Maraqli

İmam Rza ələyhis-salamın dəst-xətti

  Məşhəd şəhərində İmam Rza həzrətləri hərəminin kitabxanasında, islam tarixinin müxtəlif dövrlərinə aid müqəddəs və tarixi şəxslər tərəfindən ərəb- fars dilində yazılımış yüzlərlə əlyazma saxlanılır. Mənəvi xəzinə sayılan kitabxana, islam mədəniyyətinin müəyyən dövrlərini işıqlandıran dəyərli əlyazma nümunələri ilə zəngindir. Onlar arasında “Məsahifi-Şərif”, yəni“Şərif-Səhifələr” bölümü, bir başqa göz oxşayır və insanın mənəviyyatını cilalayır. Olduqca böyük hünər və zövq nümayişi sayılan bu nadir nüsxələr, böyük tarixi şəxsiyyətlərin dəst-xətti ilə qələmə alınmış dəyərli nümunlərdir. Şahların sifarişi ilə yazılan bu nüsxələrin, belə gözəl işlənməsi, islamın o dönəmə xas ictimai-mədəni dəst-xətt ənənəsindən qaynaqlaır. Onlardan bir qismi Quran kitablarıdır ki, Pak İmamlarımız (ələyhimə-salam) tərəfindən qələmə alınıb. Kitabxanada İmam Həsən (ə), İmam Hüseyn (ə), İmam Səccad (ə) və İmam Sadiqin (ə) dəst-xəttinə mənsub Quranlar da var. Bu nəfis Quranlardan biri də İmam Rza ələyhis-salamın dəst-xətti ilə yazılıb. Həzrətin aşiqləri üçün yuxarıda o nəfis yazıdan bir foto təqdim edirik.