Cümə04192024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Dualar - Zikrlər Duanın qəbul olub-olmamasının bəzi səbəbləri

Dualar - Zikrlər

Duanın qəbul olub-olmamasının bəzi səbəbləri

Duanız qəbul olub-olmamasının bəzi səbəbləri

İnsanın Allahla etdiyi söhbət, yalvarış, hacət istəməsi və dərdləşməsidir. Allah hər bir bəndəsinin duasını eşidər, lakin qəbul olması üçün müəyyən şərtlərin olması zəruridir. (Tebyan)
Dua etməyin şərtləri:
1. Günahlarını etiraf etmək.
2. Nemətlərinə görə şükür etmək.
3. Peyğəmbər (s) və Ali-Peyğəmbərə (ə) salavat göndərmək.
4. Dua edib, hacətini istəmək.
5. Sonda yenə salavat göndərmək.
Bəli, hər bir əməlin ədəb və qaydası olduğu kimi, dua etməyin də öz qayda - qanunları vardır. Əgər tələb olunan şərtlərlə yerinə yetirilərsə, şübhəsiz ki, Allah Təala tərəfindən qəbul olar; İstər bu dünyada və istərsə də axirətdə (cavabı) ona çatar.
Dua etmək üçün:
İlk əvvəl günahlarımızı boynumuza almalı və onları etiraf etməliyik;
Allah Təaladan istəməliyik ki, bizləri əfv etsin və mərhəmət göstərsin;
Bundan sonra Allahın bizə verdiyi nemətləri gözümüzün önünə gətirək və onlara görə Allaha şükür edək;
Sonra salavat göndərib, duamız üçün lazım olan şəraiti yaradaq və batinimizdə Allahımızla dərdləşək;
Allahdan hacətimizi istəyək və nə qədər zəif və zəlil olduğumuzu etiraf edək;
Sonda yenə də salavat göndərib, duamızın qəbul olması üçün Əhli-beytə (ə) təvəssül edək.
Əgər duamız qəbul olubsa, bu üç halla bağlı xüsusi diqqətli olaq:
1. Təkəbbür etməyəsən və deməyəsən ki, mən deməli yaxşı insanam ki, Allah duamı qəbul etdi. Təkəbbür şeytanın (lən) qələbə çalmasına və əməlin məhv olmasına gətirib çıxardar.
2. Allaha duanı qəbul etdiyinə görə şükür edəsən. Əgər bacarsan, 2 rükət şükür namazı qılasan.
3. Duanı yerinə yetən zaman duanı tərk etməyəsən. Yenə də Allahın evinə və dərgahına gedib, Onu unutmayasan, Onunla söhbət edəsən.
Əgər duanız qəbul olmayıbsa, bu üç haldan ehtiyatlı olun:
1. İlahi rəhmətdən məyus olmayasan. Ola bilsin ki, duanın yerinə yetməsinə mane olan günahlar vardır. Ona görə də çoxlu tövbə edəsən.
2. Dua etməyi tərk etməyəsən.
3. İlahi təqdirə razı olasan.Sənin bu razı olmağın duanın yerinə yetməsinə səbəb olar.
İmam Həsən (ə) buyurur: “Mən o kəsə zaminəm ki, ürəyinə İlahi qəzaya razılıqdan başqası daxil olmaz, dua etsə yerinə yetər”.
Duanın üç halı vardır:
1. O şey ki, bəndənin xeyrinə ona çatar və duadan asılı deyildir. Bu halda duanın səmərəsi insanın Allaha yaxınlaşması olar.
2. O şey ki, bəndənin xeyrinədir, amma bəndəyə çatması duadan asılıdır. Bu halda duanın səmərəsi iki şeydir: biri məqsədə çatmaq, ikincisi isə Allaha yaxınlaşmaq.
3. O şey ki, bəndənin xeyrinə deyildir və ona çatmaz. İstər dua etsin, istərsə də etməsin. Bu zaman duanın səmərəsi iki şeydir: biri Allaha yaxınlaşması, ikincisi axirətdə ona əta olunması.

Sibteyn administrator: Hörmətli mömin bacı və qardaşların nəzərinə çatdırmaq istəyir ki, saytımıza daxil olan bu yazı dua haqqında yazılan müfəssəl bir yazı deyil. Lakin, məlumatlandırmaq baxımından faydalı sayıla bilər.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə