Cümə04192024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə

Məqalələr

Başqasına səcdə etmək?

 Bir şəxsin şənini ucaltmaq və ehtiram göstərmək üçün - səcdə etmək niyyətiylə olmasa - insanın özünü yerə atması, küfr və şirk deyildir. Həzrəti Yusifin (ə) qardaşlarının onun qarşısında etdikləri səcdə, bu qismdəndir və orada olan iki peyğəmbər - həzrəti Yaqub və həzrəti Yusif onların bu işinə mane olmadılar. Allah-təala «Yusif» surəsinin 100-cü ayəsində bu mövzu haqqında açıq-aydın belə buyurur: «Anasıyla atasını taxtda oturtdu və onlar [hamısı] buna (nemətə) görə [Allaha] səcdə etdilər. Dedi: «Atacan, bu daha əvvəlki yuxumun yozumudur. Doğrusu, Rəbbim onu gerçəkləşdirdi».
Quran, bir neçə ayədə, mələklərin, həzrəti Adəmə (ə) səcdə etdiyi buyurub. Sizin söylədiyiniz kimi, (ibadət niyyəti olmadan) səcdə şəklində özünü toprağa atmaq şirk olursa, o zaman həzrət Yusifin qardaşları və müqqərrəb mələklərin hamısı müşrik, sadəcə səcdəni tərk edən lənətli İblismi müvəhhid olur?! Halbuki, onların hamısı tək Allaha etaqlı idi və Ona itaət edirdilər.

Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

 

 

 

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə