Çr.ax04232024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Əhli-beyt (ə) Əhli-beyt (ə) mütləq nurdur

Əhli-beyt (ə) mütləq nurdur

Əhli-beyt (ə) Allah-təalaya günəş özündən güclü ulduza bağlı olduğu kimi bağlıdır
Mötəbər bir hədisdə girami Peyğəmbər (s) buyurur : “Allahın ilk yaratdığı mənim nurumdur.” (“Biharul-ənvar”, 15-24)  Əhli-beyt (ə) bu nurun kamil cilvəsidir. Asanlıqla qəbul etmək olar ki, Əhli-beyt (ə) nurdan başqa bir şey deyil. Bu nur həmin ilahi nurdur. Quranın bir çox ayələrində həmin nur yada salınır. Əhli-beyt (ə) öz varlıq həqiqətini Allah həqiqətindən alır. Allah həqiqəti bütün kamal sifətlərinin toplumudur. Əhli-beyt (ə) daimi olaraq bu həqiqətə bağlıdır. Cahillərin və azğınların nəfəsi bu nuru söndürə bilməz. Qurani-kərimdə oxuyuruq: “Allahın nurunu ağızları ilə (üfürüb) söndürmək istəyirlər. Amma kafirlər xoşlamasalar da, Allah öz nurunu tamamlayandır.” (“Səf”, 8) Bu və buna oxşar ayələrdə “nur” sözü ədəbi baxımdan “Əllah” sözünə əlavə olunmuşdur. Sadə desək, mötəbər rəvayətlərdə Əhli-beyt (ə) heç vaxt Allahdan ayrılmayası nur kimi tanıtdırılır. İmam Sadiq (ə) buyurur: “Onun ilahi ruha bağlılığı günəşin özündən güclü ulduza bağlılığıdır.” (“Kafi”, 2-166)
Bəli, Əhli-beyt (ə) Allah-təalaya günəş özündən güclü ulduza bağlı olduğu kimi bağlıdır. Mötəbər mənbələrdə təsdiqini tapmış “Cameyi-kəbirə” ziyarətində Əhli-beyt (ə) həqiqəti haqqında oxuyuruq: “Allah sizin hamınızı nur olaraq yaratdı.” (“Əl fəqih”, 2-613) Ziyarətin davamında oxuyuruq: “Sizin hamınızın ruhu, nuru və xasiyyəti birdir, xoş və pakdır.” (“Əl fəqih”, 2-613) “Varis” ziyarətində deyilir: “Şəhadət verirəm ki, sən uca sülblərdə bir nur idin.” (“Əl təhzib”, 6-113) Məqtəl kitablarında oxuyuruq: “İmam Səccad (ə) atasının kəsilmiş başını torpağın üzərinə qoyanda dedi: “Ey ata! Dünya səndən sonra qaranlıqdır, axirət isə sənin nurunla işıqlanmış!” (“Pişvayi-şəhidan”, 230)

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə