Cm.ax03282024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Maraqli Ölüm anında yaşananlar Həzrət Əli ələyhis-salamın kəlamında

Maraqli

Ölüm anında yaşananlar Həzrət Əli ələyhis-salamın kəlamında

Əmirəlmöminin Əli ələyhis-salam ölüm səhnəsini belə bəyan edir:

   Ölüm anında bədən ( -nin ətrafı) boşalır, rəng saralır, ölüm gəlir. Dil tutulur, İnsan hələ də görür və eşidir, lakin danışmağa qüdrəti olmur. Düşüncəsi işləyir. Öz-özünə düşünür ki, ömrünü hansı yolda sərf edib, puç edib və günlərini necə keçirib? O anda ömür boyu topladığı mal və sərvəti xatırlayır və öz-özünə deyir: bu malı hansı yolla əldə etmişəm? Onun halal-haram olduğu fikrində olmamışam. İndi isə onun günahı və hesabı mənlədir, ləzzəti və bəhrəsi başqası (vəlisi) ilə. Ölüm məmuru onun ruhunu əzalarından ayırır, nəhayət dil və qulaq işdən düşür, təkcə gözləri görür. Və ətrafına baxır, ətrafdakıların təlaş və vəhşətli hərəkətlərini müşahidə edir. Artıq eşitmir və danışmır. Son anda ruh, gözdən də götürülür və onun kənarından çəkilir. Az sonra onu torpağa tapşırırlar, ondan uzaqlaşırlar. Və onu əməlinin əlinə tapşırırlar, həmişəlik olaraq onun görüşündən göz çəkirlər. 

sibtayn.com

 

 

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə