Çr11132019

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Müfəzzəl ibn Ömər haqqında qısa məlumat

Müfəzzəl Hicrətin birinci yüzilliyinin axırı və ya ikinci yüzilliyin əvvəli Kufə şəhərində dünyaya gəlmişdir. Əsl adı Müfəzzəl, atasının adı Ömər və künyəsi Əbu Muhəmməd və ya Əbu Abdullahdır. O, İmam Sadiqin (ə) və İmam Kazımın (ə) ən yaxın səhabələrindən olub.

Müfəzzəl İmamlarin (ə) yanında böyük məqama sahib olmuş, onların xüsusi səhabələrindən hesab olunurdu. İmam Sadiq (ə) və İmam Kazım (ə) dövründə Kufə əhalisinin arasında onların vəkili olmuş, həm də İmam Sadiq (ə) tərəfindən böyük bir vəzifəyə təyin olunmuşdur. Bunu, Şeyx Kuleyni (rəh.) “Üsuli-Kafi” kitabında nəql etmişdir.
1. Şeyx Mufid səhih sənədlə İmam Sadiqdən (ə) nəql edir: Ey Müfəzzəl! Allaha and olsun ki, səni və səni sevənləri sevirəm. Ey Müfəzzəl, əgər mənim bütün səhabələrim sənin qədər bilsəydi, heç vaxt onların arasında ixtilaf düşməzdi.
2. Muhəmməd ibni Sina deyir:
İmam Kazımın (ə) xidmətinə yetişdim. Bu vaxt oğlu Əli (ə) də onun yanında idi. İmam Kazım (ə) buyurdu: Ey Muhəmməd! Müfəzzəl mənim həmdəmim və munisim idi. Sən də o ikisinin (İmam Rza (ə) və İmam Cavad (ə)) həmdəmi və munisi olacaqsan.
3. Şeyx Kuleyni (rizvanullahi əleyh) “Üsuli-Kafi” kitabında İbni Sinandan və o da Müfəzzəldən nəql edir: İmam Sadiq (ə) buyurdu: Hər vaxt bizim şiələrimizin ikisinin arasında münaqişə baş versə, mənim malım ilə onların arasında mehribançılıq bərqərar et.
4. Yunis ibni Yəqub deyir: İmam Sadiq (ə) mənə fərman verdi ki, Müfəzzəlin yanına gedib oğlu İsmayılın (ə) ölümü münasıbəti ilə ona baş sağlığı verim. Sonra İmam (ə) mənə belə buyurdu: Müfəzzələ salam ver və ona de: İsmayılın ölüm müsibəti bizə üz verdi və biz səbr etdik. Sən də bizim kimi səbr et. Biz bir şey istəyirdik, Allah başqa bir şey iradə etdi. Biz də Allah taalanın əmrinə təslim olduq.
Mərhum Xoyi (rizv.) “Mücəmu-ricalul-Hədis” kitabında bu hədisdən sonra buyurur: Bu rəvayət İmam Sadiqin (ə) Müfəzzələ çox əlaqəli olmasının nişanəsidir və bu rəvayət səhihdir.
Feyz ibni Muxtar deyir: İmam Sadiqə (ə) ərz etdim: Canım sənə fəda olsun mən Kufə alimlərinin arasında olanda, çox vaxt onların əqidə məsələləri barəsində ixtilafları düşür. Bəzi vaxtlar şəkk edirəm. Amma Müfəzzəl məclisə daxil olandan sonra rahatlanıram və ürəyim aram olur. İmam Sadiq (ə) buyurdu: Bəli Feyz: Həqiqət sən deyən kimidir.
Beləliklə də, o böyük şəxsiyyətin əzəmət və uca məqamı öyrənmək üçün yuxarıda yazılan faklardan biri belə  kifayət edir.

Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

 

 

 

 

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə