Qurana əsasən ən böyük günah hansıdır?!

Ümidsizlik ən böyük günahdır. 

وَ لا تَیْأَسُوا مِنْ رَوْحِ اللّهِ إِنَّهُ لا یَیْأَسُ مِنْ رَوْحِ اللّهِ إِلاَّ الْقَوْمُ الْکافِرُونَ


Tərcümə: Allahın rəhmətindən mə`yus olmayın; Allahın rəhmətindən təkcə kafir qövmdən başqası mə`yus olmaz. (Yusif surəsi, ayə: 87)


Cabir nəql edir ki, bir qadın Peyğəmbərə (səlləllahu ələyhi və alih) ərz etdi:  "Bir qadın öz uşağını öz əli ilə öldürdü. Onun üçün tövbə varmı?
Buyurdu: "And olsun O Allaha ki, Məhəmmədin (səlləllahu ələyhi və alih) canı Onun qüdrət əlindədir, əgər o qadın yetmiş peyğəmbəri öldürmüş olsa, peşiman olub tövbə etsə və Allah da onun (tövbəsinin) doğruluğunu, bir daha günaha qayıtmayacağını bilsə, tövbəsini qəbul, günahlarını əfv edər. Həqiqətən də tövbə edən günah etməyən kimidir."


www.sibtayn.com