Cümə04192024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İbrətamiz Şeytan daim insanın ibadətlərini puç etməyə çalışır

Şeytan daim insanın ibadətlərini puç etməyə çalışır

Allah-təalanın yox, xalqın diqqətini cəlb edib, şöhrət qazanmaq üçün ibadət edən şəxs şeytan tələsinə düşmüşdür
İnsanın qədim və and içmiş düşməni şeytan daim onun ibadətlərini puç etməyə çalışır. O, ibadətləri puç etmək üçün bu yollardan istifadə edir:

1. Riya
Allah-təalanın yox, xalqın diqqətini cəlb edib, şöhrət qazanmaq üçün ibadət edən şəxs şeytan tələsinə düşmüşdür. Bu şəxsin ibadətləri hədər olur. Şeytan vasitəsi ilə yaranmış riya bəzən əməldən öncə niyyətdə özünü göstərir və “Allaha yaxınlıq məqsədini” məhv edir.

2. Təkəbbür
İbadət zamanı şeytan insanı özünü və ibadətlərini bəyənməyə vadar edir. Allahın adı ilə başlayan iş yarıda şeytan vasitəsi ilə puç olur. Şeytan insanı təkəbbürə düçar edir.

3. Günah
Şəksiz ki, günahlar ibadətin yaxşı təsirlərini məhv edir. Aylarla zəhmət çəkdikdən sonra qəflət nəticəsində xırmanı oda verən əkinçinin bütün zəhmətləri məhv olur. Günahlar ibadət tarlasını yandıran oddur.
Xülasə, şeytan insan qəlbinə axan zülal suyun yolunu kəsir, ya da qəlbə daxil olmuş suyu bulaşdırıb dağıdır.

İmam Səccad (ə) “Məkarimul-əxlaq” duasında Allahdan istəyir: “İlahi, məni özünə bəndə et, ibadətlərimi təkəbbürümlə məhv etmə. Məni əziz et, təkəbbürə düçar etmə.” (“Səhifeyi-Səccadiyyə”, 20-ci dua.)
İbadət sayılan sədəqə minnət qoyulduqda puç olur: “Sədəqələrinizi minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın.” (“Bəqərə” surəsi, ayə 264.)
Yeni ağac əkmək o qədər də vaxt aparmır. Lakin onu qoruyub inkişaf etdirmək çətindir. Bəzən günahlar bütün yaxşılıqları və ya bəyənilmiş mənəvi halları bərbad edir. Hədisdə oxuyuruq: “Atəş, odunu yandırdığı kimi həsəd də yaxşılıqları məhv edir.” (“Mizanul-hikmət”, həsəd kəlməsi.)
Rəvayətdə deyilir: Qürurlu abid və xəcalət çəkən fasiq məscidə daxil olur. Fasiq tövbə və peşmançılığına görə dəyişib saleh mömin olur, lakin abid təkəbbürünə görə yolunu azır. (“Kafi”, 2-ci cild, səh.314.)

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə