Çr.ax11122019

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Burdasız: Əsas səhİfə Əhlİ-beyt (ə) Mübahilə Mübahilə - Əhli-beytin (ə) haqq olmasına bir şəhadətdir

Mübahilə

Mübahilə - Əhli-beytin (ə) haqq olmasına bir şəhadətdir

Həqiqətən, Allah yanında İsanın hekayəti, (yaradılışının necəliyi baxımından) Adəmin hekayəti kimidir. Allah onu torpaqdan yaratdı, sonra ona «(canlı insan) ol!» dedi, o da oldu. (Sanki sən onun olmasını görürdün. Əlbəttə Adəmin cüssəsi çöldə, İsanınkı isə ana bətnində yaradıldı və onların hər ikisi Allahın əzəli əmri ilə, atasız insan oldular. Əgər belə bir iş allahlığa dəlalət edirsə, onda gərək onların hər ikisi allah olsunlar)”. (“Ali-imran” 59).

İlahi əqidəni qəbul etmək heç bir zaman peyğəmbərlər (ə) və İmamlar (ə) tərəfindən məcburi olmamışdır. İnsan özü seçim etmişdir: ya aydın və nurlu bir həyatı seçmişdir, ya da zülmətli və qaranlıq. Elə ona görədir ki, insan özü öz taleyini seçir və hər bir kəsin gələcəyini onun bugünkü rəftar və davranışı ilə müəyyən etmək olar. (Avini)
Dini əqidərləri qəbul edən zaman insanlar azaddırlar. Peyğəmbərlər (ə) gələr və insanlara xitab edərlər ki, əvvəlki həyat tərzlərini dəyişsinlər və daha yaxşı və daha ali bir həyata qədəm qoysunlar. Ona görə də ağıllarına və qəlblərinə müraciət etməyi tövsiyə edirdilər. Bu iki vasitə insanın daxilində olub, onu oyatmağa çalışar. Yəni əgər insan ancaq ehtiyaclarını təmin etmək istəyində olsa, irəli getməyəcəkdir. Onu irəli apara biləcək amil o hərəkətdir ki, məqsədə doğru hidayət edər. İnsan əgər yaradılışının hədəfini tanısa və nə üçün yaşadığını bilsə, haqq yoluna çatar. Bu zaman özünün tək olmadığını və ondan da yüksək bir Varlığın olduğun dərk edər. Ağıl və qəlb isə davamlı olaraq bu müqəddəs Zatın varlığını insanın yadına salar.
İlahi peyğəmbərlərin (ə) vəzifələrindən biri də bu idi ki, insanların qəlblərini və ağıllarını qəflətdən oyatmağa çalışırdılar. Mübahilə hadisəsi də o zaman baş vermişdi ki, İslam Peyğəmbəri (s) Mədinədə İslam dinini təbliğ edirdi. İslam düşmənləri isə insanları bu İlahi dindən azdırmaq üçün şəkk və şübhə yaradırlar.
Mübahilə sözünün mənası buraxmaq deməkdir. Mübahilənin dindəki mənası budur ki, iki tərəf bir-birini nifrin edər. Əgər bir məsələdə ağıl və bürhan işə yaramırsa, ayrı-ayrı nəzərlərə malik olan bu iki qrup bir yerdə toplaşır və Allah dərgahında dua edir və münacat edirlər. Bu yolla həqiqət aşkar olar və yalançı tərəf rüsvay olar.
Nəcran xristianları özlərinin bir neçə rəhbərləri ilə bir yerdə Peyğəmbərin (s) yanına gəlirlər və ona suallar verib, qaneedici cavablar almaq istəyirdilər. Ancaq Peyğəmbər (s) məntiq və dəlil yolu ilə hər nə qədər İlahi ayələri sübut etməyə çalışdısa onlar qəbul etmədilər.
Allah Təala Həzrət Peyğəmbərə (ə) əmr etdi: “(Bu mətləb) sənin Rəbbin tərəfindən olan sabit bir həqiqətdir. Odur ki, əsla şübhə edənlərdən olma! Buna görə də sənə elm gəldikdən sonra, onun barəsində (İsa Məsih (ə) haqqında) səninlə mübahisə edən (höcətləşən) kəsə de: «Gəlin biz öz oğullarımızı, siz öz oğullarınızı, biz öz qadınlarımızı, siz öz qadınlarınızı, biz özümüzü, siz də özünüzü (bizim canımız kimi olan kəsləri) çağıraq, sonra bir-birimizə nifrin edək, beləliklə Allahın lənətini yalançılara yağdıraq” (“Ali-İmran” 60-61). (Həzrət Peyğəmbər (s) bu hadisədə İmam Həsənlə (ə) İmam Hüseyni (ə) oğulları, Həzrət Fatiməni (s.ə) qadın və Həzrət Əlini (ə) canı kimi «mübahilə»yə, yəni ayədə işarə olunan qarşılıqlı nifrin etmə mərasiminə apardı və kafirlər təslim oldular).
Bu zaman Həzrət (s) Nəcran xristianlarından istəyir ki, onlar da öz ailə üzvləri ilə bir yerdə gəlib bir yerdə toplaşsınlar və orada hamının gözü qarşısında Allahdan istəsinlər ki, həqiqəti aydınlaşdırsın və yalançılara əzab versin. Vəd etdikləri zaman Həzrət Peyğəmbər (s) İmam Əli (ə), Həzrət Fatimə (s.ə,) İmam Həsən (ə) və İmam Hüseynlə (ə) bir yerdə müəyyənləşdirdikləri yerə gəlirlər. Xristianlar isə belə qərara gəlmişdilər ki, əgər Peyğəmbər (s) böyük bir toplum və izdihamla bu yerə gəlsə, heç bir şərtlə geri çəkilməyəcəklər. Ancaq Peyğəmbəri (s) çox az insanla, öz Əhli-beyti (ə) ilə gəldiyini görən zaman mübahilə etmədilər və sülh yolunu seçdilər. Beləliklə, Peyğəmbər (s) hər bir halda olduğu kimi, bu dəfə də düşmənin şəkk və şübhəsinə qalib gəlir.
Xristianları əsl narahat edən sualın cavabı “Ali-İmran” surəsinin 59-cu ayəsində deyilir. Həzrət Adəmin (ə) də ata və anası olmadan torpaqdan xəlq olduğuna işarə edir. Həzrət Peyğəmbər (s) Allaha təvəkkül edərək, ancaq dörd nəfərlə xristianların qarşısına çıxmışdı. Bu yolla İslam dininin haqq olduğunu ərəblərə, o cümlədən, xristianlara nümayiş etdirmişdi. Bundan başqa Əhli-beytini (ə) İlahi sirlərin əmanətdarı kimi tanıtmışdı. Sonra isə imamət və rəhbərliyin bu övladları tərəfindən həyata keçiriləcəyini açıqlamışdı.
Bəli, bu gün böyük bir gün idi, bu gün Əhli-beytin (ə) və İslam dininin haqq olduğunu təsdiq edən gün idi.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə