Cm.ax03282024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Hədİs Məqalə Şükür - ürəkdə təvazökarlıq, dildə təsbih və əməldə itaət

Şükür - ürəkdə təvazökarlıq, dildə təsbih və əməldə itaət

  Şükür - Allahın verdiyi nemətlərə görə təşəkkürün bir növüdür. Belə bu təşəkkür dil, ürək və əməldə büruzə verir. Ürəkdə təvazökarlıq, dildə təsbih və əməldə itaət kimi özünü göstərir. Bəzi alimlər buyurur ki, əgər neməti təsəvvür etsən və bilsən ki, Allah tərəfindəndir, bunun özü də bir növ şükürdür. Belə ki, Həzrət Davud (ə) buyurur: “Allahım, Sənə necə şükür edim?”. Allah buyurur: “Ey Davud! Nə zaman sənin diqqətini cəlb edən nemətin Mənim tərəfimdən olduğunu bildin, Mənə şükür edərsən”. (Tebyan)
Bəzi alimlər buyurur ki, şükür etmək üçün üç şey lazımdır:
1. Nemətverənə mərifətin olmalıdır.
2. Nemətverənə qarşı təvazökar olmalısan.
3. Bu halın səmərəsi olan əməl.
Allahın zahiri və batini nemətlərinə şükür etmək - bəndənin vəzifələrindəndir və hər kəs bacaradığı qədər ona əməl etməlidir. İnsan hər nə qədər şükür etsə də, bütün nemətlərin şükrünü yerinə yetirə bilməz. Necə ki, Peyğəmbər (s) də bunu etiraf etmişdi. Şükrün kamil və naqis olması Nemətverənə qarşı mərifətin kamil və naqis olmasından asılıdır.
Bəndə o zaman şüküredən sayılar ki, xəlqlə Xaliqin rabitəsi haqqında məlumatı olsun. O zamana qədər ki, şirk və şəkk insan ürəyində olar, Allahın şükrünü kamil şəkildə yerinə yetirə bilməz. Insan əgər baxdığı hər bir nemətdə Allahı görməzsə, nemətə küfr etmiş olar. Ona görə də Allah Təala buyurur: “Mənim bəndələrimdən şükür edən azdır”. (“Səba” 13).
Hər bir insanın bəndəliyi müxtəlif olduğu kimi, şükrü də müxtəlifdir. Belə ki, zahiri nemətlərin bir şükrü vardır, batini nemətlərin başqa bir şükrü və ürfanı nemətlər başqa bir şükrü vardır.
İmam Sadiq (ə) buyurur: “Üç şey vardır ki, onlara zərər dəyməz: şiddət və çətinlik zamanı edilən dua, günahların bağışlanmasını istəmək, nemət zamanı şükür etmək”.
İmam Sadiq (ə) buyurur: “Hər bir nemətin şükrü hətta əgər böyük olsa belə, odur ki, Allah Təalaya həmd edəsən”.
Həzrət Sadiq (ə) başqa yerdə buyurur: “Nemətin şükrü - günahdan uzaq olmaqdır”.
Şükrün dildə deyilən kamil forması - “Əlhəmdulillahi Rabbil-aləmin”dir.
Bir gün İmam Sadiq (ə) məsciddən çıxan zaman miniyini görmür və buyurur ki, əgər miniyim tapılsa, Allaha haqqı olan kimi şükür edərəm. Bu zaman miniyi tapılır və Həzrət (ə) buyurur: “Əlhəmdulillah”.
Hər kim nemətin şükrünü yerinə yetirər, Allah həmin nemətini artırar.
Allah Təala bizləri şükür edənlərdən qərar versin.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə