Cümə04192024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Əhlİ-beyt (ə) Əhlİ-Beyt (ə) Həzrət Məhəmməd (s) Həyatı Hzərət Məhəmməd (s) şəhadəti - mesaj bölüməsi Peyğəmbərin (s) çox qadınlarla evlənməsinin səbəbini bilirsinizmi?

Peyğəmbərin (s) çox qadınlarla evlənməsinin səbəbini bilirsinizmi?

Peyğəmbərin (səlləllahu ələyhi və alih) yaşadığı əsri və şəraiti mütaliə etdiyimiz zaman məlum olur ki, onun bütün nigahları xüsussi məsləhətlərlə bağlıdır. Bu isə onun fədakarlığını göstərir. İslam hökumətinin yenicə yarandığı, siyasi-ictimai problemlərin kifayət qədər olduğu bir zamanda müxtəlif ruhiyyələrə sahib çox sayda qadınlara sahib çıxmaq rahat iş deyildi. Həzrət (səlləllahu ələyhi və alih), gənc yaşlarında qırx yaşlı Xədicə (ələyha salam) ilə evləndi və illərlə digər qadınla evlənmədi. Onun başqa nigahları ömrünün son on ilində oldu. Evləndiyi qadınların çoxu yaşlı və yetim uşaqları var idi. Peyğəmbər (səlləllahu ələyhi və alih) təkcə onlara və onların yetim uşaqlarına sahib çıxmaq, onlara dəstək vermək üçün evlənirdi. Bu nigahlardan bir neçəsi də müxtəlif ərəb qəbilələrini dinə meyilli etmək və düşmənlikləri aradan qaldırmaq məqsədi ilə həyata keçib.
Həzrətin ilk həyat yoldaşı Xədicə (ə.s), Məkkənin sayılıb seçilən və sərvətli sülalələrindən birinə mənsub idi. Yüksək əxlaqi dəyərlərləri və əmanətdarlığı ilə məşhur olan peyğəmbərə, evlənmək təklifini özü verdi. O, islamın inkişaf etməsi və məkkəli müsəlmanlara dəstək vermək üçün bütün sərvətini xərclədi.

Sudə, həzrətin həyat yoldaşılarından biri olub. Onu həyat yoldaşı Həbəşəyə hicrət etdikdən sonra vəfat etmiş və o, tək və köməksiz qalmışdı. Öz xərcini belə təmin edə bilmirdi. Maddi məcburiyyət üzündən islam dinindən əl götürüb özünün bütpərəst ailəsinə qayıtdı. Bu zaman Allahın Rəsulu (səlləllahu ələyhi və alih), dinin yayılması və bir mühacir müsəlman qadının zəhmətlərini dəyərləndirmək, ona təskinlik -dəstək vermək üçün onunla evləndi. Sudə, görünüşə və sərvətə sahib deyildi. Peyğəmbər (səlləllahu ələyhi və alih), təkcə onu himayəyə götürmək üçün onunla evləndi...
(Məqalə ixtisarla tərcümə olunub)
www.sibtayn.com

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə