Namazı təxirə salmamaq üçün bir qızıl söz

Bir gün namazı təxirə saldığı üçün həddən artıq narahat olmuşdu. Özündən soruşdu: nə üçün mən bütün proqramlarımı vaxtında yerinə yetirirəm, amma namazı yox?! Halbuki mənim həyatımın ən mühüm və`dəsi, o səslənən azan vaxtına təyin olunub!!!


Ondan sonra namazın əvvəl vaxtında onun vaxtını ala biləcək hər kəsə, hər şeyə ehtiramla belə deyirdi: Bağışlayın, mənim bir nəfərlə vacib görüşüm var!
Hər zaman telefonu zəng çalanda və ya smslə səslənəndə ona baxmadan öz-özünə bu cümləni deyirdi. Televizorda da onun maraqlandıran maraqli bir proqram olsaydı o sözü deyərdi.
Hətta gecədən bəri onu yuxudan oyatsın deyə qurulmuş telefon sübh azanına bir az qalmış səslənir, oda ixtiyarsız olaraq "qoy on dəqiqə də yatım" deyə şübhəyə düşəndə, qətiyyətlə bu vəsvəsəyə belə cavab verirdi: Yox, mənim bir nəfərlə vacib görüşüm var!

Məqaləni göndərən: Zəhra