Şn04202024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Şiə sözü Siz, dininizi satdınız və biz aldıq

Siz, dininizi satdınız və biz aldıq

Bu hadisə, Fransanın super marketlərinin birində baş verib. Hicablı bir xanım, super marketdə lazım olan şeyləri götürdükdən sonra ödəmək üçün kasserə yaxınlaşdı. Orada oturan kasser, milliyətcə ərəb və hicabsız bir xanım idi.

O, hicablı xanıma həqarətli baxışla baxdı. Təkəbbürlü halda avtohesablayıcı ilə onun aldığı malların kodunu qeyd edir və onları stolun bir güşəsinə atırdı. Üzündə rübənd olan hicablı qadın isə onun davranışını soyuqqanlılıqla qarşılayır və heç bir söz demirdi. Bu isə qarşı tərəfin daha da hiddətini artırırdı. Nəhayət kasser xanım dözməyib dedi:
-Fransada özümüzün min cür problemimiz və gərginliyimiz var. Sənin üzündə olan bu niqab da o problemlərdən biridir. Bunun da səbəbkarı sən və sənin kimilərdir. Biz buraya iş üçün- yaşamaq üçün gəlmişik, din və tariximizi nümayiş etdirməyə gəlməmişik!" Əgər öz dinini nümayişə qoymaq istirsənsə, üzünü niqabla bağla, get öz ölkənə və hər cür istirsənsə yaşa!
Hicablı xanım aldıqlarını paketə yığıb kasserə baxdı....üzüdən niqabı götürdü. Hicablı xanım, göz-qaşı kosmetika ilə boyanmış fransalı bir xanım idi. O, bunu görən və yerində heyrətdən donub qalmış kasserə dedi:
-Mən, fransalıyam və ata-babam da fransalıdır. Bura vətənimdir...Siz, dininizi satdınız və biz aldıq.

 

www.sibtayn.com
  

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə