Çr.ax04162024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Əhlİ-beyt (ə) Əhlİ-Beyt (ə) İmam Cavad (ə) Məqalələr Ehram bağlamış şəxsin heyvan ovlamasının müxtəlif hallarının hökmü

Ehram bağlamış şəxsin heyvan ovlamasının müxtəlif hallarının hökmü

 (Yəhya ibn Əksəmin mübahisəsi sona çatır) və məclisdə gedən müzakirədən sonra camaat çıxıb gedir və təkcə xəlifənin yaxın qohum-əqrəbası qalır. Məmun İmam Cavad əleyhissəlama üzünü tutub deyir: “Başına dönüm yaxşı olar ki ehram bağlamış şəxsin heyvan ovlaması üçün qeyd etdiyiniz müxtəlif halların hökmlərini bəyan edəsiniz biz də öyrənək.”

İmam Cavad (əleyhissəlam) buyurdu: “Bəli əgər ehram bağlamış şəxs hərəmdən kənarda heyvan ovlayarsa və ovladığı heyvan böyük quşlardan olarsa bir qoyun kəffarə verməlidir yox əgər hərəmin daxilində ovlamışdırsa kəffarəsi iki bərabərdir. Əgər hərəmdən kənarda quşun balasını öldürmüşdürsə süddən təzəcə ayrılmış bir quzu kəffarə verməlidir əgər həmin quş balasını hərəmin daxilində öldürmüşsə onda həm süddən təzəcə ayrılmış bir quzu həm də həmin heyvanın pulunu kəffarə verməlidir. Əgər ovladığı çöl heyvanlarındandırsa bunun müxtəlif halları ola bilər. Vəhşi ulağı öldürmüşdürsə bir inək dəvəquşu öldürmüşsə bir dəvə ceyran öldürmüşsə, bir qoyun kəffarə verməlidir. Ancaq bu şərtlə ki bunları hərəmdən kənarda öldürmüş olsun. Əgər bunları hərəm daxilində öldürərsə onda qeyd etdiklərimizin iki bərabərini kəffarə verməlidir. Ehram bağlamış şəxs elə bir iş görə ki qurbanlıq (bu qurbanlıq kəffarə ünvanındadır) ona vacib ola əgər bu vaxt o təməttö həccindədirsə qurbanı Minada kəsməlidir yox əgər ümrə həccindədirsə onda qurbanı Məkkənin özündə kəsməlidir. Ehram halında heyvan ovlamağın haram olmasını bilənlə bilməyənin heç bir fərqi yoxdur ancaq bilərəkdən öldürmüşsə (kəffarədən əlavə) günah da etmişdir bilmədən öldürmüşsə heç bir günahı yoxdur (və sadəcə olaraq yalnız kəffarə verməlidir). Ehram halında heyvan ovlamış (öldürmüş) şəxs azaddırsa kəffarəsi öz boynuna quldursa, kəffarəsi sahibinin boynundadır. Ehram halında heyvan öldürmüş şəxs uşaqdırsa ona heç bir kəffarə düşmür əgər böyükdürsə, kəffarəsini verməlidir. Gördüyü bu işdən peşiman olan şəxsə (bu işinə görə) Axirət əzabı yoxdur ancaq işindən peşiman olmayan şəxsə isə bu işinə görə Axirət əzabı var.”
Baş qazı heyran qalır
(İmam Cavad əleyhissəlamın yuxarıdakı sözündən sonra) Məmun deyir: “Afərin ey Cavad! Allah sənə xeyir versin! İndi yaxşı olar ki Yəhya ibn Əksəm sənə sual verdiyi kimi sən də ona bir sual verəsən.” İmam Cavad (əleyhissəlam) Yəhyaya buyurur: “Soruşum?” Yəhya deyir: “Başına dönüm ixtiyar sahibi sizsiniz əgər bilsəm cavabını verərəm bilməsəm də sizdən öyrənərəm.” İmam Cavad (əleyhissəlam) buyurur: “Mənə de görüm, necə olur ki bir kişi sübh tezdən bir qadına baxır və bu baxmağı haram olur ancaq elə ki, günəş çıxır həmin qadın o kişiyə halal olur. Günorta olduqda yenə qadın kişiyə haram olur günortadan keçcək yenə halal olur. Günəş batdıqda qadın kişiyə haram olur amma axşam olduqda isə yenə halal olur. Gecə yarısı olcaq qadın kişiyə haram olur dan yeri söküləndə, yenə qadın halal olur? Bu hansı qadındır və nəyə görə kişiyə halal və haram olur?” Yəhya ibn Əksəm deyir: “Allaha and olsun ki mən bu sualın cavabını bilmirəm. Əgər məsləhət bilirsinizsə onun cavabından bizi xəbərdar edin.” İmam Cavad (əleyhissəlam) buyurdu: “Bu qadın bir kişinin kənizi olub sübh tezdən bir yad kişi ona baxır və bu baxışı haram olur elə ki günəş çıxır həmin kişi kənizi sahibindən alır beləliklə də, kəniz ona halal olur. Günorta olduqda kənizi azad edir o da artıq, kişiyə haram olur. Günortadan keçdikdə onunla evlənir və qadın halal olur. Günəş batarkən öz qadını ilə zihar (qanuni nikahlarını özlərinə haram) edir buna görə də, qadın ona haram olur axşam vaxtı isə ziharın kəffarəsini verərək qadını yenidən özünə halal edir. Gecə yarısı olcaq ona təlaq verir (onu boşayır) və qadın ona haram olur dan yeri söküldükdə isə təlaqını geri götürür və beləliklə də, qadın ona halal olur.”

İmam Məhəmməd Təqiyə (ə) məxsus salavatı dinlə ►►

İmam Məhəmməd Təqinin (ə) ziyarətini dinlə ►►

Yazının tərtibində tərcümə olunmuç kitabların elektron versiyasından istifadə olunur.

 

 

 

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə