Cm.ax04182024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Əhlİ-beyt (ə) Əhlİ-Beyt (ə) İmam Səccad (ə) İmam Səccad ələyhis-salamın möcüzələrindən biri

İmam Səccad ələyhis-salamın möcüzələrindən biri

 

    Rəvayət olunub ki, Həccac ibn Yusif İmam Zeynulabidin ələyhis-salamı Bağdadda həbs etmişdi. Həbsxanada başqa bir kişi də var idi. Bir gecə o kişi övladlarını xatırlayıb çox ağladı. Həzrət mənəvi nur vasitəsi ilə onun nədən ağladığını bilirdi.
Gecənin yarısından ötmüşdü. Namaz qıldıqdan sonra İmam Zeynulabidin ələyhis-salam ona buyurdu:
- “İstirsənmi evinə gedib ailəni və övladlarını görəsən?”
 O kişi bu sözü eşitdikdə ağlayaraq cavab verə bilmədi. O həzrət buyurdu:
-“Əlini mənə ver və gözlərini bağla.” O kişi əlini həzrətin əlinə qoyub gözlərini bağladı. Bir az keçdikdən sonra həzrət buyurdu:
-“Gözlərini aç!”  O kişi gözlərini açanda özünü öz evində gördü. Həzrət buyurdu:
-“Get ailəni və övladlarını gör, onlarla sözünü yenilə, uşaqlarının halından xəbər al və gəl.” O kişi öz evinə gedib ailəsini və uşaqlarını gördü. Onlar İmam Səccad ələyhis-salamın halını soruşdular. O kişi də o həzrət İmam Səccad ələyhis-salamın halını deyən zaman ağladı və hamılıqla ağlaşdılar. Onların ağladığını görəndə o kişi çölə çıxdı və həzrət Səccad ələyhis-salamın hüzuruna gəldi. O həzrət onun əlini tutub buyurdu:
-“Gözünü aç !” O, gözünü açanda özünü həbsxananın içində gördü.
Rəvayət olunur ki, o zamanlar İmam Səccad ələyhis-salamın on yeddi yaşı var idi. O həzrət on iki yaşda olarkən o dövrün alimlərinə dərs deyir, şəriət qaydalarını öyrədirdi.  

Sibtayn.com

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə