Şn08172019

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Burdasız: Əsas səhİfə Hədİs Ruh oxşayan hədislər Həyatın müşküllərini çözən 25 hədis!

Həyatın müşküllərini çözən 25 hədis!

 

Bağışlayan və mehriban Allahın adı ilə

25 həyat müəmmasının cavabı




İmam Cəfər Sadiq əleyhissalam buyurur:

1- Cənnəti qazanmağın yolunu axtardım, onu səxavətli olmaqda tapdım.

2- Sağlamlıq və salamatlığın yolunu axtardım, onu guşənişin olmaqda tapdım.

3- Əməl tərəzisində yaxşı əməllərimin ağır olmasının yolunu axtardım, onu “la ilahə illallah, Muhəmmədun rəsulullah” zikrində tapdım.

4- Cənnətə sürətlə və tez girməyin yolunu axtardım, onu bütün işləri Allaha xatir etməkdə tapdım.

5- Ölümü sevməyin yolunu axtardım, onu mal-dövlətdən Allahın razılığını qazanmağa xatir ehtiyaclı olanlara bəxşiş etməkdə tapdım.

6- İbadətin şirinliyinin yolunu axtardım, onu günah etməməkdə tapdım.

7- Qəlbin incəliyinin yolunu axtardım, onu aclıq və susuzluqda (oruc tutmaq, ya az yeməkdə) tapdım.

8- Qəlbin nurlu olmasının yolunu axtardım, onu düşünmək və ağlamaqda tapdım.

9- Sirat körpüsünü asan keçməyin yolunu axtardım, onu sədəqə verməkdə tapdım.

10- Üzümün nurlu olmasının yolunu axtardım, onu gecə namazı qılmaqda tapdım.

11- Cahad və çalışmağın üstününü axtardım, onu ailəm üçün ruzi qazanmaqda tapdım.

12- Allahın məni sevməsinin yolunu axtardım, onu günahkarlarla düşmən olmaqda tapdım.

13- Böyüklük və başçılığın yolunu axtardım, onu insanların xeyirini istəməkdə və onları nəsihət etməkdə tapdım.

14- Qəlbimin rahatlığının yolunu axtardım, onu az sərvətə malik olmaqda tapdım.

15- İşlərin ən üstününün yolunu axtardım, onu səbr etməkdə tapdım.

16- Şərafətli və hörmətli olmağın yolunu axtardım, onu elm öyrənməkdə tapdım.

17- Həqiqi ibadəti axtardım, onu pərhizkarlıqda və şübhəli şeylərdən uzaq olmaqda tapdım.

18- Rahatlıq və asayişin yolunu axtardım, onu dünyaya bağlı olmamaqda tapdım.

19- Ucalıq və alicənablığın yolunu axtardım, onu təvazökar olmaqda tapdım.

20- Əziz və hörmətli olmağın yolunu axtardım, onu doğruçuluqda və düzgünlükdə tapdım.

21- Sadəlik və yumşaqlığın yolunu axtardım, onu oruc tutmaqda tapdım.

22- Ehtiyacsızlığın yolunu axtardım, onu qənaətcil olmaqda tapdım.

23- Özümə həmdəm və sirdaş axtardım, onu Quran oxumaqda tapdım.

24- İnsanların dostu olmağın yolunu axtardım, onu gözəl əxlaqlı olmaqda tapdım.

25- Allahın razılığını axtardım, onu ata-anaya yaxşılıq etməkdə tapdım

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə