Cümə03292024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Əhlİ-beyt (ə) Əhlİ-Beyt (ə) İmam Hüseyn (ə) İmam Hüseyn (ə) İmam Hüseyn ələyhis-salamın səxavəti

İmam Hüseyn ələyhis-salamın səxavəti

    Həsən,Hüseyn ələyhim-əs-salam və Əbdullah ibn Cəfər Həcc əməllərini yerinə yetirmək üçün Mədinədən piyada yola düşdülər. Gedərkən yolu itirdilər. Bir yandan da ac və susuz idilər. Birdən bir çadır gördülər, ona tərəf getdilər. Çadırda bir qoca qadın var idi. Ondan su istədilər. Qadın, çadırın yanında olan qoyunu göstərərək ,“onu sağın, südündən için, susuzluğunuzu götürsün” – dedi.

   Onlar da deyiləni yerinə yetiridilər. Sonra o qoca qadından yemək istədilər. Qarı dedi; “bu qoyundan başqa bir şeyim yoxdu, onu kəsin, sizin üçün ətindən yemək hazırlayım.” Əbdullah qoyunun başını kəsdi. Qoca qarı onlar üçün yemək bişirdi.

   Yemək əsnasında ondan yolu da soruşdular və dedilər; Biz Qüreyşdənik, salamat qayıdsaq Mədinəyə gəl, Hüseyni soruş. Bir müddətdən sonra qoca qarı üçün yoxsulluq üz verdi. Əri ilə birlikdə Mədinəyə gəlib Hüseynin sorağını tutdular və İmam Hüseyn ələyhis-salamın ünvanına yollandılar. İmam Hüseyn ələyhis-salam onları tanıdı və qardaşının evinə apardı. Onlara min qoyun və min dinar verdi.

Zendiqinameye-Emam Hoseyn, Əmmazade, 155

sibtayn.com

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə