İmam Sadiqin (ə) şəhadəti

 İmam Sadiqin (ə) şəhadəti

Şeyx Kuleyni və başqaları Əbu Əyyub Cozvidən nəql edirlər: Əbu Cəfər Mənsur gecə ikən məni çağırdı. Onun yanına getdim. Mənsur oturacda əyləşmişdi. Onun önündə bir şam və əlində məktublar var idi.

Ona salam deyəndə bir məktubu mənim üstümə atdı və ağlaya-ağlaya dedi: Bu, Məhəmməd ibn Süleyman –Mədinənin valisinin məktubudur. Burada yazılıb ki, Cəfər ibn Məhəmməd həyatla vidalaşıb. Bu zaman üç dəfə dedi: " İnna lillah və inna iləyhi raciun". Cəfər kimisi artıq hardadır?! Sonra mənə dedi: "-Yaz! Mən yazı yazmaq yerinə əyləşdim. Mənsur dedi: - yaz, əgər Cəfər özündən sonra kimə vəsiyyət edibsə onu gətirin və boynunu qılıncla vur! Onun cavabında yazdılar: " Cəfər ibn Məhəmməd beş nəfərə vəsiyyət edib;  Əbu Cəfər Mənsur, Məhəmməd ibn Süleyman, Əbdüllah, övladlarından Musa və Həmidə. Bu adları eşidəndə dedi: " Bunları öldürməyə heç bir yol yoxdur."
İbn Şəhraşub, Mənaqib kitabında Davud ibn Kəsirdən nəql edir: Ərəblərdən biri, Əbu Həmzə Somalinin yanına gəldi. Əbu Həmzə Somali, ondan soruşdu: " Bir xəbərmi var?!" Dedi: " Cəfər Sadiq (ə) dünyadan getdi. Əbu Həmzə bir uca fəryad çəkdi və huşunu itirdi. Özünə gəldikdən sonra soruşdu: Bir kəsə vəsiyyət edibmi? Cavab verdi: Əbdüllah, övladı Musaya və Əbu Cəfər Mənsura vəsiyyət edib. Əbu Həmzə gülüb dedi: Şükür olsun O Allaha ki, bizi hidayət yoluna çəkdi, "kəbiri" ilə bəyan etdi, bizi  səğirinə yönəltdi, böyük bir işi gizli qıldı. Onun nə demək istədiyini sorudşuqda, dedi: " Məqsəd budur ki, -bəyan etdi "kəbir" eyibləri və "səğirə" dəlalət etdi. Səğiri (Musanı) vəsilərə əlavətə etdi və onu onlardan qıldı. İmamlıq əmrini vəsiyyətdə Mənsura gizli edib. Ona görə ki, Mənsurdan vəsi haqqında soruşduqda, ona deyəcəklər ki, imamın vəsisi sənsən. Əbdullah isə İmam Sadiqin (ə) böyük övladı idi. Onda bir fiziki qüsur var idi. İmamda isə nöqsan və eyb olmamalıdır. O, dini höklərdən də xəbərisiz idi...

Məs`udi yazır: Hicri təqvimi ilə 147-ci ildə Mənsurun xəlifəliyindən 10 il keçmişdi ki, Əbu Əbdüllah Cəfər ibn Məhəmməd ibn Əli ibn  Hüseyn ibn Əli ibn Əbi Talib, 65 yaşında vəfat etdi. O, Bəqi məzarlığında atası və babasının məzarının yanında dəfn olundu.

 

İmam Sadiq ələyhis-salama məxsus salavat

Məşhur məddahların səsi ilə

sıra səsləndirən zaman həcm yüklə dinlə
1 Möhsün Fərəhmənd 00:01:15 300 KB دانلود

Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

2 Möhsün Həsənzad 00:01:33 550 KB دانلود

Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

 
  http://www.sibtayn.com/az