Cm.ax04252024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Tanrı qarşısında qorxu

    Səduq, "Xisal" kitabında yazır ki, Malik ibn Ənəs deyir: " (Cəfər ibn Məhəmməd) Sadiqin (ə) hüzuruna gedirdim və o da mənim üçün yastıq qoyur və mənə dəyər verirdi. Buyurardı: " Ey Malik, səni sevirməm."

Mən də buna görə sevinir və Tanrıya şükür edirdim. O böyük insan, həmişə üç haldan xaric deyildi: ya oruc tutar, ya qiyamda (ibadətdə) olar, ya da Tanrını zikr edirədi. O, ən böyük abidlərdən, ən böyük zahidlərdən və Tanrının qarşısında çəkinən və qorxu halətində qalanlardan idi. Hədisləri çox, onunla oturub-durmaq xoş və çox faydalı idi.  Peyğəmbərdən (s) hədis nəql edərkən buyurardı "Qalə Rəsullullah"- çöhrəsi göy və sarı rəngə bürünər və dəyişər - elə bir hala düşərdi ki, dost-tanış üçün tanınımaz olardı.
Bir il, onunla Həccə getmək şərəfinə nail olduq. Ehram zamanı çatan zaman hər nə qədər "ləbbeyk" demək istəsə də səsi boğazından xaric olmurdı və az qalmışdı özünü minikdən yerə atsın! Ona ərz etdim: Ey Rəsulullahın oğlu, De, çarə yoxdur, deməlisən! O, buyurdu: " Ey Əbu Amirin oğlu, `ləbbeyk, əllahummə ləbbeyk` deməyə necə cəsarət tapım?! Qorxuram ki,  Allah əzzu və cəll mənə belə cavab verə ki,  (لا لبيک و لا سعديک )" Qəbul etmədim, kömək etmədim!"

http://www.sibtayn.com/az

 

 

 

 

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə