Cümə03292024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Şiə sözü Quranın bir möcüzəsi + foto

Quranın bir möcüzəsi + foto

Avropa ölkələrində birində, ən şimalda yerləşən Danimark şəhərində Quranın bir nişanəsini görmək olar.
Turist şəhəri sayılan Skagen bunun bariz nümunəsidir. Baltik və Şimal dənizinin birləşdiyi nahiyə! İki başqa-baqşa dəniz -lakin birləşib bir dəniz olmurlar və beləliklə də belə bir gözəl mənzərə yaranır. Bu

da, Quranda nazil olan məkandır.
Quranda dəfələrlə Allahın yer üzündə olan nişanələri və dəlilləri haqqında eşitsək də, lakin ətrafımıza diqqət etməmişik. Şəkildə gördüyünüz məkan, müxtəlif ayələrdə Allahın buyurduğu o dəlillərdən biridir.

 

 

Belə bir qəribə və gözəl mənzərini müşahidə etməklə insan daha da dərin düşüncəyə dalır:


مَرَجَ الْبَحْرَیْنِ یَلْتَقِیانِ 19 بَیْنَهُما بَرْزَخٌ لا یَبْغِیانِ 20 فَبِأَیِّ آلاءِ رَبِّکُما تُکَذِّبانِ 21  یَخْرُجُ مِنْهُمَا اللُّؤْلُؤُ وَ الْمَرْجانُ  22.  


19. (Suları şirin və acı olan) iki dənizi O qovuşdurdu (bir-birinə qovuşmaq üçün açıb buraxdı).
20.    Amma onların arasında maneə vardır, bir-birinə qarışmazlar (özləri üçün müəyyən edilmiş həddi aşmazlar).
21.    Elə isə Rəbbinizin hansı nemətlərini yalan hesab edirsiniz?
22.    Onlardan (o iki dənizdən) inci və mərcan çıxar.

Mübarək "Rəhman" surəsi, ayə: 19, 20, 21, 22.

www.sibtayn.com

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə