Cm.ax04252024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə

Məqalələr

Gecə namazının tə`sirni daşıyan bir kəlmə

Salam Allahın adıdır

 هُوَ اللَّهُ الَّذِی لَا إِلَهَ إِلَّا هُوَ الْمَلِکُ الْقُدُّوسُ السَّلَامُ


Oxunuşu: Huvəl-ləzi La ilahə illə Huvə əl-Məliku əl-Quddusu əs-Səlamu (Həşr surəsi, ayə, 23)


Tərcümə: "O, tək Allahdır ki, Ondan başqa mə`bud yoxdur, Malik və Hakimdir, hər bir eybdən pakdır, heç bir kəsə zülm etməz."

İmam Sadiq ələyhis-salalm, uca ata-babasından nəql edir ki, Peyğəmbər səlləllahu ələyhi və alih həzrət Əli ələyhis-salama vəsiyyətində buyurub: Üç şey günahların örtülməsinə səbəb olar: Aşkar salam vermək, yemək vermək, gecə namazı qılmaq.

Allah taala bəndələrinə icazə verib ki, görüşdükləri zaman bir-birlərinə salamı hədiyyə versinlər, bununla da yaxşılıqların qapısını açsınlar. Məhz bu üzdən salam vermək çox

tövsiyə olunub.
Salamı unutmayın
İmam Məhəmməd Baqir (ələyhis-salam): "Allah (Əzzə və Cəl) ucadan salam verməyi sevər."
İmam Sadiq (ələyhis-salam): "Hər kəs dörd şeyi mənimlə əhd etsə mən də cənnətdə dörd evi ona zəmanət edərəm (ki, onlardan biri) aşkar salam verməkdir."
Salam verməyən paxıldır
İmam Sadiq (ələyhis-salam): "Allah (Əzzə və Cəl) Paxıl o şəxsdir ki, salam verməyə paxıllıq etsin."

İmam Rza (ələyihis-salam) uca ata-babalarından nəql edib ki, Allahın Rəsulu (səlləllahu ələyhi və alih)  buyurub: Beş şeyi ömürümün sonunadək tərk etməyəcəm (ki, onlardan biri kiçiklərə salam verməkdir, məndən sonra adət olsun.

Hamıya eyni tərzdə salam verin
İmam Rza (ələyhis-salam): "Hər kəs yoxsul bir müsəlmanla rastlaşsa və onunla salamlaşması, sərvətlilərlə salamlaşmasından fərqlənsə, qiyamət günü Allahla görüşən zaman, Allahı qəzəbli halda görər."

Salam verməyənə cavab vermə
İmam Sadiq (ələyhis-salam) cəddi Rəsulullah səlləllahu ələyhi və alihdən nəql edib ki, hər kəs salamdan öncə sözə başlasa, ona cavab verməyin.
Salamın cavabı vacibdir
İmam Sadiq (ələyhis-salam): "Naməyə cavab vermək salamın cavabı kimi vacibdir və salamla başlayan Allahın və Rəsulunun yanında layiqlidir."
İmam Sadiq (ələyhis-salam) Allahın Rəsulundan nəql edir ki, buyurub: " Salam vermək müstəhəb və cavabı isə vacibdir."

www.sibtayn.com

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə