Çr04242024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Əhlİ-beyt (ə) Əhlİ-Beyt (ə) İmam Əli (ə) Məqalələr İstiğfar, həzrət Əli ələyhis-salamın dili ilə

İstiğfar, həzrət Əli ələyhis-salamın dili ilə

İstiğfar və tövbə fərqli sözlərdir. (İstiğar-yə`ni: Əstəğfirullahi Rəbbi və ətubu iləyh- Alladan bağışlanamaq diləmək)
Tövbə əgər istiğfarla - günahı tərk emək peşmançılıq və heyfslənməklə birgə olsa günahalara dərman ola bilər. Məğfirət odur ki, bəndəyə Allahdan çatacaq əzabın qarşısını aslın. Bu isə o deməkdir ki, insan təkcə dili ilə deyil, əməlində də göstərməlidir. Bağışlanamaq istəmək tövbə mənasında deyil. Tövbə, günahı tərk etmək və bir daha günaha qayıtmamaqla birgə olan peşmançılıqdır. İstiğfar isə bağışlanmaq istəyidir.
Bir çox ayələrdə buna işarələr var:


وَمَا كَانَ اللَّهُ لِيُعَذِّبَهُمْ وَأَنْتَ فِيهِمْ ۚ وَمَا كَانَ اللَّهُ مُعَذِّبَهُمْ وَهُمْ يَسْتَغْفِرُونَ


Sən onların arasında olduğun halda Allah onlara əzab verməyəcək. Bağışlanmalarını dilədikləri zaman da Allah onlara əzab verən deyildir. (Ənfal:33)


وَيَا قَوْمِ اسْتَغْفِرُوا رَبَّكُمْ ثُمَّ تُوبُوا إِلَيْهِ يُرْسِلِ السَّمَاءَ عَلَيْكُمْ مِدرَارًا وَيَزِدْكُمْ قُوَّةً إِلَىٰ قُوَّتِكُمْ وَلَا تَتَوَلَّوْا مُجْرِمِينَ


Ey qövmüm! Rəbbinizdən bağışlanma diləyin, sonra da Ona tövbə edin ki, göydən sizə bolluca yağış yağdırsın və gücünüzü daha da artırsın. Günahkarcasına üz çevirməyin. (Hud: 52)


وَمَا أَرْسَلْنَا مِنْ رَسُولٍ إِلَّا لِيُطَاعَ بِإِذْنِ اللَّهِ ۚ وَلَوْ أَنَّهُمْ إِذْ ظَلَمُوا أَنْفُسَهُمْ جَاءُوكَ فَاسْتَغْفَرُوا اللَّهَ وَاسْتَغْفَرَ لَهُمُ الرَّسُولُ لَوَجَدُوا اللَّهَ تَوَّابًا رَحِيمًا


Biz hər bir elçini, Allahın izni ilə, ona məhz itaət edilsin deyə göndərdik. Əgər onlar özlərinə zülm etdikləri zaman sənin yanına gəlib Allahdan bağışlanma diləsəydilər və Peyğəmbər də onlar üçün bağışlanma diləsəydi, əlbəttə ki, Allahın tövbələri qəbul edən və Rəhmli olduğunu görərdilər. (Nisa: 64)


Bu barədə çox sayda hədis var.  Peyğəmbər (səlləllahu ələyhi və alih) buyurub: "Hər bir dərd üçün dəva var.  Günahların dəvası da istiğfardır (Allahdan bağışlanmaq istəməkdir)."
Başqa bir hədis: "Xoş o şəxsin halına ki, qiyamət günü onun nameyi-əməlində hər bir günahının altında "əstəğfirullah" yazılmış olsun."
Başqa bir hədis:"Sizə elə bir xəbəri deməyimmi ki, siz onu yerinə yetirəndə şeytan sizdən uzaqlaşsın?- Necə ki, şərq, qərbdən uzaqdır? Dedilər: Buyurun!
Buyurdu: "Orucluq onun üzünü qaraldar. Sədəqə onun belini sındırar. Allah yolunda dostluq etmək və layiq əməllərə riayət etmək onun belinin damarını kəsər. İstiğfar etmək onun qəlbinin damarını kəsər. Hər bir şey üçün zəkat var. Bədənin zəkatı da orucluqdur."
Həzrət Əli ələyhis-salam: "Mən təəccüb edirəm ümidsiz şəxsə ki, halbuki onun üçün istiğfar var."
İstiğfarın dərəcələri "Fəlahüs-sailin" kitabında yazılıb; Bir gün Əmirəl-möminini Əli ələyhis-salam, mühacir və ənsarın arasında əyləşmişdi.  Onlardan biri dedi: -Əstəğfirullah.
Həzrət, ona diqqət edib qəzəblənmiş şəxs kimi buyurdu: " Vay halına! Bilirsənmi istiğfar nədir? İstiğfar bir addır ki, altı hissədən ibarətdir.- Sonra həzrət buyurdu: "İstiğfar ən yüksək dərəcədir ki, altı mənada gerçəkləşir: Əvvəl: keçənə peşmançılıq; ikinici: Daimi olaraq bir daha qayıtmamaq qərarına gəlmək; üçüncü: Camaatın hüquqlarını əda et ki, Allahla xalis görüşəsən, boynunda kimsənin haqqı qalmaya; dördüncü: yerinə yetirmədiyin vacibləri yerinə yetirib haqqını əda edəsən; beşinci: haramdan əmələ gəlmiş əti kədərlə əridin ki, dəri sümüyə yapışsın və onların arasında yeni ət əmələ gəlsin;
altıncısı: bədənə bəndəliyin acısını və zəhmətini daddırın- necə ona günahın şirinliyini daddırmışdın. Məhz bu zaman deyirsən "Əstəğfirullah".
Əslində hər kim günahdan qaçmaq istəyirsə -nəfsini istiğfarla azad etsin. Günahın məhbusluğundan, günah quyusundan çıxmaq istəyən şəxs həzrət Əli ələyhis-salamın buyurduğu kimi istiğfar etsin!

 

Nəzərinizs  

+1 #1 salamGuest 2013-12-11 06:51
Alah razı olsun, çox açıq şəkildə yazılıb, faydalandım.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə