Cümə03292024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Ramazan Əməllər 1-ci günün duası

1-ci günün duası

a) Fəcr açılandan sonra bu duanı oxumaq:
اَللّهُمَّ قَدْ حَضَرَ شَهْرُ رَمَضانَ، وَ قَدْ افْتَرَضْتَ عَلَیْنا صِیامَهُ، وَ اَنْزَلْتَ فیهِ الْقُرآنَ،..الخ (1
–––––––––––––––––
1. “Məfatihe novin”, səh. 751.

b) Əllamə Məclisi (rəhmətullah əleyh) “Zadul-məad” kitabında yazır: Şeyx Kuleyni, Şeyx Tusi və başqaları səhih sənədlərlə İmam Musa Kazimin (əleyhis-salam) belə buyurduğunu rəvayət etmişlər: “Mübarək Ramazan ayının 1-ci günündə (aşağıdakı) bu duanı oxu. Hər kəs bu duanı Allahın razılığı xatirinə və riyakarlıq olmadan oxusa, o ildə fitnə-fəsaddan və azğınlıqdan amanda qalar, onun dininə və ya bədəninə doğru zərər yönəlməz. Allah-taala onu o ildəki bəlaların şərrindən qoruyar. Onun əvvəli belədir:
اَللّهُمَّ اِنّى أسْئَلُکَ بِاسْمِکَ الَّذى دانَ لَهُ کُلُّ شَىْء وَ بِرَحْمَتِکَ الَّتى وَسِعَتْ کُلَّ شَىء، وَ بِعَظَمَتِکَ الَّتى تَواضَعَ لَها کُلُّ شَىْء،..الخ (1)
–––––––––––––––––
1. “Məfatihe novin”, səh. 751.

v) İbn Abbas deyir ki, Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) Ramazan ayının hər gününün orucu üçün çoxlu fəzilət bəyan edib. Həmçinin, hər gün üçün xüsusi bir dua - fəzilət və çoxlu mükafatlarla birlikdə bəyan edib.
1-ci günün duası belədir:
اَللّٰهُمَّ اجْعَلْ صِیٰامِی فِیهِ صِیٰامَ الصّٰائِمیِنَ وَقِیٰامِی فِیهِ قِیٰامَ الْقٰائِمیِنَ وَنَبِّهْنِی فِیهِ عَنْ نَوْمَةِ الْغٰافِلیِنَ وَهَبْ لـِی جُرْمِی فِیهِ یٰا إِلـٰه الْعٰالَمیِنَ وَاعْفُ عَنِّی یٰا عٰافِیًا عَنِ الْمُجْرِمیِنَ
Əllahumməc’əl siyami fihi siyaməs-saimin, və qiyami fihi qiyaməl-qaimin, və nəbbihni fihi ən nəvmətil-ğafilin, və həb li curmi fih, ya ilahəl-aləmin, və’fu ənni ya afiyən ənil-mucrimin.
İlahi, mənim bu günkü orucumu həqiqi oruc tutanların oruclarından, namazlarımı həqiqi namaz qılanların namazlarından qərar ver! Məni, qəflətdə olanların qəflət yuxusundan oyat, təqsirlərimdən keç, günahlarımı bağışla! Ey aləmlərin Allahı və məni əfv et! Ey günahkarların günahından, təqsirindən keçən! (1)
–––––––––––––––––
1. “Məfatihe novin”, səh. 787

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə