Çr.ax04232024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Ramazan Ramazan yazıları Peyğəmbər (s) nə ilə iftar edərdi?!

Peyğəmbər (s) nə ilə iftar edərdi?!

İmam Baqir ələyhis-salamdan nəql olunub ki, Peyğəmbər (səlləllahu ələyhi və alih) su və xurma, yaxud su və rütəb (xurmaya bənzər giləmeyvə) ilə iftar edərdi.  Şirini və halva olmasaydı su, bəzən də neydən (bitki) əldə olunmuş şəkər, o da olmasaydı mülayim su ilə iftar edər və buyurardı: O, qaraciyər və mə`dəni təmizləyir, ağızı xoş iyli edir, dişlərin kökünü və görmə qabiliyyətini gücləndirir.


Ümumiyyətlə rəvayətlərdən belə bir nəticəyə gəlmək olar ki, Peyğəmbər (səlləllahu ələyhi və alih) imkan olduğu halda, halva, xurma kimi hər hansı şirin bir yeyinti vasitəsi ilə, onlar da olmasa, mülayim su ilə iftar edərdi. İbn Tavus, İmam Baqir ələyhis-salamdan nəql edir ki, həzrət Əli ələyhis-salam südlə iftar etməyi sevərmiş.

www.sibtayn.com

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə