Cümə03292024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Əhlİ-beyt (ə) Əhlİ-Beyt (ə) İmam Əli (ə) Məqalələr Əmirəl-möminin Əli ələyhis-salamın həzrət Abbasa son tapşırığı nə idi?

Əmirəl-möminin Əli ələyhis-salamın həzrət Abbasa son tapşırığı nə idi?

"Ey Abbas! Hüseynin yanında qal ki, qardaşından daha  məzlumu yoxdu."
Ramazan ayının 21-ci gecəsi təqvalılar mövlası Əmirəl-möminin şəhadət yatağına düşüb şərəfli ömrünün son anlarını yaşayırdı. Həzrət, otağın içində olanlara baxıb hamıdan istədi ki, Fatimənin övladlarından başqası evdə qalmasınlar. Təbii olaraq hamı çölə çıxırdı. İmam gördü ki, həzrət Əbbas da getmək istəyir.

İmam ona xitab edib buyurdu: "Sən qal!" Abbas dedi: Özünüz dediniz ki, təkcə Fatimənin övladları qalsın, mənim anam Ümmül-Bənindir. Bu halda hər iki böyük şəxsiyyət ağladılar. Əli ələyhis-salam Abbasın bir qədər yaxın gəlməsini istədi. Hər ikisi ağlayırdı. Kiçik övladının haqqında dastanlar yazılacaq əlini əlinə tutub İmam Hüseyn ələyhis-salamın əlinə qoydu və kiçik qardaşdan istədi ki, böyük qardaşının yanında qalsın.
 İmam Əli ələyhis-salam buyrudu: " Ey Hüseyn! Mən öz evimdə ölürəm, sən isə səhrada öldürüləcəksən. Mən bu dünyadan geyimli  gedirəm, səni isə səhrada üryan buracaqlar. Mənim üçün dəfn mərasimi tutacaqlar, sənin kiçik tabutuna daş atacaqlar."
Sonra o, igid oğlu həzrət Abbası qucaqlayıb sinəsinə yapışdırdı və buyrudu: "Övladım, tezliklə qiyamət günü gözüm səninlə aydınlaşacaq; övladım! Aşura günü çatanda suya (Fətata) daxil olsan, qardaşın Hüseyn susuz olduğu halda o sudan içməyəsən!"
Sonra ciddi tapşırdı: Ey Abbas! Qardaşın Hüseynin yanında qal ki, qardaşının məzlumluqluğundan daha məzlumu yoxdur...."

www.sibtayn.com/az

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə