bu hadisədən altı gün keçmişdi ki, bu ayə nazil oldu:

“Bəlkə sənə nazil olan bəzi ayələri (qəbul olunmamasından qoxduğun üçün) bir az yubadıb (camaata çatdırmağı) təxirə salasan!”  
Peyğəmbər səbr etdi. Allah-taala zilhəccə ayının 17-də başqa bir ayə nazil etdi.

Bu ayə nazil olandan sonra Peyğəmbər Bilala əmr etdi ki, camaata elan etsin, Qədir Xum çölündə bir yerə toplaşsınlar. Camaat ora toplaşdıqdan sonra Peyğəmbər (s) buyurdu: “Ey camaat! Allah-taala, sizə elə bir şeyi çatdır-mağı mənə əmr etdi ki, sinəm daraldı, qorxdum ki, qəbul etməyib mənim sözümü təkzib edəsiniz. Amma Allah-taala məni qorxudub bu sözləri sizə çatdırmağımı istədi.”
Sonra Əli (ə)-ın əlindən tutub o qədər yuxarı qaldırdı ki, hətta Peyğəmbərin qoltuğunun altı göründü. Sonra buyurdu: “Ey camaat! Allah-taala mənim mövlam, mən də sizin mövlanızam. (Mövla – ixtiyar sahibi.) Mən hər kəsin mövlasıyamsa, Əli də onun mövlasıdır. Pərvərdigara! Əlinin dostlarını dost, düşmənlərini isə düşmən tut. Ona kömək edənlərə kömək et. Ona kömək etməkdən imtina edənləri isə məhv et!” Elə bu zaman “Əl-yövm əkməltu ləkum diynəkum” ayəsi nazil oldu. Yəni: “Ey Peyğəmbər, özünə vəsini təyin etdikdən sonra sənin dinini kamil etdik. Səndən sonrakı nişanəmizi camaata tanıtdırdıq. Hər zaman Quranda və yaxud dində müəyyən bir çətinliklə qarşılaşsalar, bu müəllimə (Əliyə) müraciət etməklə həll etsinlər.
Bu ayələr aşkar şəkildə göstərir ki, Peyğəmbərin mütləq bir canişini olmalıdır və bu da başqası deyil, yalnız Əli ibni Əbu Talib (ə)-dır.
“Əlyovm əkməltu” ayəsinin hansı hadisə ilə əlaqədar nazil olması haqda iki rəvayəti qeyd etməklə kifayətlənirik:
Sünnülərin mötəbər kitablarında ən çox Əbu Hüreyrədən hədis nəql olunur. O, deyir:

“Hər kim zilhəccə ayının 18-ci günü oruc tutsa, Allah-taala ona 60 günlük oruc savabı yazar. Bu gün Qədir-Xum günüdür. Peyğəmbər həmin gündə Əlinin əlindən tutub camaata “Mən möminlərin mövlası deyiləmmi?” - dedi. “Əlbəttə, mövlasısınız, ya Rəsuləllah!” - deyə cavab verdilər. Peyğəmbər buyurdu: “Mən hər kimin mövlasıyamsa, Əli də onun mövlasıdır.”
Ömər ibni Xəttab ayağa qalxıb Əlini (bu məqama seçdildiyi üçün) təbrik etdi və dedi: “Sənə mübarək olsun, ey Əbu Talibin oğlu! Sən bu gündən mənim və bütün möminlərin mövlası oldun.”
 Elə bu zaman “əl-yovmə əkməltu” ayəsi nazil oldu. Yəni Allah buyurur ki, bu gün Peyğəm-bərdən sonra ona canişin təyin etməklə Öz dinimi sizə təkmil etdim, Öz nemətlərimi sizə tamamlayıb, İslam dinini sizin (əbədi) dininiz kimi qəbul etdim.”
“Şəvahidut-tənzil” kitabının müəllifi bu rəvayəti təsdiq etmək üçün Əbu Səid Xidridən digər bir hədis də nəql edib:

Əbu Səid Xidri deyir: “Peyğəmbər camaatı Əli (ə)-a itaət etməyə səslədi. Onun qolundan tutub yuxarı qaldırdı. Onlar hələ bir-birindən ayrılmamışdı ki, (Əl-yovm) ayəsi nazil oldu. Peyğəmbər (s) dedi: “Allahu əkbər! Allah dini kamil edib nemətlərini bizə əta etdi. Allah mənim risalətimə və Əlinin vilayətinə razı oldu.” (Sonra camaata üz tutub dedi:) “Mən hər kimin mövlasıyamsa, Əli də onun mövlasıdır.”
PEYĞƏMBƏRİN NİGARANÇILIĞI
Həqiqət budur ki, camaatın çoxu lap əvvəldən bilirdi ki, Peyğəmbər (s) Əlini özünə canişin seçəcəkdir. Bunu qəbul etmək isə onlar üçün çox ağır və dözülməz idi. Çünki, ərəb tayfa və qəbilələrinin başçıları Peyğəmbər (s)-in Əhli-beytindən kiminsə onlara xəlifə olmasını istəmirdilər və onların özləri müsəlmanlara başçılıq etmək istəyirdi-lər. Digər tərəfdən də Peyğəmbərin ətrafında olan şəxslərdən bəzilərinin qohumlarından biri və ya bir neçəsi döyüşlərdə Əli (ə)-ın vasitəsi ilə qətlə yetirildiyinə görə Əli (ə)-ın xəlifə olmasını qəbul etmək onlar üçün çox ağır və dözülməz idi. “Nüzhətül-məcalis”  kitabının müəllifi yazır: Qürtəbi öz təfsirin-də “Səələ sailun biəzab” ayəsinin təfsirində belə yazır: Peyğəmbər “Mən kuntu mövlah fə haza Əliyyun mövlah) dedikdə Nəzr ibni Haris Peyğəmbərə dedi: “Şəhadəteyni qəbul edin”-dedin, biz də qəbul etdik, namaz qılıb, zəkat verməyi əmr etdin, onları da qəbul etdik. İndi də bunlarla kifayətlənməyib, öz əmin oğluna itaət etməyi əmr edirsən! Bunu Allah deyir, yoxsa özün?! Peyğəmbər buyurdu: “Tək olan Allaha and olsun! Bu, Allahın əmridir. Əliyə itaət etməyinizi Allah buyurur.”
Sonra Nəzr dedi: “Pərvərdigara! Əgər həqiqətən bu Sənin əmrindirsə, onda göydən bizim başımıza daş yağdır!” Elə bu zaman göydən bir daş gəlib onun başına düşdü.
“Təzkirətül-xəvass” kitabının müəllifi yazır: “Peyğəmbər (s) “Mən kuntu mövlah fə Əliyyun mövlah” - cümləsini dedikdən sonra, bu söz bütün şəhərlərə yayıldı. Bunu eşidən Hərs ibni Nöman ibni Fəhari öz dəvəsi ilə gəlib məscidin qapısında dəvədən endi. Dəvəsini bir yerə bağlayıb içəriyə girdi və Peyğəmbərə dedi: Ey Məhəmməd! Sən bizə “la ilahə illəllah, Muhəmmədun rəsulullah” sözlərini qəbul etməyə əmr etdin, biz də qəbul etdik. Bizə gündəlik beş namazı qılmağı, Ramazan ayında oruc tutmağı, həccə getməyi, malımızın zəkatını verməyi əmr etdin. Bunu da qəbul etdik. Bütün bunlara razı olmayıb əmin oğlu Əlini bizim çiynimizə mindirərək onu insanların hamısın-dan üstün və fəzilətli hesab etdin və “mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır” - dedin. De görək, bu sənin öz sözündür, yoxsa Allah-taala tərəfindəndir?!
Bu sözü eşitdikdə gözləri qəzəbdən qızaran Peyğəmbər (s) buyurdu: “Misli və şəriki olmayan Allaha and olsun! Bu, Allahın fərmanıdır, mənim öz sözüm deyil.” Peyğəmbər (s) bu sözü üç dəfə təkrar etdi. Hərs ayağa qalxıb öz-özünə bu sözləri deyirdi:

“Pərvərdigara! Əgər Məhəmmədin dediyi bu sözlər düzgündürsə, onda göydən bizim başımıza daş yağdır, ya da bizi dərdli və dəhşətli əzaba düçar et!”
Allaha and olsun! Hələ dəvəsi hərəkət etməmişdi ki, göydən bir daş düşdü, onun başından girib, məxrəcindən çıxdı və onu həlak etdi. Elə bu zaman “sələ sailun bi əzabin vaqe” ayəsi nazil oldu. “Yəni bir kəs Allahdan əzab istədi və duası qəbul oldu.)
“MÖVLA” VƏ “VƏLİ” SÖZLƏRİNİN MƏNASI
Sünnü alimləri Qədir-Xum hədisinə heç bir irad tuta bilmədiklərindən, naçar qalıb bu hədisdəki “mövla” sözünü müsəlmanların ixtiyar sahibi və əmiri mənasına deyil, sadəcə “dost” mənasına yozublar. Ancaq onların bəziləri bu hədisin buyurulduğu şərait və mövcud dəlillərə əsaslanıb “mövla” sözünü “müsəlmanların işin-də tam ixtiyar sahibi olan bir şəxs” kimi məna ediblər.
“Vəli” sözündən məqsəd heç bir istisna olmadan bütün əmr və fərmanlarına itaət olunan şəxs deməkdir. Hədisdəki “əvla” sözü də məhz bu mənanı ifadə edir. Peyğəmbər (s) buyurub: “Mən hər kəsə, onun özündən artıq ixtiyar sahibiyəmsə, Əli də ona, onun özündən artıq ixtiyar sahibidir.” Hafiz Əbul Fərəc Yəhya ibni Səid Səqəfi özünün “Mərəcül-bəhreyn” adlı lüğət kitabında da məhz bu mənanı qəbul edibdir.
“Təzkirə” kitabının müəllifi yazır: “Demə-li, hədisdə ehtimal verilən on mənanın yalnız onuncusu düzdür. Buna da Peyğəmbər (s)-in buyurduğu dəlalət edir:

“Mən möminlərə, onların özlərindən də artıq ixtiyar sahibi deyiləmmi?” Peyğəmbərin belə deməsi Əlinin haqq imam olmasına və ona itaət olunmasının vacibliyinə bariz dəlildir.
Peyğəmbər (s) başqa bir hədisdə belə buyurub:

“Haqq yaşadıqca, Əli ilədir.” Bu, Əli (ə) ilə müxalifət edən şəxslərin batil, Əlinin isə haqq olduğuna aşkar şəkildə dəlalət edir.
BAŞQA BİR RƏVAYƏT
“Ya əyyuhər-rəsul” ayəsi nazil olan zaman Peyğəmbər (s) əmr etdi ki, qabaqda gedənlər geri qayıdıb, “Xum” adlanan yerdə (Cöhfənin yaxınlığında olan yerdir ki, sonralar “Qədir-Xum” adı ilə məşhur oldu) bir yerə toplaş-sınlar.
Peyğəmbər (s) bir daşın üstündə dəvələrin palanlarından düzəldilmiş minbərə çıxıb uzun bir xütbə söylədi, camaata Allahın kitabını və özünün Əhli-beytini tövsiyə etdi. Sonra buyurdu: “Əhli-beytim və Quran birgədirlər və heç vaxt bir-birindən ayrılmayacaq və nəhayət “Kövsər” hovuzunda mənə qovuşacaqlar.” Sonra buyurdu:

“Mən sizə, sizin özünüzdən artıq ixtiyar sahibi deyiləmmi?” Hamı “Bəli, belədir!” - deyə cavab verdi. Sonra buyurdu:
“Mən hər kimin mövlasıyamsa, Əli də onun mövlasıdır. Peyğəmbər (s) bu cümləni üç dəfə təkrar etdi. (Əhməd ibni Hənbəl deyir: Peyğəmbər (s) bu cümləni dörd dəfə təkrar etdikdən sonra dedi:) “Pərvərdigara! Əlini sevib dost tutanları Sən də dost tutub sev. Onunla düşmənçilik edənlərlə Sən də düşmən ol. Əliyə kömək edənlərə kömək et. Ona zülm edib onu xar etmək istəyənləri isə xar və zəlil et. Ona kömək etməkdən boyun qaçıranları məhv et.”
QƏDİR XUM XÜTBƏSİNİN (HƏDİSİNİN) SƏNƏDLƏRİ
Sünnü ravilərinin (Peyğəmbərdən hədis rəvayət edənlərin) yüz qırx altısı bu hədisi nəql ediblər. Aşağıdakı mötəbər sünnü kitablarında bu hədis nəql olunub:
1- Məğazili “Mənaqibi Əli ibni Əbu Talib” kitabında, səh.16;
2- İbni Əsakir “Tərcümətül-imam Əli ibni Əbi Talib” kitabında;
3- İbni Üqdə “Hədisi-vilayət” kitabında birinci xəlifə Əbu Bəkrin özündən nəql edib;
4- Cəbabi “Nüxəbül-mənaqib” kitabında;
5- Cəzri “Əsnəl-mətalib”də (üçüncü səhifə, 2-ci hədis) yazır ki, bu hədis iki cəhətdən mütəvatirdir: Həm Peyğəmbərin (s), həm də Əli (ə)-ın tərəfindən;
6- İbni Əsir “Üsdül-Ğabə, 5-ci cild, səh.275;
7- Cəlaləddin Süyuti “Tarixül-Xüləfa”, səh.114
8- İbni Kəsir Dəməşqi “Əl-bidayətu vən-nihayə, 7-ci cild, səh.348;
9- Həskani “Şəvahidut-tənzil”, 1-ci cild, səh.156;
10- Bədəxşi “Fəttahun-nicat”, səh.57;
11- Həmvini “Fəraidus-səmteyn”, 1-ci cild, səh.77;
12- Xətib Bağdadi “Tarixi-bəğdad” kitabında 8-ci cild, səh.290;
13- Bəlaziri “Ənsabül-əşraf” 2-ci cild, səh.108, 45-ci hədis;
14- İbni Əbil Hədid “Şərhi-Nəhcül-bəlağə”, 4-cü cild, səh.68;
15- Qənduzi “Yənabiul-məvəddət”, səh.249;
16- Zəhəbi “Təzhibut-təhzib”, səh.3;
17- Siyuti “Əd-dürrül-mənsur”, 2-ci cild, səh.259;
18- Həmu “Tarixül-xüləfa”, səh.114;
19- İbni Kəsir “Əl-bidayətu vən-nihayə, 5-ci cild, səh.214;
20- Müttəqi Hindi “Kənzül-ümmal”, 12-ci cild, səh.208; və 15-ci cild, səh.138;
21- Heysəmi “Məcməüz-zəvaid” 9-cu cild, səh.105;
22- İbni Həcər “Əl-isabə, 1-ci cild, səh.304;
23- Termizi “Camiüs-səhiheyn”, 2-c cild, səh.298;
24- İbni Üqdə “Hədisül-vilayət” kitabında bu hədisi Ömərin oğlu Abdullahdan, Buxari isə “Tarixi Kəbir” kitabında Ömərin özündən nəql edir.
Kitabların çoxunda aşkar şəkildə yazılır ki, Peyğəmbər (s) “Həccətül-vida”-da (Peyğəm-bərin sonuncu vida həcci) beş xütbə oxudu: 1-Məkkədə, 2-Ərəfat çölündə, 3-Minada, 4-Xif məscidində, 5-Qədir-Xum çölündə. Bu xütbələrdə “Kövsər” hovuzu ilə əlaqədar on iki imam haqda söhbət etdi.
Şafei məzhəbində və həddindən artıq təəssübkeş şəxs olan və “Əs-səvaiqül-muhriqə” kitabının müəllifi Mühübbiddin Təbəridən nəql edir ki, Peyğəmbər (s) buyurub: “Allah-taala mənim əcr və mükafatımı Əhli-beytimi sevməyinizdə qərar vermişdir. Mən qiyamət günü sizdən öz Əhli-beytim haqda sorğu-sual edəcəyəm. Mən sizin aranızda iki böyük əmanət qoyub gedirəm. O iki əmanətə sarılsanız, heç vaxt yolunuzu azmayacaqsınız. Onlardan biri digərindən daha böyük olub, göylərdən yerə birləşən Allah kitabıdır. İkincisi isə mənim itrətim və Əhli-beytimdir. Bu ikisi “Kövsər” hovuzunda mənə gəlib çatana kimi bir-birindən ayrılmayacaqlar. Məndən sonra onlarla necə rəftar edəcəyiniz haqda yaxşı fikirləşin.”
“Səvaiq” kitabının müəllifi yazır: “Səhihi-Müslüm”də və başqa kitablarda yazılıb ki, Peyğəmbər (s) bu xütbəni həccətül-vidadan qayıdanda, Rabiğ adlı məntəqənin yaxınlığında və ömrünün sonuna bir ay qalmış oxuyubdur. O, buyurub:

“Mən sizin aranızda iki qiymətli şeyi əmanət qoyub gedirəm. Birincisi hidayət və nur-la dolu olan Allah kitabı, ikincisi isə, Əhli-beytimdir. Əhli-beytim haqda Allahı sizə xatırladıram!”
Peyğəmbər (s) bu cümləni üç dəfə təkrar etdi.
Başqa bir səhih rəvayətdə belə buyurub:

“Mən sanki (bu il Allah dərgahına getməyə) dəvət olunmuşam və bu dəvəti də qəbul etmi-şəm. İndi isə sizin aranızda biri digərindən qiymətli olan iki əmanət qoyub gedirəm...”
Başqa bir rəvayətdə isə belə buyurulur:

“Bu ikisi “Kövsər” hovuzunda mənim yanıma kələnə gimi bir-birindən ayrılmayacaqlar. (Quran Əhli-beytsiz, Əhli-beyt isə Quransız mənasızdır.) Mən Allahın hüzurunda bu iki şey haqda sizdən sual edəcəyəm. Bunlardan qabağa keçməyin, əks halda həlak olarsınız. Onlar barəsində etinasızlıq da etməyin, əks halda yenə də həlak olarsınız. (Bunların əmr etdik-lərinə əməl etməsəniz, hökmən həlak olarsınız.) Və bunlara heç bir şey öyrətməyin, çünki bunlar sizdən daha biliklidirlər.”  Bu kitabın müəllifi sonra yazır: “İyirimi üç və ya iyirmi doqquz nəfərdən artıq səhabə bu rəvayəti müxtəlif yollarla nəql ediblər.”
“Təzkirətül-Xəvass”ın müəllifi yazır:

Bütün tarix alimləri yekdil fikirdədirlər ki, Qədir-Xum əhvalatı zilhəccə ayının on səkkizində, Peyğəmbər (s) həccətül-vidadan qayı-danda baş vermişdir. Peyğəmbər (s) yüz iyirmi min səhabənin qarşısında, üstü örtülü şəkildə yox, açıq-aşkar şəkildə buyurdu: “Mən kuntu mövlahu, fə Əliyyun mövlahu.”
PEYĞƏMBƏRİN CANİŞİNİ KİM İDİ?
Hər bir insan, əqlin hökmünə əsasən müəyyən bir səfərə çıxdıqda, özünün zəruri və vacib işlərini birinə tapşırır ki, onları yerinə ye-tirsin. Bütün peyğəmbərlərin də özlərindən son-ra bir nəfər canişin və nümayəndəsi olmuşdur.
Misal üçün, Musa peyğəmbər ibadət üçün Tur dağına otuz günlük səfərə çıxanda qardaşı Harunu öz yerinə canişin təyin edir, bu müd-dət ərzində onları başsız qoymur və qardaşına vəsiyyət edir ki, dini işləri öhdəsinə alaraq onun canişini olsun. Digər tərəfdən, Allah-taala bəndələrə əmr edir ki, özlərinin vacib işlərini vəsiyyət etsinlər. Amma görəsən, rəvadırmı ki, sonuncu Peyğəmbər bu ilahi qanundan istisna edilsin, dünyadan gedərkən öz yerinə bir kəsi canişin təyin etməsin və camaatı öz başına buraxsın? Bu iş nəinki peyğəmbərlərin sonuncusu, daim ümmətin xeyir və məsləhətini fikirləşən bir şəxsiyyətdən, hətta özünün şəxsi xeyir və məsləhətini başa düşən adi bir şəxsdən belə baş verməz. Halbuki, ondan sonra heç bir peyğəmbər gəlməyəcəkdi ki, deyilməmiş məsələləri bəyan etsin. Görəsən hidayət kitabı olan Quran onun incə mənala-rını açıqlayan bir müəllim olmadan bu camaatı hidayət edib düz yola çəkə biləcəkdimi?
Əgər hər hansı bir dövlət parlamentində müəyyən bir qanun qəbul edilib camaata çatdırılsa, ancaq ondan məqsədin nə olduğunu heç kim başa düşməsə bu qanun öz-özünə qüvvədən düşüb etibarsız sayılmazmı? Quranın müəllimi olmadan bizə həvalə edilməsi düzgün iş olarmı?!
Ömər ibni Xəttab iddia edirdi ki, Allahın kitabı Quran təklikdə müsəlmanlara kifayətdir. Bəlkə də o, öz fikrini belə əsaslandırıb izah edirdi ki, Quran ərəb dilində nazil olduğundan ərəblər onun mənasını başa düşəcəklər. Doğrudan da əgər onlar Quranı başa düşürdülərsə, onda Quran məfhumları barədə bu qədər təfsir və ixtilaf haradan yaranıb? Və nə üçün indiyə qədər heç bir təfsir kitabı Quranın mütəşabeh ayələrini düzgün şəkildə izah edə bilməmişdir?! İkinci bir tərəfdən isə Quran müəllimini biz yox, kitabın həqiqi müəllifi (Allah) təyin edib.
Hər hansı bir şirkət yeni bir cihaz və ya dəzgah ixtira etdikdə, onun kitabçasını da buraxır, müxtəlif yerlərdə bu dəzgah üçün təmir və xidmət mərkəzləri açır. Əgər belə etməsələr onda müştəri tapa bilməzlər. Çünki, camaat ondan istifadə qaydalarını bilməzlər.
İndi necə ola bilər ki, müqəddəs şəriət sahibi asimani bir kitab yaradıb, onu bizə göndərsin, ancaq onun müəllimini göndərməsin, onu təyin etməyi isə ümmətin öhdəsinə qoysun?!
Üçüncüsü, ağıl bunu qəbul edərmi ki, Allah-taala bütün peyğəmbərlər üçün vəsi seçsin, yalnız sonuncu Peyğəmbər üçün vəsi seçməsin və camaatı müəllimsiz sərgərdan buraxsın?! Belə olan halda camaat ona əməl etmədikləri üçün bəhanə gətirib belə deyərdilər: “Pərvərdigara! Əgər bizim üçün bir müəllim göndərsəydin və da bu asimani kitabı bizim üçün açıqlasaydı, biz bilməməzlik ucbatından haqq yoldan çıxıb əyri yola getməzdik.”
Əgər belə olsaydı, onda gərək qiyamətdə heç kimsə cəzalandırılmayaydı. Labüd olaraq bu nəticəyə gəlirik ki, Allah-taala İslam ümməti üçün müəllim təyin etmədən, onları öz başlarına buraxa bilməz. O, hökmən bir müəllim təyin etmişdir və o da Peyğəmbərin vəsisidir.
Bəziləri deyirlər: Allah-taala İslam ümmətinə hörmət əlaməti olaraq Quran müəllimi seçməyi onların öz ixtiyarına qoyaraq buyurub: “Şavirhum fil əmr” “İşlərdə onlarla məşvərət et”, yaxud “Və əmruhum şura bəynəhum” “Onların işləri öz aralarında şuradan ibarətdir.”
Bu sözə cavab olaraq belə deyirik: Müəllim seçməyi ümmətin öz ixtiyarına qoymaq hikmət sahibi olan Allah üçün qəbahətli bir iş sayılır. Çünki, bu halda camaat onun həqiqi müəlliminin kim olduğunu tanıya bilməz. Ona görə ki, heç kəsin o kitabdan xəbəri yoxdur. Deməli, müəllimi kitab sahibinin Özü seçməlidir ki, camaatı gələcəkdə yaranacaq çətinliklərdən və ixtilaflardan saxlasın. Hikmət sahibi və mərhəmətli Allah heç vaxt camaatı öz başına buraxıb sonra isə (əmr-lərinə düzgün) əməl etmədikləri üçün onları cəzalandırmaz. Deməli O, ümmətin rəhbərinin kim olmasını Öz kitabında bəyan edib Öz məxluqatı içərisində ən əziz şəxs olan Peyğəm-bərin dili ilə onu camaata tanıtdırmalıdır. Ancaq insan təbiətən ziyankar və xəsarətdə olduğundan həmişə haqdan yayınaraq özünü bəlalara düçar edir.
Digər tərəfdən də bunu qəbul etməliyik ki, xəlifə təyin etmək üçün şura yaratmaq batil bir iş olub şəriət tərəfindən rədd olunur. Bu işin səbəbkarları isə dindən çıxmış kimi tanınırlar.
QURANIN MÜƏLLİMİ KİMDİR?
Allah-taala Qurani kərimdə buyurur:

“Allah O kəsdir ki, bu (asimani) kitabı sənə nazil etdi. Onun ayələrinin bir qismi və əsas hissəsi “möhkəm” (Mənası aşkar şəkildə bəyan olunan) ayələrdir. İkinci qismdə olan ayələr isə “mütəşabeh” ayələrdir (mənasında bir neçə ehtimal verilən ayələr). Ancaq qəlblə-rində inhiraf və azğınlıq olan şəxslər mütəşabeh ayələri seçirlər ki, fitnə yaradıb (camaatı yoldan azdırsınlar) və onu (düzgün olmayan tərzdə) təfsir və məna etsinlər. Halbuki, onların (həqiqi) təfsir və mənasını Allah və elmin dərinliklərinə yiyələnənlərdən başqa heç kimsə bilmir. (İlahi elm sayəsində Quranın bütün sirlərini dərk etmək istəyən-lər) deyirlər: Biz onun hamısına iman gətir-mişik. Hər bir şey Allah tərəfindəndir. Əql sahiblərindən başqa heç kimsə (bunu) dərk edə bilməz.”
Bu ayədə Allah-taala elmin dərinliklərinə yiyələnən ağıllı şəxsləri Quran müəllimi kimi təqdim edir. İndi görək, elmin dərinliklərinə yiyələnən ağıllı şəxslər kimlərdir? Quran bu şəxsləri başqa bir ayədə belə təqdim edir:

“Lakin onların içində elmin dərinliklərinə yiyələnən şəxslər və möminlər sənə (yəni Peyğəmbərə) və səndən qabaqkı peyğəmbərlərə nazil edilənlərin hamısına iman gətirən, namaz qı-lıb, zəkat verən, Allaha və qiyamət gününə iman gətirənlərdir. Tezliklə onlara böyük mükafat verəcəyik.”
Quran başqa bir ayədə belə buyurur:

“Sizin vəli və ixtiyar sahibiniz yalnız Allah, Onun rəsulu və iman gətirib, namaz qılan və rüku halında zəkat verənlərdir.”
Sünnü alimlərinin mötəbər kitablarında bu ayə barəsində belə deyilir: “Yüz əlli nəfərdən artıq səhabə “rüku halında zəkat verənlər” deyildikdə məqsədin Əli olduğunu bəyan ediblər.”
 Amma Fəxr Razi deyir: “Rüku halında zəkat verənlər” dedikdə məqsəd Əbu Bəkrdir. Təəc-cüblü burasıdır ki, Əbu Bəkrin özü özünü elmin dərinliklərinə yiyələnən hesab etmir, amma onun tərəfdarları bunu iddia edirlər. Əbu Bəkr, can üstə olanda deyirdi: “Kaş üç şeyi Peyğəmbərdən soruşaydım! Birincisi: Özün-dən sonra vəli və vəsinin kim olduğunu;
İkincisi: Ənsarların xilafətdən payları olub-olmadığını;
Üçüncüsü: Bibi və xala qızının irsdən nə qədər pay apardığını. Mən hələ də bunu bilmirəm.”
Sadə bir məsələ olan “bibi və xala qızının nə qədər irs aldığını” bilməyən bir şəxs Quranın sirlərinə varıb, onu camaata bəyan edə bilərmi? Yoxsa Allah-taala onu elmin dərinliklərinə yiyələnən adlandırıb?!
Əbu Bəkrin elmin dərinliklərinə yiyələn-diyini necə demək olar, halbuki onun özü deyirdi: “Mənim üçün həmişə məni yoldan azdıran bir şeytan var. O nə vaxt mənim yanıma gəlib, mənə qalib olsa məndən uzaq olun ki, sizin mal və canınıza zərər yetirməyim.”
PEYĞƏMBƏRİN NƏZƏRİ NƏ İDİ?
Görəsən doğrudanmı Peyğəmbər (s) Əbu Bəkri özündən sonra canişin təyin etmişdi? Və ya Peyğəmbər (s) camaatı şura yolu ilə canişin seçməyə dəvət etmişdi, onlar da Əbu Bəkri bu məqam üçün layiqli bilmişdilər?
İslami kitablarda Əbu Bəkrin Peyğəmbərin vəsisi olması haqda səhih bir hədis yoxdur. Mətləbin şahidi budur ki, əgər belə bir hədis və ya rəvayət mövcud olsaydı, Əbu Bəkr və Ömər səqifədə ona istinad edərdilər. Əgər belə bir iddia etsəydilər yenə də iddiaları üçün əsaslı bir dəlilləri yox idi. Çünki, Quran vəli və vəsini elmin dərinliklərinə yiyələnən bir şəxs kimi təqdim edir. Əbu Bəkr isə deyirdi: “Mən də sizin kimi bir şəxsəm. Əgər düzgün yolda olsam mənə tabe olun.” O, dəfələrlə öz savadsızlığına işarə etmiş,  və vəsinin şura yolu ilə seçilməsi haqda Peyğəmbərdən heç bir rəvayət nəql olunmamışdır.
İbni Əbil Hədid yazır: “Peyğəmbər vəsi təyin etmək məsələsinə laqeyd yanaşıb öz vəzifəsinə layiqincə əməl etmədi!” Əgər onun bu sözü düzgün olsa, onda deməliyik ki, Peyğəmbər (s) öz risalətini aşkarda yerinə yetirməyib. Çünki, Quran Peyğəmbərin öz ilahi vəzifəsini aşkarda bəyan etməyi onun əsas vəzifələrindən bilir. “Və ma ələr-rəsuli illəl-bəlağul-mubin” (Peyğəmbərin vəzifəsi yalnız aşkar şəkildə bəyan etməkdir)  Belə olan surətdə isə Peyğəmbər (s) özü ümmət arasında ixtilaf salan şəxs kimi tanınmalıdır, bu söz isə küfrdən başqa bir şey deyil!
Bütün aləmlərə rəhmət olaraq göndərilən bir Peyğəmbər öz ardıcıllarına qarşı belə bir iş görüb, öz ümməti arasında ixtilaf salarmı?
Bəziləri deyirlər: “Peyğəmbər (s) camaata tövsiyə etmişdi ki, xəlifəni şura yolu ilə seçsinlər. Çünki Allah-taala Quranda buyurur: “Və əmruhum şura bəynəhum” (onların işləri öz aralarında şura əsasındadır.) Sual etmək lazımdır: Görəsən nə üçün keçmiş peyğəmbərlər bu üsuldan istifadə edərək vəsi təyin etmədilər? Nə üçün Əbu Bəkr özündən sonra vəsi təyin etdi? Nə üçün Ömər əvvəlcədən hazırlanmış məkrli plan əsasında xəlifə seçməyi altı nəfərin sərəncamına qoyub, üstünlüyü isə öz kürəkəni olan Əbdürrəhman ibni Ovfun olduğu dəstədə bildi?!
Əgər xəlifə təyin etmək Quranın göstərişinin ziddinə olsaydı, onda Quranın ziddinə əməl edən ilk şəxslər Əbu Bəkr və Ömər idilər. Digər tərəfdən də, sağlam ağlın təsdiq etdiyi kimi, əgər vəsi təyin etmək düzgündürsə, onda nə üçün Peyğəmbərin vəsi təyin etməsinə imkan verməyib, ona yaraşmayan sözləri ona dedilər?!
Bu ağlasığan bir işdirmi ki, Peyğəmbər 23 illik bir müddətdə müxtəlif əzab-əziyyətlərə və çətinliklərə sinə gərib dini təbliğ etsin, camaatı haqqa doğru hidayət etsin, amma axırda bu yolun davam etməsi haqda bir şey fikirləşməyib, ümməti öz başına buraxsın və çəkdiyi zəhmətlər də heçə getsin?!
Quranın buyurduğuna görə, bütün peyğəmbərlərin vəsiləri olmuşdur. Onda sonuncu Peyğəmbər üçün canişin olmaması necə mümkündür?
Peyğəmbərin son dərəcə təkid etdiyi halda onun vəsisini tanımaq mümkün deyilsə, onda sair məsələlər qarşısında nə etmək lazımdır və Quranıdüzgün təfsir və məna etmək necə mümkün olacaq? “Kəfana Kitabullah” Təkcə Quranın bu işlərə kifayət etdiyini demək olarmı? Şafei, Hənəfi, Hənbəli, Maliki, İmamiyyə, Mötəzilə, Əşairə, Zeydiyyə, Sufiyyə, Cəririyyə və sair kimi məzhəblərin məşhur alimləri on dörd əsr keçdikdən sonra Quran ayələrindən Peyğəmbərin vəsisini və canişinini tanıyıb onun elm dəryasından layiqincə istifadə etmişlərmi və bu asimani kitabın dərin mənalı sirlərini dünya əhlinə çatdıra bilmişlərmi?
Məşhur rəvayətlərə əsasən Peyğəmbər (s) belə buyurub: “Bütün İslam firqələrindən yalnız biri cənnət əhli, qalanları isə cəhənnəm əhlidirlər. Hətta ibadət edib, oruc tutub, zəkat versələr belə.”
İslam firqələrinin bəziləri itin bala-sının üç günlüyünə kimi halal olduğunu deyir və onun ətinin kabab edib yeyirlər. Bəzi firqələr isə onu elə doğulduğu gündən haram bilirlər. Bəziləri mənini (sperma) pak bilib o halda namaz qılır və məscidə gedirlər. Bəziləri isə onu murdar bilir və iynənin ucu qədər belə paltarda olsa onunla qılınan namazın batil olduğunu deyirlər. Onların bir dəstəsi müvəqqəti evlənməyi haram bilir, bəziləri isə haram yox, müstəhəb bir iş bilirlər. Bəziləri bir məclisdə (yığıncaqda) üç dəfə ardıcıl təlaq verməyi düzgün bilir, bəziləri isə düzgün bilməyib bu cür təlağın batil olduğunu deyirlər. Bəziləri it və donuzun doğduğunu nəcis bilirlər, bəziləri isə onun it və donuzdan olduğuna baxmayaraq onu pak bilir və deyirlər ki, Allah-taala murdar və nəcis şey yaratmır. Onun Yaratdığı bütün şeylər pakdır.
Deməli, tam əmin olmalıyıq ki, Peyğəmbər (s) öz ümmətini vəsi və müəllimsiz buraxmayıb. Ancaq camaatı Peyğəmbərin dediklərindən uzaq-laşdıran və onun əmr və göstərişlərinə əməl etmələrinin qarşısını alan başqaları oldu.
 

DÖRDÜNCÜ FƏSİL
SÜNNÜ ALİMLƏRİ VƏ ŞİƏLƏRİN NƏZƏRİNDƏ ƏBU BƏKRİN MƏQAMI

ƏBU BƏKR BARƏSİNDƏ SÜNNÜLƏRİN RƏVAYƏTLƏRİ
Ömər ibni Xəttab Peyğəmbər (s)-dən belə nəql edir: “Əbu Bəkrin dünyaya gəldiyi gecə Allah-taala Ədn behiştində zühur edib dedi: (Ey Peyğəmbər,) Öz İzzət və cəlalıma and olsun, bu gecənin mövludunu (Əbu Bəkri) sevib əzizləməsən, səni behiştə daxil etməyəcəyəm.”  Halbuki, Əbu Bəkr dünyaya gələn zaman Peyğəmbərin iki yaşı vardı. Onda bu yalan və qondarma hədisi necə nəql edirlər?! Allah bilir! Digər tərəfdən, sünnülərin kitablarında bu rəvayətin ziddinə olan bir neçə rəvayət də mövcuddur. Onların bəzilərini aşağıda qeyd edirik:
1) İbni Həzm özünün “Mühəlla” adlı kita-bında Vəlid ibni Cəmildən belə nəql edir: “Əbu Bəkr Peyğəmbərə hiylə qurub onu qətlə yetirmək istəyən şəxslərdən biri idi.”
2) Ömər ibni Xəttab deyir: Əbu Bəkr zülm edib (xilafətdə) məndən qabağa keçdi və günah etdi.” Bir gün Əbu Bəkrin oğlu barədə deyir: “O, pis bir heyvancığazdır. Ancaq atasından yaxşıdır.”
3) Ömər öz oğluna deyir: “Məgər sən indiyə kimi qəflət yuxusunda idin və bilmirdin ki, bu Bəni-Teym tayfasının axmağı (Əbu Bəkr) zülm ilə (xilafətdə) məndən qabağa düşüb?!”
4) Ömər başqa bir yerdə isə belə deyir: “Agah olun və bilin ki, Əbu Bəkrlə beyət tələm-tələsik və tədbirsiz olaraq baş verdi. Bundan sonra hər kəs sizi belə bir beyətə dəvət etsə onun boynunu vurun!”
Başqa bir rəvayətdə oxuyuruq: “İnnə Əba Bəkrin xəyrul-əvvəliynə vəl-axiriyn Əbu Bəkr əvvəldəki və axırdakı məxluqların ən yaxşısıdır.”
“Nüzhətül-məcalis” kitabında belə oxuyuruq: “Allah məxluqlarının arasında ən fəzilətli şəxsin – Əbu Bəkr Siddiqin (düzgün danışan) fəzilətlərinin bəyanı babı...”
“Ruhul-bəyan” təfsirində yazılır: “Peyğəm-bərdən sonra Əbu Bəkrdən fəzilətli bir şəxs dünyaya gəlməyibdir.”
Təəccüblü burasıdır ki, Əbu Bəkrin özü xilafətə çatdıqda deyir: “İnnə li şeytanən...” “Ey camaat, mənim üçün bir şeytan var və məni aldadır. O mənə yaxınlaşdıqda məndən uzaq olun ki, sizin mal və canınıza xəsarət yetirməyim.”
Bir rəvayətdə “Əbu Bəkr camaatın ən biliklisi idi”-deyilir, halbuki Əbu Bəkrin özü “Kaş üç şeyi Peyğəmbərdən soruşaydım”  deyir.
Sünnü alimləri Peyğəmbərdən nəql ediblər ki, “ümmətimin ən rəhimli şəxsi Əbu Bəkrdir.” Bəs necə olur ki, Əbu Bəkrin əmri ilə başçıları Malik ibni Nüveyrə olmaqla Bəni Təmim tayfasının kişilərini onunla beyət etmədikləri üçün, kütləvi şəkildə öldürüb, arvad-uşaqlarını əsir tutur və mallarını isə qarət edirlər? Əbu Bəkr müsəlmanlardan bəzilərini odda yandırdı. Hətta Peyğəmbərin yeganə yadigarı olan həzrəti Zəhra (ə)-ın evini yandırmaq üçün qoşun yolladı!
Səd ibni Cərir deyir: “Ömərin oğlu Abdullahın yanında Əbu Bəkr və Ömər haqda söhbət düşdü. Bir nəfər dedi: Allaha and olsun! Bu iki nəfər ümmətin günəşi və nuru idilər.
Ömərin oğlu Abdullah Bu məsələni haradan dərk etdiniz? - deyə soruşdu, o şəxs dedi: Məgər görmədiniz ki, bu iki nəfər necə əlbir olub ümmətə xilafət etdilər?!
Ömərin oğlu Abdullah dedi: Heç də belə deyil. Onların bir-biri ilə ixtilafları var idi. Bir gün atamın yanında idim. O, görüş vaxtının qurtardığını elan etdi. Bu zaman Əbu Bəkrin oğlu Əbdürrəhman gəldi və daxil olmaq üçün icazə istədi. Ömər dedi: Bu da o pis dördayaqlılardandır, ancaq bununla yanaşı, atasından yaxşıdır. Atamın bu sözü məni dəhşətə gətirdi. Mən dedim: “Atacan, Əbdürrəhman atasından yaxşıdır?”
Atam dedi: “Ey anasız! Kim var ki, onun atasından yaxşı olmasın?!”
Mən dedim ki, Əbdürrəhmana icazə ver, gəlsin. Əbdürrəhman daxil olub öz sözünü dedi. O getdikdən sonra atam mənə dedi: “Sən indiyə kimi qəflət yuxusunda idin və Bəni-Teym tayfasının axmağının (Əbu Bəkrin) mənə etdiyi zülmlərdən xəbərin yox idi.”
Mən dedim: “Mənim bu hadisədən xəbərim yox idi.”
Atam dedi: “Heç ümidim də yox idi ki, sən bunu biləsən!”
Mən dedim: “O (Əbu Bəkr) camaata, onların gözlərinin nurundan da əziz və sevimlidir.”
Atam dedi: “Bəli, atanın bu işə qəzəbinə baxmayaraq belədir!”
Dedim: “Ata, belədirsə, onda onun əməllərini camaata bəyan etmək və sirlərini faş etmək istəmirsən?!”
Atam dedi: “Bu necə mümkün ola bilər, halbuki, sən özün deyirsən ki, camaat onu gözlərinin nurundan çox istəyir?! Əgər mən bunu bəyan etsəm, onlar inanmayacaq və nəticədə mənim başımı daşa vuracaqlar.”
Sonra atam bir qədər cürətlənib cümə günü camaat qarşısında dedi: “Ey camaat, agah olun və bilin ki, Əbu Bəkrlə beyət tələm-tələsik və gözlənilməz olmuşdu. Ancaq Allah ümməti onun şərrindən xilas etdi. Hər kəs sizi Əbu Bəkrlə edilən belə bir beyətə dəvət etsə, onu öldürün!”
İkinci rəvayət: Şərik ibni Abdullah Nəxə”i, Əbu Musa Əşəridən belə nəql edir: Ömər ilə birlikdə həccə getdik. Məkkəyə yetişdikdə, xəlifə Ömərin görüşünə getmək qərarına gəldim. Yolda Müğeyrə ibni Şöbəni gördüm, o da Ömərin görüşünə gedirdi. Üçümüz birlikdə yola davam etdik. Yol boyu Ömərin xilafəti, onun İslam və müsəlmanlara bəxş etdiyi əzəmətdən söhbət edirdik. Əbu Bəkrdən söhbət düşdükdə, Müğeyrəyə dedim: “Şübhəsiz, Əbu Bəkr Ömərin xilafətinə təkid edirdi. Deyilənə görə o, özündən sonra bacarıqlı və qüdrətli bir şəxs olan Ömərin xəlifə olmasını nəzərdə tutmuşdu.”
Müğeyrə dedi:... Ey Əbu Musa! Deyəsən sən bu Qüreyş tayfasının nə qədər həsədçi olduqlarını bilmirsən. (Məqsəd Əbu Bəkrin mənsub olduğu Bəni Teym tayfasıdır.) Allaha and olsun, əgər həsədi ölçsələr, onun onda biri başqalarının, onda doqquzu isə Qüreyşin payına düşər.
Mən dedim: “Sakit ol, ey Müğeyrə! Həqiqətən də Qüreyşin başqalarına nisbətən fəziləti gün kimi aydındır.”
Biz söhbət edə-edə Ömərin qaldığı yerə çatdıq, amma onu orada tapa bilmədik. Bir nəfər dedi ki, Ömər burada idi, indi getdi. Məscidül-hərama tərəf getdik. Ömər orada təvaf edirdi. Biz də təvaf etdik. Təvafdan sonra bizim yanımıza gəlib, Müğeyrəyə tərəf dayandı və dedi: “Haradan gəlirsiniz?”
Dedim: “Səni görməyə gəlmişik, ey əmir! Ancaq səni öz yerində tapa bilməyib, bura gəldik.”
Sonra Müğeyrə mənə baxıb güldü. Ömərin bu hərəkətdən xoşu gəlmədi. O dedi: “Nə üçün gülürsünüz?”
Müğeyrə dedi: “Yolda Əbu Musa ilə mənim aramda olan söhbətə gülürük.”
Ömər dedi: “Nə işdir?”
Biz olanları deyib, Qüreyşin həsəd etməsi məsələsinə çatdıq və Əbu Bəkri, özündən sonra Öməri xəlifə təyin etməyə qoymayan şəxsdən söhbət açdıq.
Ömər dərindən ah çəkib dedi: “Müğeyrə! Görüm anan əzanda ağlasın! Həsədin doqquzu yox, yüzdə doxsan doqquzu Qüreyşin hesabına düşür, yüzdə birində isə camaat ilə şərikdirlər.”
Ömər bu sözü dedikdən sonra bir az rahatlaşdı, sonra dedi: “Qüreyşin içində ən çox həsəd edənin kim olduğunu sizə deyimmi?”
“Bəli, ey əmir, tanıtdır!” - deyə cavab verdik.
Ömər dedi: “Əyninizdə libas olduğu halda?”
“Bəli” - deyə cavab verdik.
Dedi: “Əyninizdə libas olduqda bu mümkün deyil.”
Dedik: “Ey əmir... axı bu sözün libasa nə dəxli var?”
Dedi: “Qorxuram bu sirr o paltardan aşkar ola.”
Dedik: “Sənin paltar deməkdə məqsədin, biz özümüzük və sən bizdən qorxursan?”
“Bəli, elədir” - deyə cavab verdi.
Sonra yola düşüb onun iqamətgahına gəldik. Bizə “burada gözləyin”-deyib, özü içəri daxil oldu. Müğeyrəyə dedim: “Ey atasız! Bizim sözümüz ona pis təsir etdi. Məncə, o, bizi burada sözünün davamını demək üçün saxlayıbdır.”
Müğeyrə dedi: “Elə biz də bunu istəyirik.”
Elə bu zaman içəriyə daxil olmağa icazə verdi. Biz içəriyə daxil olduqda, onun arxası üstə uzandığını gördük. Şer oxuya-oxuya bizim sirr saxlamağımızı istəyirdi. Biz dedik: “Biz elə sən istədiyin kimiyik.” O, ayağa qalxıb qapını bağlamaq istədikdə, bizi müşayiət edən keşikçi orada idi. Ömər ona dedi: “Ey anasız! Bizi tənha burax.”
O getdikdən sonra, qapını içəridən bağlayıb, bizim yanımızda oturdu və dedi: “Soruşun, cavab verim.”
Dedik: “Əmir, bizə Qüreyşin ən çox həsəd aparan adamını tanıtdıracaqdın. O kəsin adını de. Hətta bizim paltarımızın belə onun adını eşidib başqasına deyəcəyinə əmin deyilik.”
Ömər dedi: “Siz çətin bir məsələdən sual etdiniz. İndi onu sizə bəyan edəcəyəm. Bu şərtlə ki, mən həyatda olduğum müddətdə bu sirri heç kim bilməməlidir. Öldükdən sonra istəsəniz camaata deyin, istəməsəniz deməyin.”
Biz “İstədiyiniz kimi olacaq” - deyə cavab verdik.
Əbu Musa deyir: Ona dedim: “Mən belə fikirləşirdim ki, Əbu Bəkrin səni səni xəlifə təyin etməsinə qoymayanlar Təlhə və onun həmkarlarıdır. Onlar Əbu Bəkrə demişdilər: “Bədəxlaq və kobud xasiyyətli bir adamı bizə xəlifə edirsən?”
Mən bu sözümdən sonra Ömərin sözündən başa düşdüm ki, o şəxs Təlhə deyilmiş. O yenə ah çəkib dedi: “Daha nə fikirləşirsiniz?”
Biz “dediklərimizin hamısı bir növ gümandır” - deyə cavab verdik.
Ömər dedi: “Kimin haqqında pis fikirləşirsiniz?
Biz dedik: Əbu Bəkrə “Öməri xəlifə təyin etmə deyən şəxslərin haqqında.
Ömər dedi: “Allaha and olsun! Heç də siz fikirləşən kimi deyil: Qüreyşin ən çox həsəd edəni elə Əbu Bəkrin özü idi!!”
Sonra başını aşağı saldı. Müğeyrə mənə, mən də Müğeyrəyə baxıb Ömərin xatirinə biz də başımızı aşağı saldıq. Bizim bu sükutumuz çox uzun çəkdi. Başa düşdük ki, o, bizə dediyi sözə görə peşman olub. Sonra dedi:

“Bəni Teym tayfasının bu yelbeyin və bacarıqsız şəxsinə çox təəssüflər olsun! O zülm və günah yolu ilə (xilafətdə) məni qabaqladı.”
Müğeyrə dedi: “Ey əmir! Onun sizə zülm etməklə sizi qabaqladığını bilirdim. Ancaq günahla sizdən necə qabağa düşüb?”
Ömər dedi: “Mən ümidimi xilafətdən üzdükdən sonra Əbu Bəkr məni üstələdi. Çünki, o başa düşmüşdü ki, camaat mənə rə”y verməyəcək. Allaha and olsun! Əgər qardaşım Yəzid ibni Xəttaba və onun tərəfdarlarına itaət etsəydim, Əbu Bəkr xilafətin şirinliyini heç vaxt dada bilməyəcəkdi. Ancaq mən onu qabağa saldım, özüm isə dala qaldım. Onu xəlifə edib bütün işlərinin düyünlərini onun üçün açdım. Xilafət işində qarışıqlıq yaradan işlərin qarşısını aldım. Amma bu zaman Əbu Bəkr mənə etina etmədən gözü bağlı xilafət kürsüsündən bərk-bərk yapışdı. Vay olsun mənə! Hökumətin yenidən mənə qismət olmasını arzu edirdim. Allaha and olsun! Sərçənin çinədanını doyuran miqdardan başqa, Əbu Bəkr heç nə əldə edə bilmədi, axırda da ondan nisgillə ayrıldı.”
Müğeyrə dedi: “Sizin xilafətə çatmağınıza nə mane oldu? Halbuki, səqifədə Əbu Bəkr xilafəti sənə verdikdə, sən istəməyib onun özünə qaytardın. İndi də oturub təəssüflənirsiz?!”
Ömər dedi: “Müğeyrə, anan əzanda ağlasın! Mən səni ərəblərin dərrakəli kişilərindən bilirdim. Amma deyəsən, sənin səqifədə olan hadisələrdən heç xəbərin yoxdur. O (Əbu Bəkr) məni aldatdı, mən isə ona kələk işlətdim. Ancaq o, mənim daş yeyən quşdan da ağıllı olduğumu bildi. O, camaatın ona yüksək rəğbətlə üz gətirdiyini gördükdə, camaatın onun yerinə başqasını xəlifə seçməyəcəklərinə arxayın oldu. Camaatın rəğbətlə ona üz gətirdiyini gördükdə, mənim fikrimdən keçənləri də bilmək istəyirdi. O öyrənmək istəyirdi ki, xilafətdə gözüm var, ya yox və onunla çəkişməyə başlayacağammı. Məni bu məsələdə tamaha salmaqla imtahan etmək istəyirdi. Elə buna görə də xilafəti mənə verdi. Hər ikimiz bilirdik ki, mən xilafəti qəbul etsəm də camaat bunu qəbul etməyəcəkdir. Buna görə də o mənim bu məqama vurğun olmağıma baxmayaraq ağıllı olduğumu anladı. Əgər bu məqamı qəbul etməkdə müsbət cavab versəydim də, camaat onu mənə verməyəcəkdi və Əbu Bəkr qəlbində mənə qarşı kin saxlayacaqdı. Mən onun fitnəsindən amanda deyildim, amma bununla məlum oldu ki, camaat məni istəmir. Məgər eşitməmisiniz ki, camaat hər tərəfdən fəryad edib deyirdi: “Ey Əbu Bəkr, xilafət üçün ən ləyaqətli şəxs sənsən və biz səndən başqası ilə beyət etməyəcəyik. (Onlar bu sözləri ilə mənimlə beyət etməyəcəklərini demək istəyirdilər.)”
Mən xilafəti Əbu Bəkrə qaytardıqda onun simasında sevinc izlərini gördüm.
Əbu Bəkrin mənə qarşı kin bəsləməsinin səbəblərindən biri də bu idi ki, o, məndən bir söz eşitmişdi və buna görə də məni danlayırdı. Hadisə belə olmuşdu: Əşəsi əsir tutub Əbu Bəkrin yanına gətirdilər. O, Əşəsə minnət qoyub onu azad etdi, öz bacısını da Əşəsə ərə verdi.
Əşəs Əbu Bəkrin yanında oturmuşdu. Mən ona dedim: “Ey Allahın düşməni! Müsəlman olduqdan sonra mürtəd oldun?! Dindən çıxıb kafir oldun?! Əşəs qəzəbli baxışlarla mənə baxırdı. Hiss edirdim ki, mənimlə söhbət etmək istəyir, ancaq yer və vaxt münasib deyildi.
Bir gün Mədinənin küçələrindən birində məni görüb dedi: “Ey Xəttabın oğlu! Sən o sözü mənə deyirdin?”
Mən dedim: “Bəli, ey Allahın düşməni! Mənim nəzərimdə sənin cəzan bundan da ağırdır.
Əşəs dedi: “Bu mənim üçün çox pis cəza idi.”
Ömər dedi: “Nə üçün məndən yaxşı cəza istəyirsən?”
Əşəs dedi: “Sənin Əbu Bəkrə məcburi itaət etməyin məni çox narahat edir. Allaha and olsun, məni Əbu Bəkrlə müxalifət etməyə cürətləndirən şey, onun səni xilafətdə qabaqlaması idi. Sən ondan dala qaldığın üçün mən onunla müxalifət edirdim. Halbuki, əgər sən xəlifə olsaydın mən heç vaxt səninlə müxalifət etməyəcəkdim.”
Ömər dedi: “Bəli, elədir ki, var. İndi mənə nə kimi tövsiyə edirsən?”
Əşəs dedi: “İndi tövsiyə vaxtı yox, səbr etmək vaxtıdır. Yalnız səbr etməlisən.”
Biz həmin gün öz işimizin dalınca getdik. Ancaq Əşəs yolda Zəbrəqan ibni Bədri görüb əhvalatı ona danışmışdı. O da dərhal Əbu Bəkrə xəbər vermişdi. Əbu Bəkr məni danlamaq üçün təəssüfləndirici bir xəbər yollamışdı. Mən isə ona belə bir xəbər yolladım: “Allaha and olsun! Ya sənin xəlifəlik etməyinə imkan verməyəcəyəm, ya da aramızda olan bu söhbəti camaata çatdıracağam. Onu eşidən bütün süvarilər hər yerə çatdıracaqlar. Amma əgər istəsən öz əfvini davam etdir (ki, sirrimiz açılmasın.)
Əbu Bəkr dedi: “Keçmiş əlaqələrimizi olduğu kimi davam etdirməyimiz daha yaxşıdır. Xilafət də bir neçə gündən sonra sənə çatacaqdır.”
Mən elə fikirləşirdim ki, cümə günü keçməmiş o, xilafəti mənə təqdim edəcəkdir. Ancaq belə olmadı. Allaha and olsun ki o, bundan sonra ölənə kimi xilafət haqda heç vaxt mənimlə söhbət etmədi.”
O, öz xəlifəliyi dövründə bu etinasız-lığını qəzəbindən dişlərini bir-birinə sıxan halda davam etdirirdi. Axırda da elə bu qəzəblə vəfat etdi.
Ömər sonra dedi: “Dediklərimin hamısını camaatdan, xüsusilə Bəni Haşimdən gizli saxlayın. İndi istəsəniz, gedə bilərsiniz.”
Biz onun dediklərindən çox təəccüblənmiş halda evdən çıxdıq. Allaha and olsun, Ömərin dediyi sözləri, onun öldüyü vaxta kimi heç kimə demədik.

SİRLƏRLƏ DOLU BİR MƏKTUB
Bir gün Əbu Bəkrin oğlu Məhəmməd, Müaviyəyə bir məktub yazıb onun etdiyi əməlləri tənqid etdi. Müaviyə onun məktubuna belə cavab yazdı: “Müaviyə ibni Əbu Süfyandan öz atasını danlayan bir şəxsə Məhəmməd ibni Əbu Bəkrə. Salam olsun Allaha itaət edən şəxslərə.
Məktubunu aldım. Allahın nemətlərini iqrar etdikdən sonra elə sözlər uydurmusan ki, ondakı düşüncələrin zəif olduğunu göstərir və atanın acığına gəlib onu alçaldır. Əbu Talibin oğlunu (Əlini) müdafiə edib, onun iftixarlarını sadalamısan...
Bunu bil ki, mən və sənin atan Peyğəmbərin vaxtında bir idik və Əbu Talibin oğlunun bütün fəzilətləri bizim üçün bir gün kimi aşkar idi. Biz onun hörmətini saxlamağı özümüzə vacib bilirdik. Peyğəmbərin ömrü başa çatan kimi, atan və onun dostu (yəni Ömər ibni Xəttab) məkr və hiylə ilə Əlinin haqqını ələ keçirib onunla müxalifət etdilər və əvvəlcədən hazırlanmış plan əsasında xilafəti özləri üçün möhkəmlətdilər. Sonra Əlidən beyət etməsini istədilər. O, bundan imtina etdikdə ona layiq olmayan sözlər deyib ona qarşı çox təhlükəli hiylələr işlətdilər. Əli məcbur qalıb onlarla beyət etdi. Onlar isə heç vaxt Əlidən məsləhət almayıb onu öz gizli işlərindən xəbərdar etmirdilər. Onların ömrü başa çatdı və hakimiyyətlərinə son qoyuldu. Ömər xilafəti Osman üçün hazırladı. Əgər hal-hazırda bizim əlimizdə olan bu xilafət düzgündürsə onun baisi elə sənin atandı; yox əgər bu hökumət zülm əsasında qurulubsa, yenə də onun baisi atandır və biz də bu günahda onunla şərik olmuşuq. Biz sənin atanın göstərişi ilə bu xilafəti ələ almışıq, əməldə ona iqtida edib, ayağımızı onun ayağının yerinə qoymuşuq (yəni əgər sənin atan onunla müxalifət etməsəydi, biz də heç vaxt Əli ilə müxalifət etməyib, xilafəti ona verərdik. Ancaq bu işi bizdən qabaq başlayan atan oldu, biz də onun yolunu davam etdirdik.) İndi atana eyib tut və onu danlayıb bizdən əl çək. Tövbə edib haqq yoluna qayıdana salam olsun!”
ƏLİ (Ə)-IN NƏZƏRİNDƏ XƏLİFƏLƏRİN TANITDIRILMASI
Əmirəl-möminin Əli (ə) atəşin bir xütbədə Peyğəmbərdən sonrakı xəlifələrin iç üzlərini açıb camaata çatdıraraq onların çirkin işlərini bəyan edir.
İmam Əli (ə) buyurur: “Allaha and olsun ki, Əbu Qühafənin oğlu (Əbu Bəkr) xilafəti bir köynək kimi geyindi. Halbuki, o bilirdi ki, mən xilafət üçün (elmi və əməli kamallar nəzərindən) dəyirman daşının ortasındakı mil kimiyəm. (Dəyirman daşının həmin dəmir mıxa arxalanaraq fırlandığı və o dəmir mıx olmadıqda, heç bir faydası olmadığı kimi xilafətin də məndən başqasının əlində olması zərərlidir. Və bu halda o daş (xilafət) mənsiz bir küncdə qalıb hərəkət etməyəcək və kafirlərin əl-ayağı altında qalıb tapdalanacaq.) Elm və mərifət mənim feyz mənbəyimdən sel kimi aşıb-daşır. Elm fəzasında uçan heç bir quş mənim yüksək məqamıma çata bilməz.
Qühafənin oğlu xilafət köynəyini haqsız olaraq geydiyi və camaatın da onu alqışladığı üçün) xilafət köynəyini buraxıb öz işimdə fikirləşirdim: görəsən əlsiz (ordu və köməksiz) ona hücum edim və öz haqqımı tələb edim, yoxsa, korluq qaranlığında (camaatın haqq yoldan azmasını görə-görə) oturub səbr edim? Halbuki, bu vəziyyət qocaları daha da qocaldıb əldən salar, cavanları isə soldurar və möminlər (fəsadın qarşısını almaq üçün o qədər) əziyyət çəkirlər ki, axırda həlak olurlar. Səbr etməyin ağıllı iş olduğunu görüb elə bir halda səbr etdim ki, sanki gözlərimdə tikan və toz, boğazımda isə sümük qalmışdı. Çünki, Əbu Bəkrin və başqalarının xilafətində zəlalətdən başqa heç bir şey görmürdüm. Yalqız və köməksiz olduğumdan heç bir şey deyə bilmirdim. Öz mirasımın tarac edildiyini görürdüm. (Xilafət mənsəbini qəsb etdilər, onun törətdiyi fəsad isə Ali Mühəmmədin (s) Qaiminin qiyam edəcəyi günə kimi qalacaqdır).
Peyğəmbərin vəfatından sonra xilafəti nahaq yerə qəsb edib, camaatı zəlalətə saldılar. İslamın hifzi, eləcə də düşmənlərin bundan sui-istifadə etməmələri üçün məsləhəti xilafətə göz yumub səbr etməkdə gördüm. Nəhayət birincinin (Əbu Bəkrin) xilafət müddəti başa çatdı. (İki il, üç ay, on iki gündən sonra dünyadan getdi.) O, ölməmişdən bir az qabaq xilafəti özündən sonra Xəttabın oğlunun (Ömər) ağuşuna atdı. Çox təəccüblüdür ki, o xilafətdə olduğu zaman camaatdan beyətlərini geri götürməyi istəyirdi. (O, deyirdi: Əqiyluni, ələstu bixeyrikum və Əliyyun fiykum. Ey camaat! Beyətinizi geri götürün və məni xilafətdən çıxarın. Əli olan yerdə mən sizdən yaxşı deyiləm.) Ancaq ölümünə bir neçə gün qalmış xilafətin Ömərə çatacağını vəsiyyət etdi. Bu ikisi, xilafəti dəvənin döşləri kimi öz aralarında bölüşdürdülər. (Bir döşünü Əbu Bəkr, o birisini isə Ömər sağdı və dəvənin (xilafətin) həqiqi sahibini isə ondan məhrum etdilər.) O, xilafəti çox pis və düz olmayan bir yerdə qoydu. (Və Öməri özündən sonra xəlifə təyin etdi.) Halbuki, Ömər kobud sözlü və iti dilli idi. Onunla görüş əzablı, (dini məsələlərdə) səhvi çox və üzrxahlığı (səhv etdiyi hökmlərdə) saysız-hesabsız idi. Onunla müsahib (həmsöhbət) olmaq ipə-sapa yatmayan dəvəyə minməyə oxşayırdı: əgər cilovunu möhkəm saxlayıb, buraxmasan cilov onun burnunu cıracaq, yox əgər onu öz başına buraxsan səni həlakətə doğru sürükləyəcəkdir. Allaha and olsun! Camaat onun vaxtında giriftarçılığa düçar oldu, səhv yolda olub (həlakətə uğradı) və haqdan uzaqlaşdılar. Mən isə bu uzun zamanda (xn il, altı ay) səbr edərək çətinlik və qəm içində yaşadım.
Ömər də xilafəti başa vurdu. Xilafət libasını soyunmamışdan əvvəl xilafəti bir dəstə camaatın öhdəsinə qoydu ki, mən də onların arasında idim.”
Pərvərdigara! Təşkil edilmiş bu şura üçün Səndən kömək istəyirəm! Camaat məni necə Əbu Bəkrlə bir hesab edib mənim haqqımda şəkk edirlər?! İş o yerə çatdı ki, mən bu gün bu şura əhli (beş nəfər) ilə bir sırada dururam! Ancaq (yenə də səbr etdim) və bütün bunlara baxmayaraq şurada hazır olub enişli-yoxuşlu yollarda onlara tabe oldum. (Məsləhət naminə onlarla hər yerdə razılaşdım.) Onlardan biri həsəd və kin üzündən haqqdan əl çəkib batil yolu seçdi. (Məqsəd Səd ibni Əbi Vəqqasdır. O, Osmanın ölümündən sonra da Əli (ə) ilə beyət etmədi. Çünki, Əli (ə) “Bədr” döyüşündə onun atasını öldürmüşdü.)
Başqa biri isə Osman ilə kürəkən olduğuna görə məndən üz döndərdi. (Məqsəd Əbdürrəhman ibni Ovfdur. O, Osmanın anadan bir olan bacısının əri idi.) Adlarının çəkilməsi eyib sayılan iki nəfər (Təlhə və Zübeyr) də beyət etmədilər).
Ömərin ölümündən sonra, onun təşkil etdiyi şura yolu ilə onların üçüncüsü (Osman) ayağa qalxdı (və xilafəti haqsız olaraq ələ aldı.) O, (çox yeyib-içdiyindən) qarnı şişən dəvə kimi, Beytül-malı yeyib qarnını doldurdu. Və atasının övladları (Bəni Üməyyə tayfası) bu işdə onunla əlbir oldular. Allahın malını ac dəvənin yazda təzə otları iştaha ilə yediyi kimi, yeyib dağıtdılar. Nəhayət onun əyirdiyi ip açıldı. (Ətrafındakı səhabələr ondan ayrıldılar.) Etdiyi əməllər onun qətlinin sürətlənməsinə səbəb oldu. Qarnının doluluğu onu üzü üstə yerə yıxdı. (Beytül-malda israf edərək kasıbların və ehtiyaclıların haqqını kəsib öz qohumlarına verdi. Camaat on bir il, on bir ay on yeddi gün xilafətdən sonra onu qətlə yetirdilər). (Osmanın ölümündən sonra) Kaftarın boynunun tükü kimi camaatın (izdihamla) hər tərəfdən hücum edib mənim başıma yığışmasından başqa heç nə mənə zərər vermədi. Camaat o qədər basabaslıq saldı ki, Həsən və Hüseyn ayaq altında qaldılar. Mənim əbamın iki tərəfi də ayaqlar altında qalıb cırıldı. Beyət etmək üçün qoyun sürüsü kimi mənim başıma toplaşdılar. Onların beyətini qəbul edib xilafət işini öhdəmə aldığım zaman bir dəstə camaat (Təlhə, Zübeyr və başqaları) beyəti pozdular, başqa bir dəstə (xəvaric və Nəhrəvan şeyxləri) isə mənim beyətimdən xaric oldular. Üçüncü dəstə (Müaviyə və başqaları) Allaha itaət etmədilər. Sanki müxaliflər eşitməyiblər ki, Allah-taala Quranda buyurub: “Əbədi həyatı o kəslər üçün qərar vermişik ki, yer üzündə fəsad törətmək və inadkarlıq etmək məqsədləri yoxdur. Gözəl mükafat isə təqvalılar üçündür”
Bəli, Allaha and olsun, onlar bu ayəni oxuyub əzbərləmişdilər. Lakin dünya onların gözündə gözəl cilvələndi və dünyanın (zahiri) gözəlliyi onları aldatdı. (Haqdan əl çəkib yer üzündə qarışıqlıq və fəsad törətdilər.) Agah olun! Çərdəyi yaran və insanı yaradan Allaha and olsun! Əgər o çoxsaylı camaat (beyət etmək üçün) mənə üz tutmasaydı və höccətin tamamlanmasına kömək etməsəyidilər, həmçinin Allahın alimlərdən heç vaxt zalımın məzluma zülm etməsinə və məzlumun (onun zülmü nəticəsində) ac qalmasına razı olmamaları barədə aldığı əhd-peyman olmasaydı elə o zaman mən, xilafət dəvəsinin cilovunu onun küvəninə atardım (ki, ona su verib dəvəsini hər yerə istəsə, aparsın, hər tikanlıqda istəsə otlasın. Və hər zalım və fasiqin zəlalət və zülmünə dözsün) və onu dağa-daşa yola salardım. Necə ki, ilk dəfə onu qəbul etməyib camaatı öz başına buraxdım. Çünki, siz artıq anlamısınız ki, sizin dünyanız mənim nəzərimdə keçinin burnundan gələn su kimi dəyərsizdir.”

Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

 

 

 

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə