Cümə03292024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Şiə sözü Hədislərdə Quranın fəzilətləri

Hədislərdə Quranın fəzilətləri

Quranın dünya və axirət faydaları var. Bu kitab, insan səadətini təmin etmək üçün göndərilən sonuncu kitabdır.
İmam Sadiq ələyhis-salam buyurub: Rəsuli-əkrəm səlləllahu ələyhi və alihdən soruşuldu:  Ən yaxşı adamlar hansı şəxslərdir?
Buyurdu: "Quranın qiraətinə başlayan və onu xətm edən. Onun üçün Allah yanında qəbul olunmuş bir dua var.


İmam Rza ələyhis-salamdan - atalarından - Əmirəl-möminindən (ələyhis-salam) nəql ediblər: "Sizin bir istəyiniz olsa cümə axşamı sübh tezdən evdən xaric olsun və evdən xaric olan zaman Ali-İmran surəsinin sonuncu ayəsini, Ayət-əl-kürsünü, Həmd surəsini, qiraət etsin ki, onların qiraət etməklə dünya və axirət hacətləri yerinə yetər."
Həzrət Rəsul səlləllahu ələyhi və alih buyurub: " Öz evlərinizi Quran tilavəti ilə işıqlandırın və onları məzarlığa çevirməyin. Necə ki, yəhudilər və xristianlar kilsə və ibadətgahlarında namaz qılarlar,  amma öz evlərini məəttəl qoyublar (evdə ibadət etmirlər). Hər evdə ki, çoxlu Quran tilavət olunsa xeyir-bərəkət çoxalar və onun əhli vüsətə  çatar. Ulduzların yer əhli üçün parladığı kimi səma əhli üçün parlarlar."
Quranda insanın fiziki və ruhi xəstəlikləri üçün dərmanlar var. Ona görədir ki, Allah -Taala buyurub:

 

وَنُنَزِّلُ مِنَ الْقُرْآنِ مَا هُوَ شِفَاءٌ وَرَحْمَةٌ لِلْمُؤْمِنِينَ ۙ وَلَا يَزِيدُ الظَّالِمِينَ إِلَّا خَسَارًا


 Biz Quranda möminlər üçün şəfa və mərhəmət (olan ayələr) nazil edirik. (Bu ayələr) zalımların ancaq ziyanını artırır.
Allahın Elçisi səlləllahu ələyhi və alih buyurub:


من لم يستشف بالقرآن فلا شفاه الله


Tərcümə: " Hər kəs Quran vasitəsi ilə şəfa istəməsə, Allah ona şəfa verməz." Biharül-ənvar c.89, səh. 176

Axirət faydalarından


Allahın (səlləllahu ələyhi və alih) buyurub: "Hər kəs (Yatan zaman) yatağa girib yüz dəfə "Qul Huvə Əllahu Əhəd" surəsini oxusa Allah onun əlli illik günahlarını bağışlayar." (Kuleyni, Usuli-Kafi, c. 4, səh. 426) .    
Allahın (səlləllahu ələyhi və alih) buyurub: "Hər kəs öz övladına Quran oxumağı öyrətsə, sanki on min həcc yerinə yetirib. on min ümrə yerinə yetirib, həzrət İsmayılın övladlarından on min qul azad edib, (Peyğəmbər salavatullahla birgə) on min müharibədə olub, on min ac müsəlmana yemək verib, sanki on min çılpaq müsəlmana libas geydirib. Onun üçün hər hərfə görə on savab yazılar və on günahı silinər." ...

Məqalə ixtisarla tərcümə olunub.

www.sibtəyn.com/az 

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə