Cm.ax03282024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Əhlİ-beyt (ə) Əhlİ-Beyt (ə) İmam Sadiq (ə) Məqalələr İmam Sadiq əleyhis-səlamın bir münazirəsi

İmam Sadiq əleyhis-səlamın bir münazirəsi

Bir gün Əbu Hənifə İmam Sadiq (əleyhissəlam) ilə görüşmək məqsədilə onun evinə gəlib görüş üçün icazə istədi. İmam Sadiq (əleyhissəlam) icazə vermədi.

Əbu Hənifə deyir: Bir qədər qapının ağzında gözlədim. Bu vaxt bir neçə kufəli şəxs gəlib İmam əleyhissəlamla görüşmək üçün icazə istədi. İmam onlara icazə verdi. Mən də onlarla birlikdə içəri girdim. Onun hüzuruna yetişdikdə dedim: “Yaxşı olar ki siz Kufəyə bir nümayəndə göndərib oranın əhalisini Peyğəmbərin səhabələrinə nalayiq sözlər deməkdən çəkindirəsiniz. Orada on min nəfərdən çox adam Peyğəmbərin dostları üçün nalayiq sözlər deyir.” İmam Sadiq (əleyhissəlam) buyurdu: “Camaat mən deyəni qəbul etmir.”
Əbu Hənifə: “Siz Allah Peyğəmbərinin nəvəsi olduğunuz bir halda necə ola bilər camaat sizin sözünüzü qəbul etməsin?!”
İmam Sadiq (əleyhissəlam): “Mənim sözümə qulaq asmayanlardan biri də, elə sən özünsən. Məgər mənim icazəm olmadan evə daxil olmamısan mənim icazəm olmadan oturmamısan və mən icazə verməmiş sözə başlamamısan?”
Sonra əlavə edib buyurdu: “Eşitdiyimə görə sən müqayisə əsasında hökm verirsən!”
- Bəli!
- Vay olsun sənə! Müqayisə əsasında hökm verən ilk şəxs (məxluq) Şeytan olub. Allah ona “Adəmə səcdə et” - deyə buyurduqda o cavab verdi ki: “Mən səcdə etmirəm çünki mən ondan daha yaxşıyam. Sən məni oddan onu isə palçıqdan yaratdın.”
(Sonra İmam Sadiq (əleyhissəlam) şəriətdə müqayisənin batil olduğunu isbat etmək üçün bununla zidd olan bir neçə şəriət hökmü qeyd edərək buyurdu:)
- Səncə bir nəfəri nahaqdan öldürməyin günahı ağırdır yoxsa zinanın?
- Bir nəfəri nahaqdan öldürməyin.
- (Əgər müqayisə olunan hökmə əməl etmək olarsa) bəs nə üçün qətl hadisəsini isbat etmək üçün iki zinanı isbat etmək üçün isə dörd şahid lazımdır? İslamın bu qanunu müqayisə ilə uyğun gəlirmi?
- Xeyir!
- Sidik daha çox murdardır yoxsa məni?
- Sidik.
- Bəs nəyə görə birincidə (sidikdə) Allah-taala insanlara dəstəmaz almağı ikincidə (mənidə) isə qüsl almağı əmr edir? Bu hökm müqayisə ilə uyğundur?
- Xeyir!
- Namaz daha çox əhəmiyyətlidir yoxsa oruc?
- Namaz.
- Bəs nəyə görə heyz (aybaşı) halı görmüş qadına namazın qəzası vacib deyil ancaq orucun qəzası vacibdir? Bu hökm müqayisə ilə uyğun gəlir?
- Xeyir!
- Qadın daha çox zəifdir yoxsa kişi?
- Qadın.
- Bəs nə üçün kişinin irs payı qadının irs payının iki bərabəri qədərdir? (Əgər qadın zəifdirsə onda qoy o daha çox irs aparsın.) Bu hökm müqayisə ilə uyğun gəlirmi?
- Xeyir!
- Nə üçün on dirhəm oğurlamış şəxs barədə Allah onun əlinin kəsilməsini ancaq bir nəfər digər birisinin əlini kəsərsə beş yüz dirhəm diyə verməsini əmr etmişdir? Bu hökm müqayisə ilə uyğun gəlirmi?
- Xeyir!
- Eşitmişəm ki sən “Sonra da həmin gün Qiyamət günü Allahın dünyada sizə əta etdiyi nemətlər barəsində mütləq sorğu-sual olunacaqsınız” ayəsini belə təfsir edirsən: “Allah insanları yay fəslində yedikləri dadlı yeməklər və içdikləri sərin sular barədə sorğu-suala çəkəcək.”
- Düzdür mən bu ayəni bu cür təfsir etmişəm.
- Əgər bir nəfər səni evinə qonaq aparıb qarşına dadlı yemək və sərin su qoysa sonra bu işinə görə sənə minnət qoyarsa bu adam barəsində necə fikirləşərsən?
- Deyərəm ki xəsis adamdır.
- Allah xəsisdirmi? (Yəni bizə bəxş etdiyi yeməklər barədə bizi sorğu-suala çəkər?)
Əbu Hənifə:  “Bəs, Quranın “insanlar onlar barədə sorğu-sual olunacaqlar” dediyi nemətlərdən məqsəd nədir?”
İmam Sadiq (əleyhissəlam): “Ondan məqsəd biz Əhli-beyt əleyhissəlamın dostluğudur.”

 

Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

 

 

 

 

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə