Çr04242024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Bilirsinizmi Bilirsinizmi Rafizilər kimlərdir?

Bilirsinizmi

Bilirsinizmi Rafizilər kimlərdir?

 

    Əbu Bəsir deyir: İmam Baqir ələyhis-salama ərz etdim: Qurbanın olum müxaliflər bizə elə bir ad seçiblər ki, valilər ona görə bizim qanımızı halal bilir, mallarımızı alır və bizə əzab-əziyyət verirlər. Həzrət buyurdu: O ad nədir? Ərz etdim: Rafizi deyirlər (yəni ümumi camaatın dinindən xaric olanlar). İmam Baqir ələyhis-salam buyurdu: Fironun qoşunundan yetmiş nəfər ondan ayrılıb Musa ələyhis-salama tərəfə gəldilər. Onlar Musanın qövmüdə hamıdan daha müctəhid (daha dindar) olanları idi, başqalarıdan daha çox Musanın haqq xəlifəsi Harunu sevirdilər. Musanın qeyri-həqiqi tərəfdarları bu yetmiş nəfərə Rafizi deyirdilər; bu zaman Allahdan vəhy gəldi: Onların adını Tövratda bu kəlmə (Rafizi-xaric olmuş) ilə qeyd et ki, Mən bu adı onlar üçün seçdim. Demək bu, Allahın sizin üçün seçdiyi addır.

Əl-Məhasin, səh. 157, Biharul-ənvar, Əllamə Məcilisi, c.65, s. 97

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə