Cm.ax04182024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə

Məqalələr

Xızır, peyğəmbərdirmi?

Həzrət Xızırın peyğəmbər və ya təkcə saheh bəndələrdən olduğu haqqında söhbətlər var. Bəzi yazılarda deyilir ki, Xızır və Zülqərneyn peyğəmbər olmayıblar, onların hər ikisi alim imişlər. Bərid ibn Müaviyə, İmam Baqir (ə) və İmam Sadiqdən (ə) rəvayət edir ki, həzrət buyurub: Sahibi-Musa -Xızır və Zülqərneyn peyğəmbər olmayıblar, alim idilər.
Amma alimlərdən bir çoxu bəzi ayə və rəvayətlərə istinad edərək həzrət Xızırın (ə) peyğəmbərlərdən biri olduğuna etiqadlıdırlar. Alimlərdən bir çoxu məhz bu ayəni dəlil gətirərək onun peyğəmbər olduğunu deyirlər:و ما فعلت عن امری "Heç vaxt bu işləri özümdən etmədim." Əllamə Təbatəba də, bu barədə öz mülahizələrini sadaladıqdan sonra həzrət Musa və Xızır və Musanın hekayəsini dəlil gətirir və buna əlavə edir: Məhəmməd ibn Əmmarə, İmam Sadiqdən (ə) rəvayət edir ki, həzrət Xızır peyğəmbər olub və Allah Taala onu öz qövmünə göndərib.

http://www.sibtayn.com/az

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə