Cümə03292024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Maraqli Siz hansı dəstəyə aidsiniz?

Maraqli

Siz hansı dəstəyə aidsiniz?

Zurarə ibn Əbi Ovfi dedi: Bir gün İmam Səccad ələyhis-salamı görməyə getdim. Onun hüzuru ilə şərəfləndim və mübarək məzhərində əyləşdim. Həzrət mənə üz tutub buyurdu: "Ey Zürarə, bizim zəmanənin camaatı altı dəstədir; şir, canavar, tülkü, it, donuz və qoyun.
1. Şirsifətlilər; dünyanın padşahları, sultanları, xəlifələridirlər ki, onlardan hər biri digərinə qələbə çalıb üstün olmaq istər və başqalarının onlara üstün  olmasını və uduzmaq istəməzlər.  
2. Canavarsifətlilər; tacir və alverçilərdir. Alan zaman başqalarının mallarını pisləyər, onların dəyərini aşağı salar. Lakin öz mallarını satanda malı tərifləyər, yalanla onların dəyərini yüksəldərlər.
3. Tülküsifətlər; münafiqlər, gözəçəkənlər, avamları aldadan, sui-istifadə etmək üçün camaata zahirdə müsəlmanlıq izhar edərlər, din vasitəsi ilə çörək yeyər, lakin dildə söylədiklərinə ürəkdə inanmazlar.
4. İtsifətlər, hərzə,  pis dillə sözlər danışan; danışıqları camaata hürməkdir. Camaat onların sancamalırndan və dillərinin zəhərindən qorxduqarı üçün onarla ehtiram qoyarlar.

5. Donuzsifətlilər; qeyrətsiz namərd, mürüvvətsiz şəhvətpərəstlərdir ki, hər bir çirkin və murdar işə əl atarlar.
6. Qoyunsifətlər isə dindar və imanlı şəxslərdir ki, onların yununu biçir, ətlərini yeyir və sümüklərini sındırırlar. İndi bax, bu çarəsiz qoyunlar, bir ovuc şir, canavar, tülkü, it, donuz arasında ilişib, əsir düşüb, (onların əllərindən nə gələr?) nə edə bilər?"

sibtayn.com

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə