Fatimənin (s.ə) müshəfi nədir və o necə toplanmışdır?

Cəbraildən (ə) eşitdiklərini həzrət Əmirəlmöminin Əliyə (ə) danışırdı və həzrət Əli (ə) onları yazırdı
Ayətullah əl-üzma Cavad Amuli əxlaq dərsində həzrət Fatimeyi-Zəhranın (s.ə) Allah yanında uca məqamına toxunaraq deyib:
Mərhum Kuleyni (rizvanullahi əleyh) “Kafi” kitabının 1-ci cildində nəql edir ki, Peyğəmbəri-Əkrəm (s) vəfat etdikdən sonra Cərbaril (ə) Siddiqeyi-Kübraya (s.ə) nazil olurdu və ilahi maarifi bəyan edir, gələcəkdə baş verəcək hadisələri şərh edirdi. Siddiqeyi-Kübraa (s.ə) da Cəbraildən (ə) eşitdiklərini həzrət Əmirəlmöminin Əliyə (ə) danışırdı və həzrət Əli (ə) onları yazırdı. Bununla da Fatimənin (s.ə) müshəfi toplanıb, tərtib edildi.

Siddiqeyi-Kübranın (s.ə) mübarək vücuduna vəhy nazil olması əzəməti

Mütəal Allah həzrət İbrahim (ə) və digər peyğəmbərlərə sühuf verdiyi kimi həzrət Siddiqeyi-Kübraya (s.ə) da sühuf vermişdir. Lakin, bu sühuf şəriət yox, qeybi xəbərlər, ilahi maarif və onun kimi elmlərdir.
Nəbidən və imamdan qeyrisinə Cəbrailin (ə) necə gəlməsi, necə nazil olması, necə vəhy gətirməsi bizim dərkimizin fövqündədir. Bu hansı vəhydir ki, Allahın höccəti Məsumeyi-Kübraya (s.ə) nazil olur!