Zatın Allah məzhəridir, ya Əli (Xətai)

 Zatın Allah məzhəridir, ya Əli,

Kibrü kin səndən bəridir, ya Əli.

Bu Xətayi qeysərü xaqanü Cəm

Qənbərinin Qənbəridir, ya Əli.

Sayeyi-xurşidi-sübhandır Əli,

əhli-fəqrə şahi-mərdandır Əli,

Ey Xətayi, geymiş aslan kisvətin,

Laləkan qəsrində dərbandır Əli.

*********

Əl Əlidir aləm ümmid əlan,

Əl Əlidir dünyada təcrid əlan.

Əl Əlidir, ey Xətayi, bixəta,

Dünyəvi üqbadə (həm) cavid əlan.

Gər Əlinin mülki-insandır yeri,

Dər həqiqət ərşi-rəhmandır yeri,

Ey Xətayi, kimdə var mehri-Əli,

Rəhməti-həq, baği-rizvandır yeri.

Mən məvali məzhəbəm, rahım Əli,

Hacətim, zikrim, nəzərgahım Əli,

Əldu ənqa tək Xətayi bivücud,

Qafi-qüdrət, sirri Allahım Əli.

 

 

http://garapapag.com