Müqəddəs məkanlarımız təhlükədədir

Dünyanın hansı yerində olursa-olsun müharibə və insanların qətlini heç bir bəşər sevmir. Təəssüflər olsun ki, bəzi insanlar çirkin siyasət uğrunda çirkin əməllərə əl atırlar. Görəsən müharibələrdə qətlə yetirilən körpələrin və günahsızların cavabını kim verəcək ?! Suriyada davam edən vətəndaş müharibəsi də bu günün bəşəriyyət faciəsidir. Xüsusən də müqəddəs məkanlarımızı döyüş alayına çevirənləri isə insan adlandırmaq olmaz. Yəqin ki, onlar üçün dünyada  müqəddəs heş bir şey yoxdur. Törədilən müxtəlif yaramazlıqlar sanki vəhşi xislətli kəslərə bəs etmir. İndi də Əhli-beytin (ə) kədər dolu həyat yaşamış müqəddəs xanımı həzrət Zeynəb ələyha salamın məzarına qarşı hörmətsiz davranmağa başlayıblar. Torpağını-qapsını öpüb göz üstə qoyduğumuz müqəddəs məkanı top-tüfəngə hədəf edənlər yəqin ki heç bir dinə mənsub olmayan vəhşi heyvanlardır. Açılmış atəş, pak hərəmin yaxınlığına düşüb. Allah bunu törədənlərə lənət etsin!
Biz, "Sibtəyn Beynəlxalq Müəssisəsi"-nin əməkdaşları olaraq bu çirkin əməlləri pisləyirik!