Şn04202024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Şiə sözü Zina edin, lakin heç bir vəchlə müvəqqəti evlənməyin !?

Zina edin, lakin heç bir vəchlə müvəqqəti evlənməyin !?

 Bu başlıqdan çox da təəccüblənməyin!
Vəhabilərin din xadimi Şeyx İsa ibn Salehi, bu məsələnin mahiyyətini "çox gözəl tərzdə" açıqlayıb. Ondan soruşublar:

Bir sünni məzhəbli şəxs zina və ya müvəqqəti evlənmək arasında seçim etməli olsa, hansı daha yaxşıdır?
İbn Teymiyyə mədrəsəsinin şagirdi belə cavab verir:
"Daha yaxşı olar ki, məxfi şəkildə zina etsin və sonra günahının kəffarəsini versin. Amma müvəqqəti evlənmək şər`i, əqli, əqidə baxımından haramdır."
Necə deyərlər, bu şeyxin əqidəsinə görə müvəqqəti evliliyin günahi hətta kəffarə ilə də paklanmaz, lakin zina isə kəffarə ilə paklanır.
Əhsən belə bir zəkaya və dühaya...!!!
Əgər Ömər müvəqqəti evlənməni haram etməsəydi, alçaq fərdlər istisna olmaqla heç kim zina etməzdi.  (Biharül-ənvar: c. 100, s. 315)
Peyğəmbərdən (s) nəql olunan hədisdə zina günahının tə`sirləri iki qisimdir: Həzrət buyurub:
"Ey Əli! Zinanın altı nəticəsi var ki, onun üçü dünyaya, üçü də axirətə aiddir. Dünyaya aid nəticələri bunlardır: Abırı aradan qaldırır,ölümü tezləşdirir, ruzini aradan qaldırır. Axirət nəticələri isə ibarətdir; çətin və dəqiq hesablaşma, Tanrının qəzəbi və Rəhmanın əbədi cəhənnəmi!" (Mizanül-hikmə, c. 5. S. 2213)

http://www.sibtayn.com/az

 

 

 

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə