Cümə03292024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Əziz Peyğəmbərimizdən Hədislər

"Müsəlmanın elm öyrənib və sonra onu öz müsəlman qardaşına öyrətməsi ən yaxşı sədəqədir”.

“İki şəxs doymaq bilməz; elm susamış və dünya (malı) hərisi”.

“Elm hər bir müsəlmana istər kişi olsun, istər qadın-vacibdir”.

“Alimləri eşidin, çünki onlar dünyanın çırağı, axirətin nurudurlar”.

“Allahın ən çox sevdiyi ev yetimə hörmət edilən evdir”.

“Sədəqə, onu verənin qəbir odunu söndürər, mömin adam qiyamət günündə öz sədəqəsinin kölgəsinə sığınar”.

“Gülə-gülə günah işlədən adam ağlaya-ağlaya cəhənnəmə gedər”.

“Üç cür adam Allahın qəzəbinə gələr: tox ola-ola yeyən, gününü yatmaqla sovuran, mənasız yerə gülən”.

“Gözəl əxlaqa malik olan və yaxın adamlarına münasibətdə xoş rəftarı ilə seçilən iman sahibi möminlərin ən kamilidir”.

“Ədəbi olmayanın ağlı da olmaz”.

“Ağlın qüdrəti Allaha iman gətirəndən sonra xalqı sevməklə ölçülür”.

“Ancaq iki adama həsəd aparmaq olar: Birincisi Allah-taalanın verdiyi mal-dövləti haqq yolunda sərf edən adamdır. İkincisi, Allah-taalanın verdiyi hikməti başqalarına öyrədəndir”.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə