Cümə04192024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Maraqli Əvvəl Hüseynin namazı, sonra əzası !

Maraqli

Əvvəl Hüseynin namazı, sonra əzası !

Dedi: Yadınızda olsun:

-Əvvəl nəmazi-Hüseyn, sonra əzayi-Hüseyn (Yəni əvvəl Hüseyn ələyhis-salam kimi namaz qılaq, sonra ona ağlayaq.

-Əvvəl Hüseyn şüuru, sonra Hüseyni şur. (Əvvəl Hüseyn ələyhis-salamın təfəkkürünə diqqət etməli, sonra Hüseyn oxşaması.)

-Məhərrəm və səfər ayları ucalıq aylarıdır, təkcə nalələrin ucaldığı aylar deyil.

-Hüseyn məclisi muzey deyil, öyrənmək üçün sinifdir.

-Təkcə yaxşı ağlamaq örnək deyil, yaxşı (baxış) nəticə çıxarmaq örnəkdir.

Dedim: Təəccüblüdür! Hüseynin namazını necə Hüseynin əzasından sonra təsəvvür edə bildiniz?

Əgər Hüseynin əzasını saxlamasan namazın qəbul deyil. Nə qədər sünni var ki, səhv namaz qılırıar.

-Allah Rəsulunun səlləllahu ələyhi və alih övladına əza tutmursan, onun namaz göstərişini icra edirsən? Necə oldu ki, İmam Hüseyn məclisində fəğan etməyi Hüseyn şüurundan (düşüncəsindən-hədəfindən) ayırdın? Və birini əvvəl, digərini ikinci qərar verdin?

-Əgər ürəyində Hüseynin eşq-hərarəti çağlasa heç bir vaxt sönməz. Əks təqdirdə imanın yoxdur, dini eşqə də qəlbində yer yoxdur.

-Hər nə qədər elmin çox olsa belə bir qəlbin qarası və qəsavəti çox olacaq.

-Əgər həqq və batil mizanının şəhid olduğu üçün əfgan etmirsənsə özündə nə ilə könlünü fərəhləndirmək istirsən?

-Əgər Aşura məktəbindən dərs öyrənməsən hansı məktəbə hansı dərsi öyrənməyə gedəcəksən? Hansı kitabın biliyi səni kamala çatdıracaq?

-Əgər Haqqın –xeyirin məzhəri və cilvəsi üçün göz yaşını yerə səpməyi öyrənməmisənsə (o gözlərlə) nəyə baxmaq sənin üçün saədət gətirir?

Əs-səlamu ələyk, Ya Qərib, Ya Məzlum, Ya Rəsulullahın övladı!

 

sibtayn.com

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə