Cm.ax03282024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Əhlİ-beyt (ə) Əhlİ-Beyt (ə) İmam Cavad (ə) Məqalələr Çalğıçının əli iflic oldu

Çalğıçının əli iflic oldu

 Məhəmməd ibn Rəban nəql edir: Məmun, (İmam Məhəmmət Təqi ələyhis-salamı bədnam etmək) hədəfinə çatmaq üçün bütün yollara baş vururdu. Lakin onlardan heç biri nəticə vermirdi. Məsələn, öz qızı Ümmül-Fəzli İmamla evləndirdiyi zaman yüz kəniz seçdi. Onlardan hər biri əlində gövhərlə dolu cam tutmuşdu.

Məmun kənizlərə göstəriş verdi ki, İmam, bəylik məqamında oturduqdan sonra onun önünə gedib ona "xoş gəldin" desinlər. Kənizlər həzrətə tərəf  tələsdilər. Onlar İmama "xoş gəldin" desələr də İmam onlara heç bir iltifat göstərmədi. Məmun sarayında uzunsaqqallı, xoş görünüşlü Muxariq adlı  bir ud çalan var idi. O, məmuna dedi: " Həzrəti, oyun-əyələncəyə vadar etməyi bacararam. Bu minvalla İmam Cavadın (ə) önündə oxumaq üçün oturdu. Məclis iştirakçıları Muxariqin ətrafına toplandı.
O, ud çalmağa başlayanda İmam Cavad (ə) mübarək başını ona tərəf dolandıraraq (tərs baxaraq) tünd əzəmət və heybətlə  buyurdu: "Allahdan qorx, ay uzunsaqqal!" Muxariqin əli hərəkətdən düşdü və daha heç vaxt ud çala bilmədi. Bir gün Məmun, Muxariqin başına gələn bəla haqqıda ondan soruşdu. Muxariq dedi: " İmam Cavad (ə) mənə elə tərs baxdı ki, onun əzəmətindən bir qorxuya düşdüm ki əlim iflic oldu. İndiyədək də yaxşı olmayıb. (Əl-Kafi, c.1 s. 494 ...)

İmam Cavadın (ə) ziyarətinaməsini dinlə ►►

http://www.sibtayn.com/az

 

 

 

 

 

Nəzərinizs  

0 #1 irəli: Çalğıçının əli iflic olduZuleyxa 2012-11-01 07:41
subhanallah. Allah razi olsun.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə