Maraqli

Haqq və Batil arasaında dörd barmaq məsafə var

   “Ey camaat, qardaşının dində dayanıqlı olduğuna əmin olub yolunun düzlüyndən sorağı varsa, gərək camaatın onun haqqında dediklərinə qulaq asmasın! Bilin, bəzən oxçu ox atar və oxlar hədəfə dəyməz, söz də belədir. Biri haqqında həqiqəti olmayan söz deyirlərsə, batil söz puç olasıdır, Allah eşidən və görəndir. Bilin ki, haqq və batilin arası dörd barmaq qədərdir. Soruşdular: onun mənası nədir? Əmirəlmöminin İmam Əli ələyhis-salam barmaqlarını göz və qulaq arasına qoyub buyurdu: “Batil oldur ki, dediyini eşidim və haqq odur ki, dediyini görüm.

 

یهَا النَّاسُ، مَنْ عَرَفَ مِنْ أَخِیهِ وَثِیقَةَ دِینٍ وَسَدَادَ طَرِیقٍ، فَلَا یسْمَعَنَّ فِیهِ أَقَاوِیلَ الرِّجَالِ. أَمَا إِنَّهُ قَدْ یرْمِی الرَّامِی، وَتُخْطِئُ السِّهَامُ، وَیحِیلُ الْکَلَامُ، وَبَاطِلُ ذلِکَ یبُورُ، وَاللَّهُ سَمِیعٌ وَشَهِیدٌ. أَمَا إِنَّهُ لَیسَ بَینَ الْحَقِّ وَالْبَاطِلِ إِلَّا أَرْبَعُ أَصَابِعَ. فسئل‏ علیه السلام، عن معنی قوله هذا، فجمع أصابعه و وضعها بین أذنه و عینه ثم قال: الْبَاطِلُ أَنْ تَقُولَ سَمِعْتُ، وَالْحَقُّ أَنْ تَقُولَ رَأَیتُ!

Xisal, c. 1, səh. 236, 78-ci hədis, Babül-ərbəə, Şeyx Tusi.

sibtayn.com