Cm.ax04252024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Ramazan Ramazan yazıları Yer üzündə ilk oruc tutan şəxs kimdir?

Yer üzündə ilk oruc tutan şəxs kimdir?

Bəzi rəvayətər əsasən ilk şəxs oruc tutan şəxs həzrət Adəm (ə) olub. Peyğəmbər səlləllahu ələyi və alihdən bizə çatan bir hədisdə oxuyuruq:


إِنَّ آدَمَ ع لَمَّا أَکَلَ مِنَ الشَّجَرَةِ بَقِیَ فِی بَطْنِهِ ثَلَاثِینَ یَوْماً فَفَرَضَ اللَّهُ عَلَى ذُرِّیَّتِهِ ثَلَاثِینَ یَوْماً الْجُوعَ وَ الْعَطَشَ وَ الَّذِی یَأْکُلُونَهُ بِاللَّیْلِ تَفَضُّلٌ مِنَ اللَّهِ عَزَّ وَ جَلَّ عَلَیْهِمْ وَ کَذَلِکَ کَانَ عَلَى آدَمَ

Tərcümə:

"Həzrət Adəm (ə) qadağan olunmuş ağacın meyvəsindən yeyən zaman o meyvə onun qarnında 30 gün qaldı. Ondan sonra Allah-Taala həzrət Adəmə (ə) və onun nəslinə otuz gün aclıq və susuzluğu vacib etdi. Gecə yeməyin isə Allah tərəfindən buyurulmuş bir dəlili var.
Bu rəvayətdən aydın olur ki, bəşər tarixində ilk oruc tutan şəxs həzrət Adəm (ə) olub və orucun vacib olma tarixçəsi isə həzrət Adəmin (ə) yaradılışına qayıdır.
Digər rəvayətlərdən isə məlum olur ki, Peyğəmbərin (səlləllahu ələyi və alih) tərəfdarlarından və müsəlmanlardan ilk oruc tutan şəxs İmam Əli ələyhis-salam olub:


...قَالَ أَبُو سَعِیدٍ الْخُدْرِیِّ کُنْتُ مَعَ النَّبِیِّ (ص) بِمَکَّةَ إِذْ وَرَدَ عَلَیْهِ أَعْرَابِیٌّ طَوِیلُ الْقَامَةِ عَظِیمُ الْهَامَةِ مُحْتَزِمٌ بِکِسَاءٍ وَ مُلْتَحِفٌ بِعَبَاءٍ قُطْوَانِیٍّ قَدْ تَنَکَّبَ قَوْساً لَهُ وَ کِنَانَةً فَقَالَ لِلنَّبِیِّ (ص) یَا مُحَمَّدُ أَیْنَ عَلِیُّ بْنُ أَبِی طَالِبٍ مِنْ قَلْبِکَ
فَبَکَى رَسُولُ اللَّهِ (ص) بُکَاءً شَدِیداً حَتَّى ابْتَلَّتْ وَجْنَتَاهُ مِنْ دُمُوعِهِ وَ أَلْصَقَ خَدَّهُ بِالْأَرْضِ ثُمَّ وَثَبَ کَالْمُنْفَلِتِ مِنْ عِقَالِهِ وَ أَخَذَ بِقَائِمَةِ الْمِنْبَرِ ثُمَّ قَالَ یَا أَعْرَابِیٌّ وَ الَّذِی فَلَقَ الْحَبَّةَ وَ بَرَأَ النَّسَمَةَ وَ سَطَحَ الْأَرْضَ عَلَى وَجْهِ الْمَاءِ لَقَدْ سَأَلْتَنِی عَنْ سَیِّدِ کُلِّ أَبْیَضَ وَ أَسْوَد وَ أَوَّلُ مَنْ صَامَ وَ زَکَى وَ تَصَدَّقَ وَ صَلَّى الْقِبْلَتَیْنِ وَ بَایَعَ الْبَیْعَتَیْنِ وَ هَاجَرَ الْهِجْرَتَیْنِ وَ حَمَلَ الرَّایَتَیْنِ وَ فَتَحَ بَدْراً وَ حُنَیْنَ ثُمَّ لَمْ یَعْصِ اللَّهَ طَرْفَةَ عَیْنٍ قَالَ فَغَابَ الْأَعْرَابِیُّ مِنْ بَیْنِ یَدَیْ رَسُولِ اللَّهِ ص فَقَالَ رَسُولُ اللَّهِ ص لِأَبِی سَعِیدٍ یَا أَخَا جُهَیْنَةَ هَلْ عَرَفْتَ مَنْ کَانَ یُخَاطِبُنِی فِی ابْنِ عَمِّی عَلِیِّ بْنِ أَبِی طَالِب
قال : الله و رسوله اعلم
قال : کان والله جبرئیل هبط من السماء الی الارض لیاخذ عهودکم و مواثیقکم لعلی بن ابیطالب»؛


Tərcümə: Əbu Səid Xidri, deyir: Allahın Elçisi ilə Məkkədə idim. Bir uca qamətli . ...ərəb gəlib dedi: Ey Məhəmməd! Əlini nə qədər sevirsən? Peyğəmbər (səlləllahu ələyhi və alih) buyurdu: " Peyğəmbər (səlləllahu ələyhi və alih) elə bir şəkildə bərk ağladı ki, göz yaşları üzündən süzüldü. Sonra üzünü yerə qoyub özündən xəbərsiz hala düşdü, yerindən sıçrayıb minbərin ayağını tutdu buyurdu: " Ey Ərəb! And olsun O şəxsə ki, toxumu açıb ondan bitki göyərdir və and olsun O şəxsə ki, yeri suyun üzərindən genişlədib; hər qara və ağın sərvər və rəhbəri haqqıda məndən soruşursan? O şəxs haqqında soruşursan ki, oruc tutub zəkat-sədəqə verib, iki qibləyə namaz qılıb, yenidən beyət edib, hicrət edib, ələmdar olub, Bədr və Hüneyni fəth edib. Elə bir şəxs ki, bir göz qırpımında Allaha günah etməyib."Bu halda ərəb, Peyğəmbərin (səlləllahu ələyhi və alih) gözündən qeyb oldu. Sonra Peyğəmbər (səlləllahu ələyhi və alih) mənə buyurdu: " Ey (Cəhinə qəbiləsindən olan) qardaş! Əmimoğlu Əli ibn Əbu Talib haqqında söz soruşan bu şəxsi tanındın?
Ərz etdim: Allah və Elçisi daha yaxşı bilir.
Buyurdu: "And olsun Allaha ki, Cəbrəil idi, səmadan nazil olmuşdu ki, Əli ibn Əbi Talib (onun vilayəti) üçün  sizdən əhd-peyman alsın."
"Əmali", Şeyx Səduq: s. 260
Əl-Məhasin: c.2, s.331
www.sibtayn.com

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə