Bz07212019

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Ramazan Ramazan yazıları "Qədr gecəsi" hansı gecədir?

"Qədr gecəsi" hansı gecədir?

İlk öncə nə üçün onun "Qədr gecəsi"-nin adlanması haqqında mülahizələrə diqqət edək:
 1. İl boyu insan həyatında baş verənlər,(sözün kökü, "qədər-qədr -qəzavü-qədər" sözləri ilə eyni olduğu üçün) bütün qəza-qədərlər bu gecə müəyyən olunur. Əlbəttə, insan taleyinə yazılacaq hər bir yazının müəqddiməsi və hazırlayanı insanın özünüdür.
Quran:ِ


إِنَّا أَنْزَلْنَاهُ فِي لَيْلَةٍ مُبَارَكَةٍ ۚ إِنَّا كُنَّا مُنْذِرِينَ


Biz onu mübarək bir gecədə nazil etdik. Həqiqətən, Biz qorxuduruq.
(Duxan  surəsi, ayə: 3-4)

2. Bu gecənin  qədir-qiyməti həddən artıq olduğu üçün "Qədr" adlanıb.
3. Quran bütün qədir qiyməti ilə birlikdə bu gecə nazil olub.
4. Quranın müqəddər olduğu gecədir.
5.O gecəni əhya saxlayan şəxs qədir-qiymətə, məqama sahib olar.
6.O gecə yer üzünə o qədər mələk nazil olur ki, yer üzü onlara dar gəlir. "Qədr" sözünün bir mənası da "dar" deməkdir.

Bütün təfsirlərin gerçək olması mümkünsüz deyil. Lakin 1-ci təfsir daha münasibdir və daha çox tanınır.
Qədir gecəsi hansıdır?
Heç şübhəsiz "Qədr gecəsi"ramazan ayına təsadüf edir.

Quran:

شَهْرُ رَمَضَانَ الَّذِي أُنْزِلَ فِيهِ الْقُرْآنُ هُدًى لِلنَّاسِ وَبَيِّنَاتٍ مِنَ الْهُدَىٰ وَالْفُرْقَانِ ۚ فَمَنْ شَهِدَ مِنْكُمُ الشَّهْرَ فَلْيَصُمْهُ ۖ وَمَنْ كَانَ مَرِيضًا أَوْ عَلَىٰ سَفَرٍ فَعِدَّةٌ مِنْ أَيَّامٍ أُخَرَ ۗ يُرِيدُ اللَّهُ بِكُمُ الْيُسْرَ وَلَا يُرِيدُ بِكُمُ الْعُسْرَ وَلِتُكْمِلُوا الْعِدَّةَ وَلِتُكَبِّرُوا اللَّهَ عَلَىٰ مَا هَدَاكُمْ وَلَعَلَّكُمْ تَشْكُرُونَ


İnsanlara doğru yolu göstərən, bu yolun və (haqqı batildən) ayırd edənin açıq-aydın dəlilləri olan Quran ramazan ayında nazil edilmişdir. Sizlərdən bu aya çatan şəxslər (həmin ayı) oruc tutmalıdırlar. Xəstə və ya səfərdə olanlar isə başqa günlərdə eyni sayda (oruc tutmalıdır.) Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir. O, (istəyir ki,) siz müddəti (buraxdığınız günlərin orucunu) tamamlayasınız və sizi doğru yola yönəltdiyinə görə Onu uca tutasınız. Bəlkə şükür edəsiniz.
(Bəqərə surəsi, ayə:185)
Lakin onun ramazan gecələrindən hansının olduğu haqqında çoxlu söhbətlər var. O cümlədən 19-cu gecə, 21-ci gecə və 23-cü gecə.
Şöhrət qazanmış hədislərə əsasən Qədr gecəsinin ramazan ayının son on gecəsinə- 21- və 23-cü gecələrə təsadüf etdiyi vurğulanıb. Məhz buna görə Peyğəmbər (səlləllahu ələyhi və allih) ramazan ayının son on gecəsini əhya saxlayar, ibadətlə məşğul olardı.
Əhli-beyt ələyhis-salamın hədislərinə əsasən Qədr gecəsi, 23-cü gecədir. Əhli-sünnə mənbələrinə əsasən isə onun 27-ci gün olduğu bildirilib.
İmam Sadiq ələyhis-salamdan nəql olunan bir hədisdə: " Təqdir və müqəddərat 19-cu gecə, onun möhkəmlənməsi, 21-ci gecə, imzalanması isə 23-cü gecədir."
Nə üçün Qədr gecəsi məxfidir?
Çoxlarının etiqadınca Qədr gecəsinin ilin gecləri -ramazan gecələri arasında məxfi olması ona görədir ki, insanlar bütün gecələrə əhəmiyyət versinlər. Necə ki, Allah-Taala öz razılığını müxtəlif itaətlərin arasında məxfi edib ki, insanlar o itaət və ibadətlərə üz tutsunlar. Qəzəbini də günahlar arasında məxfi edib ki, insanlar onun hansı günahda olduğunu bilməyib bütün günahlardan çəkinsinlər. Ölümündən vaxtını məxif edib ki, insan həmişə ona hazır olsun.

http://www.sibtayn.com/az

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə