Çr.ax04232024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Maraqli Həzrət Əli ələyhis-salamın kəlamında ramazanın ilk və son günü

Maraqli

Həzrət Əli ələyhis-salamın kəlamında ramazanın ilk və son günü

    Həzrət Əmirləmöminin xütbəsindən 14 əsr keçir. Və nə qədər çox keçsə də, bir o qədər Movlanın kəlamının ecazı bizim üçün daha yaxşı anlaşılır. Dövrümüzdə ramazan ayının ilk günü və son günün təyin edilməsi müxtəlif nəzərlərlə müşayət olunur. Onun nədən qaynaqlandığı o həzrətin kəlamında əksini tapıb.

  Əmirləmöminin Əli ələyhis-salam buyurub: Elə bir gün gələcək ki, fəhşa (pis və çirkin işlər) çoxalacaq, məhrəmlər hörmətini itirəcək, zina aşkar yerinə yetiriləcək. Yetimlərin malını qəsb etmək halal olacaq, riba yemək rəvac tapacaq, çəkidə aldatmaq bab (adi ticarət qaydası - qəbulolunuş hal) olacaq, arpa şərabı halal olacaq, rüşvəti hədiyyə olaraq ödəyəcəklər, əmanətə xəyanət ediləcək, kişilər özünü qadın cildinə, qadınlar da kişi cildinə salacaqlar, namaz yüngül sayılacaq, camaat (red: niyyətdə) Allahdan qeyrisi üçün həcc yerinə yetirəcəklər.

O gün gəlib çatsa bəzən ayın ilk günü hilal böyüyəcək və camaat onu iki gecədə görəcəklər. Və bəzən də görünməz olacaq elə bir həddə ki, ayın birinci günü oruc tutulmayacaq və fitr bayramı ramazan ayının son günü niyyəti ilə oruc tutulacaq.

Xəbəriniz olsun, Allahdan xəbərsiz olduğunuz (red: Allahı unutduğunuz ) zamanlarda qəfil ölümlər çoxalacaq, elə bir şəkildə ki, kişi gündüz sağlam yuxudan oyanacaq lakin gecə məzarda yatacaq, yaxud da gecə sağlam yastığa baş qoyacaq lakin artıq oyanmayacaq.

Elə ki, o zaman yetişdi, gərək insan bəla nazil olmazdan öncə vəsiyyətnaməsini yazsın. Və vacibdir ki, namazı onun son vaxtında əldən vermək qorxusu üzündən onu ilk vaxtında yerinə yetirsin. Hər kəs o zamanı dərk etsə (red: o zamanda yaşasa) dəstəmazla yatağa girsin. Və əgər mümkün olsa həmişə dəstəmazlı olsun. Bunu yerinə yetirsin, ona görə ki, qorxudadır və bilmir ki, ölüm mələyi onun ruhunu qəbz etmək üçün nə zaman gələcək.

Sizi xəbərdar etdim ki ayılasınız, sizi agah etdim ki, ahag olasınız, sizə öyüd-nəsihət verdim ki, nəsihət qəbul edəsiniz. Xəlvətdə və qeyri-xəlvətdə təqvalı olun! (Allahdan qorxun)!

«يأتي على الناس زمان ترتفع فيه الفاحشة ، ولتصنع، وتنتهک فيه المحارم ، ويعلن فيه الزنا، وتُستحلّ فيه أموال اليتامى، ويؤكل الربا، ويُطفّف في المكائيل والموازين ويُستَحَل الخمر بالنبيذ، والرشوة بالهديّة ، والخيانة بالأمانة ، ويتشبّه الرجال بالنساء، والنساء بالرجال ، ويستخفّ بحدود الصلاة ، ويحجّ فيه لغير الله فإذا كان ذلک الزمان انتفخت الأهلّة تارةً حتّى يرى الهلال ليلتين، وخفيت تارة حتّى يفطر شهر رمضان في أوله ، ويصام العيد في آخره .
فالحذر الحذر حينئذٍ من أخذ الله على غفلة ، فإنّ من وراء ذلک موت ذريع يختطف الناس اختطافاً، حتّى أنّ الرجل ليُصبح سالماً ويُمسي دفيناً، ويُمسي حيّاً ويُصبح ميّتاً.
فإذا كان ذلک الزمان وجب التقدّم في الوصية قبل نزول البَلِيّة، ووجب تقديم الصلاة في أوّل وقتها خشية فوتها في آخر وقتها، فمن بلغ منكم ذلک الزمان فلا يبيتنّ ليلةً إلّا على طُهر، وإن قدر أن لا يكون في جميع أحواله إلّا طاهراً فليفعل ؛ فإنّه على وَجَلٍ لا يدري متى يأتيه رسول الله لقبض روحه .
وقد حذّرتكم إن حذرتم ، وعرّفتكم إن عرفتم ، ووعّظتكم إن اتّعظتم ، فاتقوا الله في سرائركم وعلانيتكم ، ولا تموتُنّ إلّا وأنتم مسلمون، (وَمَن يَبْتَغِ غَيْرَ آلاْسْلاَمِ دِيناً فَلَن يُقْبَلَ مِنْهُ وَهُوَ فِي آلآخِرَةِ مِنَ آلْخَاسِرِينَ )

Ali-İmran, 85.

Təkcə bir məsələ qalır və o məsələ də bundan ibarətdir ki, görəsən Əmirəlmöminin ələyhis-salam bizim müasir dövrü nəzərdə tutur, yoxsa  vəziyyət daha da pis olacaq ...?!

 

sibtayn.com

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə