Cümə04192024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Əhlİ-beyt (ə) Əhlİ-Beyt (ə) İmam Sadiq (ə) Məqalələr İmam Sadiqdən (ə) nəql olunan hədislər

İmam Sadiqdən (ə) nəql olunan hədislər

◘Beş şeyin beş kəsdən görünməyi qeyri-mümkündür: paxıldan nəsihət, düşməndən mehr, fasiqdən ehtiram, qadından vəfa, fəqirdən də heybət.
◘Beş şeyə heç kəs etiraz etmir: Simicin aramlığı yoxdur, paxıl heç vaxt ləzzət görməz, küsəyən adamın vəfası olmaz, yalançının comərdliyi, ağılsızın da alicənablığı olmaz.
◘Ən çox ağlayanlar beş nəfər olub: Adəm (ə), Yəqub (ə), Yusif (ə), Fatimə (ə) və dördüncü imam Həzrət Səccad (ə).
Adəm behiştdən uzaq düşdüyünə görə elə ağlayırdı ki, gözünün suyu sel kimi axırdı. Yəqub Yusifin ayrılığına görə o qədər ağladı ki, ona dedilər: “Vallah sən belə ağlamaqla ya möhkəm xəstəliyə tutulacaqsan, ya da öləcəksən.” Yusif (ə) atasından uzaq düşdüyünə görə o qədər ağladı ki, zindandakılar bezib dedilər: “Ya gecə ağla, gündüz aram qal, ya da gündüz ağla, gecə sakit qal.” O da, nəhayət,
bunların birini qəbul etdi. Fatimə (ə) atasının ayrılığına görə o qədər ağladı ki, bütün Mədinə əhli bundan narahat oldular. Çarəsiz qalıb gedib şəhidlərin qəbri üzərində ağladı. Həzrət Səccad (ə) iyirmi il (yaxud, qırx il) atasından ötrü daim ağlar halda idi.
◘Həzrət Əlinin (ə) yazısında gördük ki, böyük günahların sayı beş qeyd olunub: Allaha şərik qoşmaq, ata-anaya zülm etmək, Allahın hökmündən xəbərdar olduğu halda faizə pul yemək, döyüşdən qaçmaq, müsəlmanların şəhərinə mühacirət etdikdən sonra kafirlərin şəhərinə geri dönmək (dinin vacib hökmlərini yerinə yetirə bilmədiyi halda.)
◘Əbid ibn Zürarə deyir ki, bir gün Həzrət Sadiqə (ə) ərz etdim: “Böyük günahları bəyan edin.” Buyurdu: “Beş günah var ki, Allah onlardan ötrü cəhənnəm atəşi vəd edib:
1) Yetimin malını yemək; Bu barədə buyurub: “Yetimlərin mallarını yeyənlər qarınlarını odla doldururlar, tezliklə onlar cəhənnəmə daxil olacaqlar.
2) Riba; Bu barədə buyurub: “Ey möminlər! Allahdan qorxun və faizli puldan əl götürün...”
3) Döyüşdən qaçmaq; Bu barədə belə buyurub: “Ey möminlər! Döyüşdə kafirlərlə üz-üzə gəldiyiniz zaman dönüb qaçmayın...”
4) İffət sahibi olan ərli qadınlara böhtan atmaq;
5) Qəsdən mömini öldürmək.
(Böyük günahlar çoxdur. Lakin, hər bir münasib anda şəxs və məkan nəzərə alınaraq onlardan bir neçəsi bəyan olunub.)
◘Dostluğun şərtləri və hədləri var. Bu həddi-hüduda riayət etməyənləri kamil dost hesab etmə. Hər kəs də ki, ümumiyyətlə, bu şərtlərdən xaric oldu, ona heç dost demə. Şərtlər və hüdudlar bunlardır; gizlini də aşkarı da bir olsun. (Heysiyyəti sənin heysiyyətin, xiffəti də sənin xiffətin olsun), malı pulu onun dostluğuna heç bir təsir göstərməsin, qüdrəti çatan heç bir şeyi əsirgəməsin, çətinliklər zamanı səni tək qoymasın.
◘Hər kəsdə bu beş xüsusiyyətdən biri olmasa heç kəs ondan faydalana bilməz; vəfa, tədbir, həya, xoş xasiyyət və azadlıqsevən.
◘Hər kəs bu beş nemətdən birinə sahib olmasa həyatın şirinliyini dadmaz və həmişə fikri ayrı yerdə (qarışıq) olub daim özü ilə məşğul olar; bədənin sağlamlığı, əmniyyət, geniş ruzi və münasib munis. Ravi deyir: “Soruşdum, münasib munis kimdir? “ Buyurdu: “Saleh qadın, saleh övlad və saleh dost. Beşincisi isə bunların dördünə də sahib olmaqdır.”
◘İnsanlar arasında paylanan ən az şey beşdir: yəqin, qənaət, səbr, şükür və bunların hamısına sahib olan əql.
◘Şeytan deyib: “Beş nəfərdən başqa hamı mənim əlimdədir:

1) Səhih niyyətlə bütün işlərdə Allaha təvəkkül edənlər;
2) Gecə-güdüz çoxlu zikr deyənlər;
3) Özü üçün istədiyi hər bir şeyi mömin qardaşından ötrü də istəyənlər;
4) Müsibət zamanı səbr edənlər;
5) Öz qismətinə razı olub ruzi dərdi çəkməyənlər.

 Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

 

 

 

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə