Çr02202019

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Bilirsinizmi ?

Gündəlik beş namaz nə üçündür?

Gündəlik beş namaz nə üçündür?

Peyğəmbəri-əkrəm (səlləllahu ələyhi və alihi vəs-səlləm) onun hikmətini belə bəyan edir:

Sübh namazı

 Sübh, şeytanın fəaliyyətə başlaması...

ƏTRAFLI

Loading...

Maraqlı

Həyatda ikən ölmüş şəxs

Həyatda ikən ölmüş şəxs

Həzrət Əmir-əl-möminin İmam Əli əlyhis-salam buyurub:
"Yalançı və ölü, bərabərdilər. Həqiqətən də yaşayanın (ölü ilə m&...

ƏTRAFLI

Loading...

Həzrət Siddiqeyi-Kubranın (ə) həyatı

Həzrət Siddiqeyi-Kubranın (s.ə) həyatı

Həzrət Siddiqeyi-Kubranın (s.ə) həyatı

HƏZRƏTİ-ZƏHRA(S.Ə) -nın həyatı

Həzrəti-Zəhra(s.ə)-nın təvəllüdü
Xanım Fatimeyi-Zəhra(s.ə) besətin beşinci ili, cəmadius-sani ayının iyirmisində, Peyğəmb...

ƏTRAFLI

Loading...

Həzrət Fatimə (s.ə)

Əhli-sünnə alimin Fatimeyi-Zəhra (s.ə) haqda nəql etdiyi kəramət

Əhli-sünnə alimin Fatimeyi-Zəhra (s.ə) haqda nəql etdiyi kəramət

Həzrət Fatimeyi-Zəhra peyğəmbərin yeganə övladıdır ki ondan sonra sağ qaldı və onun nəslinin davamçısı oldu. Bu Allahın təqdiri idi ki ima...

ƏTRAFLI

Loading...

Nə üçün Fatimə adlanıb?

«Zəhra sevənlər müvəhhid olsalar, Cəhənnəm əzabından amandadırlar» təbiri Zəhranın şəfaət məqamına işarədir

Bunun səbəbi müxtəlif cür izah edilib. İmam Sadiqə (ə) görə, xalq onu tanımaqda aciz olduğu üçün Fatimə adlanıb.
İmam Əli (ə) həzrət Peyğəmbərdən nəql edir ki, Fatimənin belə adlanmasının səbəbi onun və övladlarının təkallahçı olması, mənə nazil olana iman gətirməsinə görə oddan amanda qalmasıdır.
Yenə o həzrətdən nəql olunur: «Qızım ona görə Fatimə adlanıb ki, Allah onu və onu sevənləri atəşdən ayırıb».
İmam Sadiqdən (ə) nəql olunur ki, bunun bir səbəbi onun şərdən ayrılmasıdır. «Zəhra sevənlər müvəhhid olsalar, Cəhənnəm əzabından amandadırlar» təbiri Zəhranın şəfaət məqamına işarədir. Bu şəfaət ona şərait yaradanlara şamildir.


Nə üçün «Tahirə» adlanıb?

İmam Baqirdən (ə) rəvayət olunub ki, Fatiməni Tahirə də adlandırıblar. Çünki o, bütün nöqsan və çirkinliklərdən uzaq idi. Fatimə (ə) heç zaman heyz və nifas qanı görməmişdi.

Nə üçün «Mühəddəsə» adlanıb?

Fatimə Mühəddəsə də adlanmışdır. Çünki mələklər Məryəmə (s) nazil olduqları kimi Fatiməyə də nazil olub, onunla danışmışlar.

Nə üçün «Bətul» adlanıb?

Fatimə (ə) oxşarsız olduğu üçün «Bətul» da adlandırılıb. Bu onun mübarək və məna dolu adlarındandır.
Münasibdir ki, şiələr qızlara Zəhranın (ə) adlarını qoysunlar,  Zəhranın adlarını daşıyan qızlarla kobudluq etməsinlər, onları sıxıntıya salmasınlar. Bu Fatimə ilə eyni adda olmağın bərəkəti sayıla bilər.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə