Çr.ax04232024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Bilirsinizmi Bilirsinizmi "Əbulqasim" nə deməkdir?

Bilirsinizmi

Bilirsinizmi "Əbulqasim" nə deməkdir?

  Peyğəmbər səlləllahu ələyhi və alih merac gecəsi Cəbrail (ə) ilə o qədər yüksəldi ki, Cəbrail (ə) ərz etdi: Əgər barmağın bir bəndi qədər bundan irəli getsəm yanaram. Aləmlərin Rəbbi islamın kəramətli peyğəmbərindən başqa heç kimsənin ayaq basa bilmədiyi bir məqamda peyğəmbərə sözü var idi. Peyğəmbər səlləllahu ələyhi və alih endikdən sonra Sidrətul-Muntəha-da Cəbrail ondan soruşur: Nə danışdınız və nə eşitdiniz?

  Peyğəmbər səlləllahu ələyhi və alih danışılanlardan bəzi sözləri bəyan edir. Cəbrail soruşur: Aləmlərin Rəbbinin sənə buyurduğu son söz nə idi? Həzrət buyurdu: "Allah mənə buyurdu:

یا اباالقاسم ، إمضِ هادیاً مهدیاً ،نِعم المجئ جئتَ و نعم المنصرف انصرفتَ ، طوباک و طوبا لمن آمن بک و صَدَّقَک.

  Ey Əbəlqasim, get Allahla birgə, xoş olsun gəlməyin və getməyin . . .!" Sonra Cəbrail soruşdu: “Əbəlqasim” deməkdə Allahın məqsədinin nə olduğunu bildinizmi? Peyğəmbər səlləllahu ələyhi və alih buyrudu: "Xeyir, ey Ruhullah!" Bu an Allah tərəfindən xitab gəldi: Ey Əhməd! Mən səni ona görə Əbəlqasim künyəsi ilə çağırdım ki, Qiyamət günü bəndələr arasında mənim rəhmətimi sən böləcəksən.

(Mütərcimdən: Xatırladaq ki, “Əb-əl-Qasim” sözü; ərəb dilində “Əb-ata, Qasim – bölən deməkdir. Demək bu, təqribən “Bölən və Bölənlərin Atası” anlamını daşıyır.)

Sibtayn

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə